Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal iqtisadi çöküş: Azərbaycan bundan necə faydalana bilər?


ABŞ prezidenti Donald Tramp tərəfindən başladılan qlobal iqtisadi müharibə Azərbaycanın üzv olmaq istədiyi Ümumdünya Ticarət Təşkilatını tamamilə dağıda bilər. Çünki hər bir ÜTT üzvünün gömrük tariflərini artırmaq yox, azaltmaqla bağlı öhdəlikləri var. Trampın başlatdığı qlobal iqtisadi savaş nəticəsində isə ABŞ dünyanın bir çox dövlətlərinə, Avropa Birliyi və Çin isə ABŞ mallarına gömrük vergisini artırır. Nəticədə ÜTT-nın bütün dövlətlər üçün tətbiq etdiyi ümumi qaydalar pozulur


Məlumatlara görə, bu zamana qədər ÜTT, üzv dövlətlərinə 5 faizlik gömrük rüsumunun tətbiqini tələb edirdi. İndisə ABŞ prezidenti daxili istehsalı dəstəkləmək üçün bir çox idxal mallarına 25-32% gömrük rüsumu müəyyənləşdirib. Bu da öz növbəsində digər dövlətlərin adekvat addım atmasını şərtləndirib. Bu gömrük rüsumu qalmaqalında ABŞ-ın ixracat sahəsində ən ən çox zərər görən sektorunun kənd təsərrüfatı müəssisələri olacağı gözlənilir. Zira super dövlət genetik dəyişikliyə uğradılmış kənd təsərrüfatı məhsullarının ən iri ixracatçısı və GMO texnologiyasının tətbiqində lider mövqeyə gələn ölkələrindən biridir. Təsadüfi deyil ki, Avropa İttifaqının ixrac malları arasında gömrük rüsumunu qaldırdığı əsas sektorlardan biri də kənd təsərrüfatı məhsullarıdır.

Avropa İttifaqının bu həmləsinin arxasında, sözsüz ki, ABŞ-ın tekstil, qara metallurgiya kimi yerli istehsalat sahələrini qorumaq üçün tətbiq etdiyi anti-dempinq siyasətini yenidən gözdən keçirilməsinə nail olmaq hədəfi dayanır. “Qoca qitə” rəqibini həm də ÜTT Tekstil Müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. ABŞ-ın anti-dempinq siyasətindən narahat olan Yaponiya da istehsalda xaricdən asılı qalmamaq və bəzi aqrar məhsullara verdiyi subsidiyaları qorumaq məqsədilə Aİ-nin yanında yer alır.

ABŞ ilə Aİ arasında başqa münaqişə mövzuları da var. ABŞ xidmət sektoru, ətraf mühit və əmək meyarları kimi məsələləri ehtiva edən dar çərçivəli ticarət danışıqlarının tərəfdardır. Aİ isə daha geniş bir çərçivəli əməkdaşlıq perspektivini müdafiə edir. ABŞ üçün məqsəd, güclü olduğu sektorlarda gömrük sərbəstliyinə nail olmaqdır. Aİ üçün isə məqsəd, müzakirə mövzularını mümkün mümkün qədər geniş tutaraq, kənd təsərrüfatında verəcəyi güzəştlər qarşılığında sövdələşmə imkanı əldə etməkdir. Qısası, dünya nəhənglərini qarşı-qarşıya gətirən bu gömrük savaşı iqtisadi qlobalizmi bitirə bilər.

İqtisadi qlobalizmin çöküşü isə, böyük ehtimalla, milli sənayeləşmənin önünü açacaq. Bu baxımdan, Avropa İttifaqı ilə ABŞ-ın bir-birinin şikətlərinə qarşı tətbiq etdiyi yeni gömrük rüsumlarının əslində bizim kimi ölkələrin xeyrinə nəticələnə bilər. Bunun ən bariz nümunəsi ABŞ-a aid bir çox nəhəng şirkətlərinin artıq xaricə üz tutmasıdır. Artıq bu istiqamətdə müəyyən gəlişmələr yaşanır. Məlumatlara görə, ABŞ-ın iqtisadiyyatının rəmzi sayılan “Harley-Davidson” motosiklet şirkəti ölkədən xaricə investisiya qoymaq barədə qərar verib və bu niyyət Trampın qəzəbnə səbəb olub. Hətta ABŞ prezidenti şirkəti ağır vergilərlə təhdid edib. Şirkət isə atmağı planlaşdırdığı addımı artırılmış gömrük rüsumları nəticəsində Avropa bazarını itirmək ehtimalı ilə əsaslandırıb. Bu fakt sübut edir ki, bir çox transmilli şirkətlər də eynilə “Harley-Davidson” kimi xaricdə yeni müəssisələr açmaq barədə düşünəcəklər.

Hesab edirəm ki, bu, iqtisadiyyatının inkişafına xarici investiyalar cəlb etmək istəyən Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün yaxşı fürsət deməkdir. Rəsmi Bakı bu istiqamətdə fəaliyyətini artırmalı, Cənubi Qafqazın və region dövlətlərinin yeni texnoloji mərkəzinə çevrilməlidir”.

Bəs, bunun üçün nə edilməlidir?

Fikrimcə, ilk növbədə Azərbaycan digər ölkələr kimi antidempinq siyasəti həyata keçirməli və idxal mallarına tətbiq olunan rüsumları artırmalıdır. Bu, həm yerli təsərrüfatlarımızın inkişaf etməsinə səbəb olar, həm də Azərbaycan bazarına girmək istəyən xarici kapitalın ölkəmizə cəlbini asanlaşdırar.

Digər tərəfdən, Azərbaycanda investisiya mühitini yaxşılaşdırmaq üçün bəzi siyasi, iqtisadi və hüquqi addımlar da atılmalıdır.

İnsafən, Azərbaycan siyasi hakimiyyəti də əslində bunun fərqindədir. Məlum olduğu kimi, beynəlxalq qurumlar Azərbaycana ÜTT-na girməsi üçün hələ 1997-ci ildən bəri təzyiqlər edirlər. Rəsmi Bakı isə ölkəmizdə bir çox sektorun tam oturuşmadığını və inkişaf etməkdə olduğunu əsas gətirib üzvlük məsələsini yubadır. Bunu, demək olar ki, bütün rəsmilərimiz də çıxışlarında görmək mümkündür. Bu yaxınlarda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin mövzuyla əlaqədar mətbuata verdiyi açıqlamasında bir xüsus diqqətimi cəlb etmişdi. O, demişdi ki, Azərbaycan inkişaf etmiş ölkə kimi bu təşkilata daxil olmalıdır. Bu isə hələ uzun müddət ÜTT-ə üzvlükdən söhbət gedə bilməyəcəyindən xəbər verirdi.

Buna bənzər fikirlər ölkə rəhbərimiz Cənab İlham Əliyev tərəfindən də dəfələrlə ifadə olunub. Bir neçə il əvvəl Prezidentimiz Parisdə fransız şirkətlərinin rəsmiləri ilə keçirdiyi görüşündə bildirmişdi ki, hazırda Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı iki fikir var. Bunlardan birincisi təşkilata mümkün qədər tez üzv olmaqdır: «Bu fikir də yetərincə əsaslıdır, çünki bu, bazarda rəqabətə davamlılığı artıracaqdır. Bu isə, ümid edirik ki, istehlakçı qiymətlərinə müsbət təsir edəcəkdir. Hazırda Azərbaycan bir sıra beynəlxalq təsisatlara inteqrasiya edən ölkədir və Ümumdünya Ticarət Təşkilatının bir hissəsi olmağa yaxındır”.

Prezident həmçinin bildirmişdi ki, təşkilata erkən üzvlük Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı və kiçik və orta sahibkarlığın inkişafını ləngidə bilər.

Göründüyü kimi, Azərbaycan siyasi iradəsi ÜTT-nın bugünkü böhranla nəticələnən zəif nöqtələrini xeyli əvvəldən hiss etmiş və təşkilata üzv olmağa tələsməmişdir. İndisə bu beynəlxalq qurum elə öz qurucuları tərəfindən iflasa sürüklənir.

Vaxtilə Azərbaycan hakimiyyətinin bu incə siyasətini anlamayanlar iqtidarı ÜTT-yə daxil olmağa istəksiz yanaşmaqda günahlandırırdılar. Zaman isə İlham Əliyevin uzaqgörən siyasətini haqlı çıxardı.

Xüsusilə son prezident seçkilərinin ardından aparılan bəzi kadr dəyişiklikləri Cənab İlham Əliyevin tələb olunan islahatlara start verəcəyini göstərir. Xüsusilə kənd təsərrüfatı ilə diaspor qurumlarında gedən dəyişikliklərin xarici investisiyaların daha çox bu istiqamətə və xaricdə yaşayan iş adamlarımızın prosesə cəlb oluncağı ehtimalını atırır.(musavat.com)

 Mürvət Həsənli

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar