Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Qondarma rejimın “generallar”ı qovuldu: Qarabağda nə baş verir?


Politoloq: “Ermənistanda yeni məxməri inqilabla hakimiyyətə gələn Nikol Paşinyanın Qarabağda yerli idarəçilikdə öz siyasi kursuna uyğun sisitem yaradacağı şübhəsizdir”


“Dağlıq Qarabağda etirazlar Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra daha da güclənə bilər. Və yerli əhalinin sisitemi etiraz yolu dəyişməsi mümkündür”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Qarabağda separatçı “generallar”ın  qovulmasının Xankəndində aksiya keçirən etirazçıların tələbi əsasında baş verdiyi iddiasını PİA.AZ-a şərh edərkən qeyd edib.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “dövlət naziri” və “polis rəisi” vəzifələrindən uzaqlaşdırılıb. Bununla yanaşı, separatçıların “milli təhlükəsizlik xidməti”nin rəhbəri Arşavir Qaramyan da istefa verib. Ermənistan mediası isə bu istefaların Xankəndində aksiya keçirən etirazçıların tələbi əsasında baş verdiyini yazıb. Öz növbəsində Dağlıq Qarabağdakı qondarma rejimə müxalif olan qrup bildirib ki, hərbiçilər çevriliş hazırlayırlar. Daha əvvəl isə Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan Dağlıq Qarabağda inqilab ola biləcəyi təşvişini dilə gətirərək baş nazir Paşinyanı prosesə müdaxilə etməyə çağırmışdı. Həmçinin Qarabağda fəaliyyət göstərən separatçı “milli dirçəliş” partiyasının liderlərindən olan Tiqran Qriqoryan da Xankəndində hərbi çevrilişin hazırlandığını iddia edib.

Bu istefalar Dağlıq Qarabağdakı qondarma rejimə qarşı məxməri inqilabın tormozlanması üçün yetərli ola bilərmi və Dağlıq Qarabağda inqilabın baş verməsi status-kvonun bu və ya digər şəkildə dəyişməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.



Məhəmməd Əsədullazadə: “Paşinyan Qarabağda Rusiyaya bağlı separatçıları təmizləməklə öz adamlarından ibarət sistem formalaşdıracaq”.


Yerevandakı hadisələrin analoji olaraq Qarabağda baş verməsinin mümkün olacağını qeyd edən politoloq Məhəmməd Əsədullazadə əlavə edib ki, orada yaşayan ermənilər yerli idarəçilikdən ciddi şəkildə narazıdlar və Paşinyanın kursuna uyğun olaraq burada siyasi idarəçiliyin artıq fərqindədədirlər:

“Ermənistanda yeni məxməri inqilabla hakimiyyətə gələn Nikol Paşinyanın Qarabağda yerli idarəçilikdə öz siyasi kursuna uyğun sisitem yaradacağı şübhəsizdir. Baxmayaraq ki, baş nazir kimi ilk səfərini Xankəndinə edərək burada separatçılara dəstək ifadə etdi. Amma bu dəstək onları hələki mərkəzdən qaçma prosesinin qarşısın almaqdan ibarətdir. Yerevandakı hadisələrin analoji olaraq Qarabağda baş verməsi mümkündür. 

İlk növbədə də burada yaşayan ermənilər yerli idarəçilikdən ciddi şəkildə narazıdlar və Paşinyanın kursuna uyğun olaraq burada siyasi idarəçiliyin artıq fərqindədədirlər. Bir tərəfdən Paşinyan Qarabağda Rusiyaya bağlı separatçıları təmizləməklə, öz adamlarından ibarət sistem formalaşdıracaq. Dağlıq Qarabağda etirazlar Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra daha da güclənə bilər. Və,yerli əhalinin sisitemi etiraz yolu dəyişməsi mümkündür. 

Qeyd edim ki, Ermənistanda və Qarabağ separçılarında qeyri-müəyyənlik Qarabağ üzrə aparılan danışıqlarda fasilə yaranmasına səbəbə olur. Və, buda stasus-kvonun qorunmasın hesablanıb. Levon -Terpotrasyanın Nikol Paşinyanı Xankəndində etirazlara müdaxilə etməyə çağrması göstəriri ki, burada etirazlar idarə olunmaz vəziyyətə gələ bilər.  Yerli separatçıların güc rəhbərləri istefa verməsi inqilabın önlənməsinə hesablanıb, və burada hərbiçilərin idarə sisiteminə əl qoymasına şərait yaratmamaq üçündür. 

Onu da qeyd edim ki,Nikol Paşinyan burada separtçıların lideri Bakoo Saakyana rahatlıq verməyəcək. Ermənistanda siyasi vəziyyəti düzəltdikdən sonra Bakoo Saakyanı yola salalacaq. Qarabağda proseslərdən istifadə edərək, ölkəmiz bir sıra strateji yüksəklikləri azad etməli və separatçıların çöküşünü surətləndirməlidir”.

Məhəmməd Əsədullazadə: “BMT-nin nizamnəməsi bizə hüquqi əsas verir ki, ərazilərimizi işğaldan azad edək”.


Həmçinin politoloq Məhəmməd Əsədullazadə İqtisadiyyat və Sülh İnstitutunun  “Qlobal sülh indeksi-2018” hesabatı ilə bağlı da PİA.AZ-ın sualını cavablandırıb. 

Xatırladaq ki, iyunun 6-da İqtisadiyyat və Sülh İnstitutu “Qlobal sülh indeksi-2018”i dərc edib. Bu il geniş miqyaslı araşdırma dünyanın 163 dövlətini əhatə edib. Hesabatda təhlükəsizlik və hüquq qaydası, silahlar haqqında mövcud məlumatlar, iqtisadi parametrlər əsasında təmayüllərin hərtərəfli təhlili verilib. Bu parametrlərə görə, qonşu Ermənistanda vəziyyət normaldan uzaqdır, amma GPİ 2018 reytinqində o, ABŞ-ın yanında (121-ci yer) 120-ci yeri tutub, Azərbaycanla müqayisədə daha çox sülhsevər ölkələr kateqoriyasına (“orta” qiymət) daxil olub.

Reytinq cədvəlinddə Azərbaycan 132-ci yeri tutub, daha az sülhsevər ölkələr kateqoriyasına (“aşağı” qiymət) daxil olub.

Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal edən bir rejim necə sülhsevər ola bilir və bunu beynəlxalq təşkilatların işğal faktlarına göz yumması kimi dəyərləndirmək olarmı? 

Politoloq Məhəmməd Əsədullazadə İqtisadiyyat və Sülh İnstitutunun bu hüsabatında Ermənistanın Azərbaycandan daha sülhpərvər bir ölkə olaraq təqdim olunmasını beynəlxalq aləmdə ədalət sisteminin çökməsi kimi dəyərləndirib və Beynəlxalq təşkilatların rəylərinin bir çox hallarda erməni lobbisinin təsirindən olduğunu vurğulayıb:

“Beynəlxalq təşkilatların rəyləri bir çox hallarda erməni lobbisinin təsirindədir. Ermənistanı sülhpərvər göstərməklə bri daha təsdiq edirlər ki, ədalət sisitemi çöküb.  Bu da Azərbayacana imkan verir ki, işğal olunmuş ərazilərini azad etsin. 

Beynəlxalq rəy artıq maraqlar fonunda hərəkət edir. BMT-nin nizamnəməsi bizə hüquqi əsas verir ki, ərazilərimizi işğaldan azad edək. Hesab edirəm ki, biz işğal faktoruna tezliklə son qoyacağıq”.

Nərminə UMUDLU
pia.az
Etiket:
loading...