Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qobustanın su problemi və talanan dövlət vəsaitləri


Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinin müdiri Rövşən Pənahov dövlətin yüzminlərlə manat vəsaitini öz sərmayəsi kimi istifadə edir


Külli miqdarda dövlətin vəsaitini mənimsədiyi iddia olunan Rövşən Pənahovun həmin vəsaitləri öz biznesinə sərf etdiyi bildirilir.

 Bu barədə Qobustandan PİA.AZ daxil olan məlumata görə rayon torpaqlarının əsas su təminatını həyata keçirən Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinin müdiri Rövşən Pənahov rəhbərlik etdiyi müəsissədə sakitcə qaz vurub qazan doldurur. Belə ki, mənbəninin bildirdiyinə görə Rövşən Pənahovun rəhbərlik etdiyi  Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsində son 5 ildə idarəyə ayrılan vəsaitlər müxtəlif adlarla əsasən də  cari təmir, mexaniki avadanlıqlar,  müxtəlif tikinti matreallarının alınması altında silinərək mənimsənilib. 

Bildirilir ki,  Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinə 2012-ci ildə 300 min, 2013-cü ildə 350 min, 2014 -cü ildə 350 min manatdan çox vəsait ayrılıb. Bundan başqa vətəndaşların əkin sahələrində istifadə etdikləri su pulunuda məhz Rövşən Pənahovun idarəsi həyata keçirir. Su pulu yığılmasını isə Qobustan kəndlərində yaradılan bir neçə assosasiya həyata keçirir. Həmin assosasiyalar yığdıqları vəsaitləri Bank hesabı ilə Rövşən Pənahovun idarəsinə köçürülür. Məlumatlı mənbəninin bildirdiyinə görə il ərzində Qobustan rayonunda su pulundan 300 min manatdan çox vəsait yığılır. Həmin vəsaitlər isə Rövşən Pənahov tərəfindən cari təmir işlərinə, su matorlarının təmirinə, azbesboruların yenilənməsi və sair işlər adı altında silinərək gmənimsənilir. Sənədlərdə göstərilən işlərin isə heç birisi görülmür. Əhaliyə göstərilən xidmətin səviyyəsindən isə danışmağa dəyməz. Vətəndaşlar su pulunu 4-5 dəfə artıq ödəmələrinə baxmayaraq, sudan ciddi korluq çəkirlər. Bunun əsas səbəbi isə əhaliyə xidmət göstərən avadanlıqların həddindən artıq köhnə olmasıdır. Halbuki dövlət həmin aavdanlıqların yenilənməsi üçün kifayət qədər vəsait ayırır, lakin bu vəsait sonradan idarə müdiri tərəfindən mənimsənilir.

Qeyd olunur ki, dövlətdən mənimsədiyi vəsaitlər hesabına Rövşən Pənahov adı Qobustan rayonunda ən varlı məmurlar  arasında çəkilir. Daxil olan məlumatda idarə müdirinin rayonun mərkəzində dəbdəbəli evi, çayxanası, bahalı xarici markalı aftomobili buna misal olarq göstərilir. Bundan başqa bildirilir ki, idarə müdirinin Bakının Sulutəpə qəsəbəsində qiyməti bir neçə yüz min manatlarla ölçülən dəbdəbəli villası, həmin villanın olduğu küçədə marketi, Binəqədi rayonu M.Ə Rəsulzadə qəsəbəsində 1, Qara Qarayev metrosunun yanında yüksək təmirli 1 mənzilin sahibdir.  Məlumatda qeyd olunur ki, sadalananlar Rövşən Pənahovun var dövlətinin çox az hissəsidir. Qeyd olunur ki, idarə müdirinin var dövlətinin dəyri bir neçə milyon manatlarla ölçülür. İdarə müdirinin istər Qobustanda, istərsə də, Bakıda fəaliyyət göstərən bir çox obyektləri fəaliyyət göstərir. Həmin obyektlər idarə müdirinin yaxın qohumunun adına sənədləşdirildiyi qeyd olunur.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar