Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızını tövlədə saxlayan ataya cinayət işi açıldı


İmişli rayonu, Cavadxanlı kəndində qızını 8 il ərzində tövlədə zəncirləyərək saxlayan Valeh Qaragedə oğlu Məmmədova qarşı cinayət işi açılıb


Bu barədə virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat verilmədiyindən Daxili İşlər Nazirliyinə müraciət edib. “Digər əlaqədar qurumlardan fərqli olaraq, DİN müraciətə dərhal reaksiya verdi. Təşkilata göndərilən rəsmi cavabda deyilir ki, Valeh Məmmədova qarşı Cinayət Məcəlləsinin 145.1 maddəsi ilə (qanunsuz azadlıqdan məhrum etmə) cinayət işi açılıb və hazırda istintaq gedir”.

Qeyd edək ki, 21.07.1988-ci il təvəllüdlü Pərvanə Məmmədovanın ruhi xəstə olub. Atası azyaşlının evdən qaçdığını əsas gətirərək onu yaxınlıqdakı yarımtikilidə bağlayıb. Qızın saxlanıldığı yerdə istilik olmayıb.

İmişli Rayon Mərkəzi Xəstəxanası P.Məmmədovanın 2-ci qrup əlil olmasını təsdiqləyib. Hazırda azyaşlının Bakıdakı 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə aldığı bildirilir.

Onu da xatırladaq ki, azyaşlının zəncirləyərək tövlədə saxlanılması “Bizə danış” verilişi tərəfindən aşkarlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar