Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoçuluq edən sürücü və sərnişin tutuldu – VİDEO



Bakı-Ələt yolunun 34-cü kilometrliyində yolun əks istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı BMW markalı avtomobilin sürücüsü tutulub


Polis sürücünün şəxsiyyətini müəyyənləşdirib.

Məlum olub ki, BMW-nin sürücüsü 1987-ci il təvəllüdlü Seyfullayev Rauf Ağaverdi oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan əlavə, Qaradağ RPİ-nin əməkdaşları sərnişini də saxlayıblar.

Qeyd edək ki, hadisə AVTOSFER.AZ saytının əməkdaşının idarə etdiyi avtomobilin kamerasına düşüb. Bundan sonra hadisə barədə xəbər saytlarında və sosial şəbəkələrdə videogörüntü yayılıb. Videodan görünür ki, Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və yenidən yoluna davam edib. Bundan əsəbləşən 90-SO-003 qeydiyyat nişanlı BMW-nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub. Bundan sonra onlar yenidən avtomobillə arxasıyca gedərək bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər. Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub. Nəticədə avtomobilin banı əzilib və sürücüyə maddi və mənəvi ziyan vurublar. Sürücü dərhal DİN-in 102 qaynar xəttinə şikayət edib. Həmin avtomobildə qadağan edilmiş səs siqnalı da olub. (“Report”)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar