Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qonaq ev yiyəsini, qardaş isə qardaşı öldürdü


Qusarda qətl hadisəsi baş verib


Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, oktyabrın 4-də Qusar şəhərində yaşayan Şahin Niftəliyevin evinə gəlmiş tanışı, rayon sakini Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib, kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb hadisə yerini tərk edib.

Ş.Niftəliyev hadisə yerində ölüb, Z.Hacıbəyova isə xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

Masallıda da qətl hadisəsi baş verib. Hadisə ötən gün saat 23 radələrində rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Rafael Güloğlan oğlu Qasımov şəxsi münasibətlər zəminində kiçik qardaşı, 1984-cü il təvəllüdlü Ramil Güloğlan oğlu Qasımova bıçaqla qarın boşluğundan vurub.

R.Qasımov xəstəxanaya aparılarkən qan itirmə nəticəsində yolda dünyasını dəyişib.

Meyit daxili və xarici müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılıb.

Hadisəni törətmiş Rafael Qasımov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Hər iki faktla bağlı rayon prokurorluqlarında cinayət işi açılıb, araşdırma aparılır (APA).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar