Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal təbii qaz ixracı artıb


Qlobal enerji bazarlarında qaz ixracı ötən il 2015-ci illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetrə yüksəlib


Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə BP-nin “2017 Dünya Enerji Mənzərəsi” hesabatında qeyd edilir. Bildirilir ki, mavi qaz satışlarının 68%-i (737 milyard 500 milyon kubmetr qaz) boru kəmərləri vasitəsilə, 32%-i (346 milyard 600 milyon kubmetr) mayeləşdirilmiş qaz ixracı (LNG) yolu ilə həyata keçirilib.  

Qlobal enerji bazarlarında qaz ixracı əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetr təşkil edib. 2015-də bu rəqəm 1 trilyon 340 milyon kubmetr idi.

Magistral kəmərlərlə qaz ixracında Rusiya 190 milyard 800 milyon kubmetrlə ilk sırada yer alıb. Rusiyadan sonra ikinci sırada 109 milyard 800 milyon kubmetr qaz ixracı ilə Norveç gəlir.

Dünyada 2016-da boru kəmərləri vasitəsilə ən çox qaz alan ölkə  Almaniya olub. Almaniya 99 milyard 300 milyon kubmetr qaz alıb. ABŞ 82 milyard 500 milyon kubmetr qaz idxalı ilə ikinci sırada yer alıb.  

Hesabat dövründə  qlobal bazarda ən çox mayeləşdirilmiş qaz satışı Qətər tərəfindən reallaşdırılıb.  

LNG-yə tələbat isə daha çox Yaponiya və Cənubi Koreyada olub.

Kəmərlərlə ən çox qaz ixrac etmiş ölkələr, satış həcmi  (kubmetr)

 Rusiya -190,8 milyard
 Norveç - 109,8 milyard
 Kanada - 82,4 milyard
 ABŞ - 60,3 milyard
 Hollandiya - 52,3 milyard

 Kəmərlərlə ən çox qaz idxal edən ölkələr

 Almaniya - 99,3 milyard
 ABŞ - 82,5 milyard
 İtaliya - 59,4 milyard
 Meksika - 38,4 milyard
 Çin- 38 milyard

 LNG formasında ən çox qaz ixrac edən ölkələr

 Qətər - 104,4 milyard
 Avstraliya - 56,8 milyard
 Malayziya - 32,1 milyard
 Nigeriya - 23,7 milyard
 Bruney - 21,2 mlrd

 LNG formasında ən çox idxal edən ölkələr

 Yaponiya - 108,5 milyard
 Cənubi Koreya - 43,9 milyard
 Çin - 34,3 milyard
 Hindistan - 22,5 milyard
 Tayvan - 19,5 milyard

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar