Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal Bakı Forumunda Çin müzakirələri


Nizami Gəncəvi Fondunun təşkilatçılığı və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən V Qlobal Bakı Forumu öz işini bu gün də davam etdirir


“Fairmont Baku” otelinin Nizami Gəncəvi zalında baş tutan tədbirdə “Beynəlxalq münasibətlərdə Çinin rolu: köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi” mövzusunda keçirilən panel iclası keçirilir.

İclasda çıxış edən İtalyanın sabiq diplomatik müşaviri Antonio Zanardi Landi Nizami Gəncəvidən sitat gətirməklə başladı. 

“O, elə şeirlər yazıb ki, uzun əsrlər boyu qalıb”-deyə, əlavə etdi. Daha sonra o dedi ki, Çinin qaydaları pozacağı, yoxsa ona əməl edəcəyini demək çox çətindir. Son iki ay ərzində bizə aydın oldu ki, Çin mövcud qaydalara adaptasiya olunmasına çalışacaq. Çünki pfrezident Tramp elan etdi ki, bir çox müzakirə və sazişlərdən çıxır. Çin çox pozitiv şəkildə buna reaksiya verdi. Eyni zamanda bir sıra müzakirələrdə ABŞ-ın yerini almağı təklif etdi. Hətta Davos Forumunda pozitiv bəyanat verdi. Deməli, Çin beynəlxalq cəmiyyətə inteqrasiya etmək istəyir. Natiq ABŞ prezidentinin hərbi büdcəni 54 milyardadək artıracağı barədə bəyanatının təəccüblü olduğunu dedi: “ABŞ-ın müdafiə büdcəsi onsuz da böyükdür. Amma Tramp elan etdi ki, bu, sülhün bərqərar olunması üçün ayrılacaq. Çin isə qarşılığında bəyan etdi ki, hərbi büdcəsini cəmi 7 faiz artıracaq. Əlbəttə, bu da faktdır ki, Çin Avropa üçün müəyyən problemlər və çətinliklər yaradır”.

Qirğız Respublikasının sabiq baş naziri Apas Jumaqulov Forum təşkilatçılarına qonaqpərvərliyə və təşkilatçılığa görə təşəkkürünü bildirməklə çıxışa başladı. Öncə Azər

20-ci əsin ən tanınmış insanlarından birinin oğludur. O insan nəinki 20-ci, növbəti əsrlərdə də tanınan biri olaraq qalacaq. Mən onunla işləmək şərəfinə nail olmuşam. Lona görə də cənab Əliyevə təşəkkür edirəm ki, bu siyasəti nəinki öz ölkəsiondə, həmçinin beynəlxalq aləmdə davam etdirir. Bu Forumun öz töhfəsini verəcəyinə də əminəm”.

Sabiq baş nazir dedi ki, Qırğız Respublikası çox ciddi çətinliklərlə üzləşmişdi: “Belə çətinlikləri yaşamaq tariximizdə olmayıb. Böyük borclar, məvaciblərin ödənilməməsi, qurulanların dağıdılması halları hökm sürürdü. Ancaq biz bu çətinliklərin öhdəsindən gələ bildik. Biz Beynəlxalq Ticarət Təşkilatına daxil olduq. Bu çətin vəziyyətdə böyük qonşumuz Çin bizim ağır durumumuzdan sui-istifadə etmədi. Bizim Çinlə sərhədimiz 1100 km-ə bərabərdir. Tarix boyu böyük Çin və kiçik Qırğızıstan arasında heç bir problem yaranmayıb”.

“1996-cı ildə 5 dövlət tərəfindənm yaradılan Şanxay Əməkdaşlıq Təşkilatına sonradan Monqolustan, Özbəkistan, Pakistan, İran qoşulub. Bu təşkilatın qlobal əhəmiyyətinin də olacağına inanırıq”-deyə, əlavə etdi. Bildirdi ki, artıq çətinliklər geridə qalıb, ayrılan kreditlər hesabına avtomobil yolları tikilir, dəmir yolları çəkilir, elektrik stansiyaları inşa olunur. 

Digər çıxışçı Macarıstanın sabiq baş naziri Peter Medgyessi dedi ki, biz çox gülməli vəziyyətlə üzləşmişik: “Çünki həm Çin prezidenti, həm də ABŞ prezidenti iqtisadi rəqabətdən danışır. Amma əslində durum fərqlidir. Bu gün çox maraqlı telefon zəngi olub. Merkel Trampa dəvət zəngi etməzdən əvvəl Çin prezidentinə zəng edib. Düşünürəm ki, bu, çox ziddiyyətli məsələdir və çox təhlükəli vəziyyət yaranıb. Həll yolu rəqabəti qəbul etməkdən ibarətdir. Amma ziddiyyətlər ciddi fəsadlar verə bilər. Çin qəbul etməlidir ki, dünyada istifadə olunan valyuta var. Çin məsuliyyətli olmalı və daha yaxşı valyuta tapmalı, daha yaxşı vəziyyətə uyğunlaşmalıdır. Biz dünyada ciddi şəkildə bir-birimizdən asılıyıq. Əgər Çin valyutasının problemləri olarsa, bu dünyanı fəlakətə gətirib çıxara bilər. Çin məsuliyyəti öz üzərinə götürməli, bankları pis aktivlərdən təmizləməlidir. Amma o zaman bu, tək iqtisadi deyil, həm də siyasi məsələyə çevriləcək, çünki məşğulluqla bağlı problem yarada bilər. Dünya maraqlıdır ki, Çin uğura imza atsın, amma Çin də məsuliyyətli olmalıdır”.

Çini təmsil edən Tsingua Universitetinin nümayəndəsi David Qingzhong Pan isə öz arqumentlərindən çıxış etdi, Çinin önəmindən danışdı. “Son bir neçə il ərzində biz 3,5 milyon tələbəni xaricə təhsil almağa göndərmişik. Həmşçinin dünyadan 1,8 milyon tələbəni qəbul etmişçik. Biz istəyirik dünya bizi, biz də dünyanı başa düşək”-deyə, bildirdi.

“Hələ ki, bilmirik Amerika strategiyası nədən ibarət olacaq”. Bunu isə Serbiyanın sabiq prezidenti Boris Tadic dedi.

Pakistanın sabiq baş naziri Şövkət Əziz də bu mövzuda danışarkən beynəlxalq əməkdaşlığa səslədi: “Hər bir ölkə başa düşür ki, onlar təcrid olunmuş yaşaya bilməz. Terroristlər sərhəd tanımır, hər an sərhədləri kçirlər. Ona görə də biz reallığı nəzərə almalı, təhlükələrə qaşrı birgə mübarizə aparmalıyıq”. Natiq dedi ki, bir neçə ay əvvəl Çinin Şen Zin şəhərində olub: “Eynək çərçivələri ən çox orda istehsal olunur. Düşünmürəm ki, bu, təhdiddir. Kim daha ucuz və keyfiyyətli mal istehsal edirsə, biz bunu alqışlamalıyıq. Hesab edirəm ki, prezidentlər kifayət qədər ağıllıdır və vəziyyəti dügün qiymətləndirməlidir”.

Macarıstanın sabiq baş naziri Peter Medgyessi Çində keçiriləcək seçkilərə toxundu. Dedi ki, Siyasi Büronun 5 üzvü yaşına görə əvəzlənəcək: “Bu, Çin rəhbərliyi üçün yeni bir imkandır. Çin hakimiyyəti islahatları həyata keçirməyə maraqlıdır. Bu seçki yeni islahatlara yeni bir imkan yaradacaq. Düşünmürəm ki, Avropa ilə eyni hadisələr olacaq, çünki Çin fərqli mədəniyyətə malikdir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar