Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal terror şəbəkəsinə çevrilən “yırtıcı”nın savaş üslubu

İŞİD on ildən çox bir zaman ərzində Orta Şərqin təhlükəsizlik mühitinin başına bəla oldu


Göstərdiyi dəhşət regional sərhədlərdən çox uzaqlara yayılaraq, Qərb paytaxtlarına qədər uzandı. Bu terror şəbəkəsi, məzhəblər arasındakı qırılma xətlərini və son dərəcə inkişaf etmiş bir hərbi yanaşma ilə birlikdə, qiyamət ssenarisi xarakterində zorakılıq konsepsiyasını istifadə etdi. Bu təhlükəli kombinasiya, qaçınılmaz olaraq, İŞİD-in kimyəvi silah istifadə etməkdən belə çəkinmədiyi, terrorun hökm sürdüyü bir zaman dilimi doğurdu.

İŞİD İraqdakı BƏƏS təhlükəsizlik mexanizminin qalıntılarından, xarici terrorist döyüşçülərdən, bir sıra yerli qəbilə qruplarından, Zərkavi terror şəbəkəsinin ardıcıllarından və bir sıra mənfəət məqsədli qrupların ittifaqından yaranan siyasi-hərbi canavar olaraq, varlığını davam etdirir. Bu çoxyönlülük, dağıdıcılığı böyük və məlum bir yenilikçiliyi də olan hərbi strategiya ilə nəticələndi.

Şübhəsiz ki, İŞİD-in strateji düşüncəsinə dair əhatəli anlayışa sahib olmaq, yəqin ki, onun “əl-Qaidələşmiş” qlobal bir terror dalğası kimi qarşımıza çıxacaq perspektiv versiyasıyla mübarizədə yardım edəcək.

İŞİD-in siyasi mübarizəsi və qəsdən zordan istifadəsi

İŞİD-in hərbi strategiyasının ən önəmli yönlərindən biri kameraya çəkilən, internet və sosial media vasitəsilə geniş kütlələrə çatdırılan məşhur zülmləri və cinayətkar qətlləri olub. İŞİD terrorçularının törətdiyi dəhşət, heç şübhə yox ki, yalnız Orta Şərq üçün deyil, bütün insanlıq üçün dəhşətverici bir təcrübə olmağa davam edir. Yenə də bir hərbi planlaşdırıcının gözü ilə baxılarsa, reklamı “qorxuducu şəkildə, ancaq texniki bir anlayışla” edilən bu qətliamlar terror təşkilatının siyasi mübarizəsinin və psixoloji əməliyyat strategiyasının bir parçasıdır.

Doktrinada düşmənin qavrayışlarını idarə etmək təsirli bir çəkindirmə vasitəsi kimi, həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən, psixoloji əməliyyatların mahiyyəti – hədəf olan kütlənin davranışlarını formalaşdırmaq üçün informasiya və təbliğatdan istifadə etməkdir. Psixoloji əməliyyatın çatması arzulanan son nöqtə isə əlverişli bir davranış qəlibi yarada bilməkdir. Belə bir qəlib sonrakı addımda düşmənin döyüş istəyini qırmağı hədəfləyir.

Bəllidr ki, İŞİD özünün hər kəsin onunla məşğul olmaqdan çəkinəcəyi ağılalmaz dərəcədə vəhşi, qana susamış və qəddar bir qatil olaraq təqdim edilməsini xüsusilə istəyib. Bu terror şəbəkəsi, regionda yaşayan qruplar üzərindəki hakimiyyətini onları terror edərək və qanlarını donduracaq əməliyyatlar keçirərək təmin edib. Xüsusilə vəhşi başkəsmə görüntülərinin internet vasitəsilə yayılması, qorxuducu və əsrarəngiz bir şəkildə xeyir-dua verilib əbədiləşdirilən terrorizm ayininə çox təsirli formada xidmət göstərib.

Bu siyasi mübarizə və psixoloji əməliyyat strategiyası Qərb ölkələrinin Suriyaİraqda, hərbi əlaqə və xüsusi təyinatlı qüvvələr əməliyyatları xaricində, hərbçi yerləşdirməkdən uzaq durmasını təmin edərək, böyük ölçüdə işə yarayıb. Belə ki, bölgəni İŞİD-dən təmizləmək və etibarlı hərbi güclə əldə saxlaya bilmək üçün əməliyyat sahəsində böyük adi silahlı hərbi qüvvə yerləşdirən NATO üzvü olan yeganə ölkə Türkiyədir.

İŞİD-in siyasi mübarizə və psixoloji əməliyyat strategiyası daima kiber aləmdə təsir yaratma əməllərilə də sıx bağlı olub. Terror şəbəkəsi interneti öz təbliğatını yaymanın və yeni döyüşçülər cəlb etmənin bir vasitəsi olaraq hiyləgərliklə istifadə edir. İŞİD-in admiral gəmisinə – bayraqdar mahiyyətindəki verilişlərinə onlayn qoşulmaq olur. Ayrıca, videokliplərində şokedici dərəcədə qabaqcıl, hətta hardasa mükəmməl dərəcədə peşəkar bir texnika istifadə edilir.

O da qeyd edilməlidi ki, təşkilat bu media materiallarını “Facebook” və “Twitter” kimi “veb platformalar” üzərindən geniş bir kütləyə çatdırma imkanı da əldə edib.  Başqa sözlə, İŞİD XXI əsrin müthiş dərəcədə artan sürətlə gedən informasiya və telekommunikasiya inqilabına dair sağlam bir anlayış inkişaf etdirib.

Qəddar müdafiə yanaşması

Hərbi baxımdan yanaşsaq, İŞİD-in taktiki səviyyədə çox ölümcül və müəyyənedici bir fəaliyyət göstərdiyi, ancaq nəzarət etdiyi torpaqları əlində saxlamaq üçün müdafiə əməliyyatları apararkən, müxtəlif çatışmazlıqlarla – nöqsanlarla qarşılaşdığı düşünülür. Maraqlıdır ki, sayca az qalaraq, əlverişsiz durumlara düşdükdə belə, İŞİD sadəcə müdafiəyə ilişib qalan yanaşmadan uzaq durdu və hücum mərkəzli anlayışa hakim bir fikrə çevrilmiş dərəcədə, həddindən çox əhəmiyyət verdi. Bu hücum təşəbbüslərindən bəziləri pis planlaşdırıldığından, böyük itkilərə yol açdı.

Bundan əlavə, bir sıra ekspertlər, bu terror şəbəkəsinin radikal Sələfi qruplardan tutmuş, İraq BƏƏS təhlükəsizlik qurumunun sabiq əməkdaşlarına, yerli qatillərdən xarici terrorist döyüşçülərədək uzanan müxtəlif qruplardan təşkil olunduğu üçün, bu qrupların arasındakı böyük fərqlərin qaçılmaz şəkildə İŞİD sıralarında strateji və taktiki səviyyələrdə böyük fikir ayrılıqlarına səbəb oluduğunu qeyd edirlər.

Nəticədə, terror təşkilatı 2015-ci ilin əvvəli ilə 2016-cı ilin sonları arasındakı müddətdə nəzarət etdiyi torpaqların dörddə birini itirdi.

Buna rəğmən, İŞİD bu torpaq itkilərini onunla döyüşənlərə çox bahasına ödətməyə müvəffəq oldu. İŞİD-in planlaşdırma qrupu, bəzən məntiqsiz dərəcədə, ifrat hücuma indekslənən müdafiə xətləri qurdu. Bu kontekstdə, onlar əldəqayırma partlayıcılarla doldurulmuş intihar maşınları, öldürməyə alışmış döyüşçülərdən təşkli edilən və hiyləgərliklə gizlədilmiş snayper nöqtələri, bubi tələləri qurulmuş evlər, hətta əllərinə keçirdikləri kimyəvi maddələrdən hazırlanan taktiki sürprizləri istifadə edərək, müdafiə xətlərinin ölümcüllüyünü artırma yolunu seçdilər.

Qısası, dünya İŞİD-in sadəcə torpaq itirməsi şəklində ortaya çıxan uğursuzluqlarına deyil, vəhşiliyinin “gözqamaşdırıcı” sərhədlərinə də şahid oldu.

Bu qaranlıq miras İŞİD-in ehtimal edilən bölgə əsaslı olmayan transformasiyasında və ya “əl-Qaidələşmə” prosesində istifadə edəcəyi məlum, ancaq təsirli əsas aktivi olmağa davam etməkdədir.

Raket əməliyyatları, intihar maşınları və PUA-lar

İŞİD raket hücumlarını müxtəlif hərbi kontekstlərdə, həqiqətən, təsirli bir şəkildə istifadə etdi. Xüsusilə, II Dünya müharibəsində istifadə edilən adı ilə desək, “Katyuşa” adlanan 122 mm-lik BM-21 “Qrad” raketləri terrorist şəbəkənin tükəndirmə müharibəsində seçdiyi silah oldu. Terror təşkilatının raketdən istifadəsindəki ən önəmli ünsür, buraxılış platformalarının daşına bilməsi və manevr qabiliyyətidir. İŞİD təqribən 20 km-lik bir məsafə daxilində təsirli olan “Qrad” modifikasiyalarını buraxmaq üçün 4×4 və 6×6 platformalarından istifadə etdi. İŞİD milisləri bu hücumlardan həmən sonra, əks-hücumlara məruz qalmamaq üçün, buraxılış platformalarının yerini dəyişdirirlər. İŞİD-in raket hücumlarının ən bəxtsiz qurbanı, yəqin ki, Türkiyə, xüsusən cənub-şərqdəki sərhəd şəhəri Kilis oldu. Bu səbəbdən, “Fərat qalxanı” hərəkatının ən böyük hədəf və nailiyyətlərindən biri, terrorist şəbəkəsinin Türkiyə ilə sərhəd olan bölgələrdəki bütün buraxılış mövqelərilə bərabər, Suriyanın əl-Bab şəhərindəki raket istehsalı müəssisəsindən də məhrum edilməsi olub.

İŞİD vahimə yaratma kampaniyasında pilotsuz uçan aparatlardan (PUA) da çox geniş bir şəkildə istifadə etdi. Terroristlər kəşfiyyat əməliyyatlarından tutmuş, nöqtə vuruşlu terror hücumlarınadək uzanan, geniş bir tapşırıq sahəsində müxtəlif növ PUA-lardan istifadə etdilər. Həmən ağla gələn terror təşkilatının ən çox səs gətirən PUA missiyaları olaraq bazarda da tapıla biləcək“DJİ Phantom FC40 Quadcopter” markalı PUA-nı 2014-cü ildə Suriya Ərəb Ordusunun Raqqadakı 93-cü bazasını tutmaq üçün istifadə etməsi və ya daha yaxın dövrdən bir nümunə olaraq, ABŞ liderliyində şərqi Suriyada həyata keçirilən əməliyyatları pozmaq üçün 40 mm-lik sursat daşıyan PUA-ları istifadə etməsidir.

İŞİD İraqda da PUA-dan istifadə etdi. Xüsusilə diqqəti cəlb edən budur ki, 2016-cı ilin oktyabr ayında Mosul yaxınlarında partlayıcılarla yüklənmiş sabit qanadlı bir PUA iki peşmərgəni öldürdü və iki fransız xüsusi təyinatlısını yaraladı. Bu hücumun ən mühüm tərəfi isə partlayıcıların peşmərgələrin üstünə düşərkən və ya onlar tərəfindən ələ keçirilərkən, partlamamış olmasıdır. PUA bir bubi tələsi idi və peşmərgələr partlayıcıları o dövrdə fransız hərbi əlaqə bürosuna ev sahibliyi edən əməliyyat bazasına apardıqlarında, onlar öncədən qurulmuş bir zamanlayıcı və ya uzaqdan idarə edilən partladıcı ilə partladıldı. Bu hadisə, İŞİD-in taktiki planlaşdırma və icra imkanlarını göstərməsi baxımından, narahatlıq yaradan bir dönüş nöqtəsi oldu.

Nəhayət, terror təşkilatının əldəqayırma partlayıcılarla yüklənmiş intihar vasitələrini – maşınları istifadə etməsi də çox mühümdür. İŞİD zirehli yük maşınlarını və zirehli şəxsi heyət daşıyıcılarını modifikasiya edərək, onları anında müdaxilə edən hava dəstəyi və ya tank əleyhinə idarə olunan raketlər olmadan, demək olar ki, durdurulmayan dəhşətli terror silahlarına çevirdi. Beləliklə, partlayıcı yüklü bu intihar maşınları, “Fərat qalxanı” hərəkatında şəhid olan türk əsgərlərinin ölüm səbəblərindən biri oldu.

Qloballaşan bir İŞİD-ə doğrumu? 

İŞİD son zamanlarda bir dövlətcik halına gəlmə təşəbbüslərində böyük bir geriləmə yaşadı; çünki nəhəng bir hava gücü ona meydan oxuyurdu və o, çox aşağı yüksəklikdə təsirli ola bilən bir neçə MANPADS və təyyarə əleyhinə silah istisna olmaqla, heç bir hava hücumundan müdafiə sisteminə malik deyildi. Buna baxmayaraq, öncə də qeyd etdiyimiz kimi, Türkiyədən başqa heç bir Qərb ordusu İŞİD-lə mübarizə etmək üçün sahəyə adi silahlı quru qüvvəsi yeridə bilmədi.

İŞİD haqqındakı bütün qiymətləndirmələr nəticədə gəlib çox həlledici bir suala dayanır: Canavar, ələ keçirdiyi bütün torpaqlar əlindən çıxdıqdan sonra, daha təhlükəli bir surətdə geri dönə bilərmi?

Bu sualın cavabı, xarici terrorist döyüşçülərin geri dönmə səviyyələri, terror şəbəkəsinin dünyanın müxtəlif yerlərində regional olmayan ittifaqlar yaratma qabiliyyəti və liderliyin özünü nə dərəcədə yeniləyə biləcəyi kimi, çox sayda olan amilə dayanır. Bununla birlikdə, ortada olan bir həqiqət vardır: İŞİD-in strukturu olduqca mürəkkəbdir; bu da onun hibrid müharibə şəklində təzahür edən, son dərəcə çətin bir hərbi strategiyaya sahib olmasının yolunu açan şey olub. Bu məlum strateji ağıl, içi yenidən doldurulmuş qlobal bir terror dalğasına asanlıqla zəmin yarada bilər.

Doc. Can Kasapoğlu,

İqtisadiyyat və Xarici siyasət Araşdırma Mərkəzinin hərbi təhlilçisi

“Anadolu” Agentliyi, Türkiyə

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar