Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızqaçırma adam oğurluğudurmu?


Ötən gün Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov evlənmək məqsədilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib


MM-də keçirilən ictimai dinləmələrdə S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil:

“Bir var tamah məqsədilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik”.

Maraqlıdır, bu maddə qanunvericilikdən çıxarıla və ya dəyişdirilə bilərmi?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat  Çingiz Qənizadə Modern.az saytına açıqlamasında deyib ki, qız qaçırmaq cinayət qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir:

“Bu cinayətə görə məhkum olunan şəxslərə məhkəmələr tərəfindən daha ağır cəzalar təyin olunur. Bir hissədə adam oğurluğunun  pul, maddiyyat mənaları varsa, digərində isə başqa hərəkətlər nəzərdə tutulub. Bütün hallarda insan azadlıqdan qanunsuz olaraq məhrum edilir, yəni oğurlanaraq başqa yerdə saxlanılır. Bu baxımdan  qız qaçırmaq adam oğurluğu maddəsi ilə tövsif olunur  və biz bunu dəyişməmiksə, təkzib edə bilmərik”.

Ç.Qənizadə deyib ki, qız qaçırmaqla bağlı sanksiyaları dəyişmək mümkündür:

“Əgər  qız qaçırıldıqdan sonra onun kim tərəfindən qaçırılması və qıza qarşı  hər hansı qanuna zidd hərəkətlər edilməyibsə, müəyyən danışıqlar nəticəsində qızın da qaytarılması  mümkündürsə, o zaman tamah məqsədilə oğurlanmış adamlara görə cinayətkarlara verilən cəzanın həddi dəyişdirilməlidir.

Bu halda əvvəlkilər kimi 10-12 il həbsli cəza deyil, 4-5 il illə kifayətlənmənin tərəfdarıyam. Bu epizoda görə sanksiyanın dəyişdirilməsindən söhbət gedə bilər. Lakin bunu da kifayət qədər araşdırmaq lazımdır. Azərbaycanda qız qaçırma  vaxtilə milli adət halında olub, sonralar qanun bunu qadağan edib. Ona görə də araşdırılmalıdır ki, sanksiyanın azaldılması gələcəkdə bu halların çoxalmasına təsir ed’ bilər ya yox. edə bilər ya yox. Bunu da kortəbii etmək olmaz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar