Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qonşusu ilə qaçdığı deyilən 2 uşaq anası danışdı- Video


Şabranda da taleyi ilə barışmayanlar və onu dəyişməyə cəhd edənlər olub


Qonşusu tərəfindən qaçırıldığı deyilən gəlin, özü də iki uşaq anası olan gəlin üzə çıxıb.

“Adam içində” verilişində gəlin ona şər atıldığını iddia edib. 

PİA.AZ-ın ans tv-ə istinadən məlumatına görə, Şabranın Uzunboyad kəndində iki uşaq anasının qonşusu ilə qoşulub qaçma məsələsi “Adam içində” verilişinin əməkdaşlarını düz həmin kəndə apardı. Araşdırma zamanı 21 yaşlı Gülər Məmmədovun valideynləri deyilənlərin şər, böhtan olduğunu dedilər. Onların sözünə görə, qızlarının boşanma qərarından acıqlanan ər qisas üçün bu söhbəti uydurub.

“O, mənim qızıma deyib ki, evdən avadanlıq çıxsa, səni şantaj edəcəm”, – deyə Gülərin anası qeyd edib.

Gülərin qonşusu ilə qoşulub qaçma məsələsinə də elə Gülər özü aydınlıq gətirdi: “Mən ər evindən çıxan gündən atamın evindəyəm. O, məni biabır edir. O, məni döydü atdı bayıra”, – deyə qaçırıldığı deyilən gəlin Gülər Məmmədova vurğulayıb.

Baş verənlərlə bağlı Gülər polisə də müraciət etdiyini bildirdi. Bundan əlavə artıq o, boşanma üçün də məhkəməyə müraciət etməyi planlaşdırır. Qaldı, atanın qızın itkin düşməsi ilə bağlı polisə müraciət etmə məsələsinə...

Gülərin atası deyir ki, heç yerə müraciət etməyib.

Elə atanın qızı döymüşdük, danlamışdıq sözü əməkdaşların fikrini bir az da qarışdırır. Axı müsahibə zamanı Gülər üzündəki zorakılıq əlamətlərinə də aydınlıq gətirmişdi.

Studiyaya gələn ər Rəşad Məmmədov da Gülərin valideynlərinin dediklərini ağ yalan adlandırdı. Dedi qıza mən əl qaldırmamışam. Elə adı Gülərlə qoşulub qaçmaqda hallanan qonşu İlham Atayev də telefon xətti ilə efirə qoşularaq onunla heç bir şəxsi münasibətinin olmadığını bildirdi. Bu vaxta qədər isə ərin arvadını döyərkən kömək üçün səsə qonşuya keçdiyini söylədi.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar