rezonans

Xəbər xətti

24 İYUN

15:14 Prezident Yavər Camalovun vəfatı ilə bağlı nekroloq imzaladı

15:09 Kadırov Salaha hədiyyə verib

15:01 Ruhani haqda yazılmış kitab səs-küy yaratdı

14:52 Muharrem İnce və Meral Akşener səs verdilər

14:41 AZƏRBAYCAN ORDUSU – 100: MN-in hazırladığı Videosüjet

14:33 Deputatlar Türkiyədəki seçkilərdən danışdı

14:28 Messiyə görə intihar etdi

14:20 Livan nəşri: Azərbaycan yeni İsrail raketləri ala bilər

14:12 Əziz İldırım Türkiyəni tərk edir

14:01 Kim Çen İn 500 türk şəhidi Ankaraya qaytarır

13:56 ABŞ-da 870 min litr neft yola dağılıb

13:49 Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlandı

13:48 Taylandda futbol komandası mağarada itkin düşüb

13:40 Sənan Qurbanov: “Düz yoldayıq”

13:32 Xırdalanda yanğın: 3 uşaq yandı

13:10 Yavər Camalov dəfn olundu

13:02 Binəli Yıldırım: “Seçkilər demokratik bayram abu-havasında keçirilir”

12:47 BMT-nin Qarabağ qətnaməsi: Lavrovu narahat edən nədir?

12:40 Mərkəzi və Şərqi Avropanın əhalisi kəskin azalıb

12:32 Ermənistanda hərbçi azadlıqdan məhrum edilib

12:23 Messi karyerasını bitirir

12:19 Xızı sakinindən silah-sursat və narkotik götürülüb

12:14 Makron: “Bu ölkələrə sanksiya tətbiq edilsin”

12:10 Salyanda yanğın: on baş inək tələf oldu

12:06 Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

12:01 Paşinyan İrana niyə gedir?

11:55 Lukaşenko: “Müstəqilliyimiz itəcək”

11:50 Məhərrəm İncə səs verdi

11:46 Belarus müstəqilliyini itirə bilər

11:42 DÇ-2018: Bu gün II turun son 3 oyunu keçiriləcək

11:39 Kürdəmirdə yaşlı kişini maşın vurub

11:35 Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir?

11:31 Suriyada İran generalı həlak olub

11:27 İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb

11:24 Trampdan Kim Çenlə bağlı açıqlama

11:20 Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

11:16 Qurban Qurbanov: “Futbolçulardan razı qaldım”

11:11 Səudiyyədə qadınların sürücülüyünə icazə verildi

11:07 Maykl Ceksonun atası xərçəngdir

11:02 Aksiyada partlayış: 156 yaralı

11:00 Ərdoğan hakimiyyətini qoruyub saxlaya biləcəkmi?

10:58 “Neftçi” heyətinə daha bir xorvatı qatdı

10:54 Trampın mətbuat katibi restorandan qovulub

10:50 Mərkəzi Bank 350 milyon manat cəlb edir

10:46 Ankarada 11 PKK üzvü saxlanıldı

10:42 İki gün əvvəl ağır yaralanan sürücü öldü

10:37 OPEK-dən Rusiyaya təklif

10:33 Bakıda “Türk ulduzları” möhtəşəm şou göstərəcək

10:28 Bağçalarda fərdi videomüşahidə yaradıla bilər

10:23 Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib

10:19 AXCP-yə hörmətsizlik: Elçibəyin məzarı başında...

10:15 Hacıqabul sakini xalası qızının boğazını kəsdi

10:11 Salyanda18 yaşlı oğlan öldü

10:07 Türkiyədə prezident və parlament seçkiləri keçirilir

10:04 Atəşkəs 92 dəfə pozulub

10:00 Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb



ƏDƏBİYYAT

...

Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub

Tarix 13.06.18, 11:05

Font ölçüsü : - / +
bitmap-img6

Ləman Ələşrəfqızı yazır...


Salam Əbülfəz bəy.

Mənəm, o “tikanlı qız”. Zamanında Sizə hüsn-rəğbətimi, hörmətimi izhar edə bilmədim. Bir az xarakterimin də rolu oldu bu məsələdə, bir az işlədiyim qəzetin də. Hə, o qəzeti deyirəm, əslində “Sizə bir köynək yaxın, həqiqətdə Sizdən bir verst aralı qəzet”in. Biz də jurnalistikada xam, cavan uşaqlar. Xam xəyalların qanadlarında uça- uça elə bilirdik ki, ta Aya qədər gedib çıxacağıq, amma bu Günə gəlib çıxdıq. Çoxdan istəyirdim ki, Sizə bir etiraf məktubu yazım, qismət bu günəymiş. Daha doğrusu bu ilə-sizin 80 illiyinizə. Yadımdadır, sonuncu ad gününüzə-62 yaşınıza bir buket güllə gəlmişdim. Üstəlik, yenə də bir-iki tikanlı sualla. Siz onda bir müddət idi ki, sakitliyə çəkilmişdiniz. Heç kim xəstəliyiniz haqda bilmirdi, təbii ki, ən yaxınlarınızdan başqa. Sağ olsunlar, onların da ağzı bərkmiş, kimsə mətbuata bir kəlmə də sızdırmamışdı. Amma “Sizə bir köynək yaxın,  Sizdən bir verst aralı qəzet”in qulağına kimsə pıçıldamışdı ki, Elçibəy filan bağda dincəlir. Mən də rəhmətlik Elxan Kərimovla onun köhnə “Jiquli”sində gəlib  o bağı tapmışdım. 24 iyun 2000-ci il. Yadımdadır, köməkçiniz Əli bizi görəndə yazığın gözü kəlləsinə çıxmışdı. Müavin Əlinin himayəsində olanlar buranı hardan gəlib tapıb deyə. Amma əlimdəki gül buketinə, ad günü ovqatıma baxıb  sakitcə içəriyə xəbər vermişdi. İçəridən isə xəbər yerinə… Ordubad əriyi gətirmişdilər. Bir məcməyi, sapsarı, şipşirin, şirəli, iyi hələ də burnumdadır. Ağzım sulanmışdı o əriyi görəndə, amma   hirsimdən yeməmiş, əlimdə bir buket gül,  yarım saat küçədə gözləməyimi şəxsimə həqarət saymışdım, Elxan müəllimə ” gəl gedək, adam bizimlə görüşmək istəmir ” demişdim. Elxan Kərimov məndən səbirliymiş, bir az da gözləyək demişdi. Və birdən siz görünmüşdünüz qapıda. “Tikanlı qız”a təqdim etmək üçün  həyətdən  yenicə dərilmiş bir dəstə qızılgüllərlə. Tikanları o qədər sərt idi ki, əlimə batmasın deyə  bərk-bərk kağızla sarımışdız. Kim bilir, bəlkə də bununla mənə bir mesaj vermişdiz, tikanlı olma, və yaxud, özün ol!-mesajını.

O vaxtdan mən özüm oldum Əbülfəz bəy, tikanlarım isə hələ də qalır. İndi də verdiyim suallar, yazdığım yazılar, hazırladığım reportajlar  kimlərinsə xoşuna gəlmir. Neynim, Allah verən xasiyyətdir də. Xarakteri dəyişmək çətin məsələdir mənim üçün. Elə bilirəm dəyişsəm mənə  də xaraktersiz  deyərlər, Sizin əksər partiyadaşlarınız, əksər silahdaşlarınız kimi. Heç bilirsiz,  gedişinizdən sonra onların sayı nə qədər artdı? Hardan biləsiz? Hərdən fikirləşirəm ki, görəsən bir də dünyaya gəlsəydiniz onları bağışlayardız? “Bəy, axı belə deyil”-deyə onların hər cür  arqumentlərini özünüzəməxsus təmkinlə, səbrlə onlara izah edərdiz? Milli-mənəvi dəyərləri maddi dəyərlərə satan bu əqidə alverçilərini  əfv edərdiz? Onların başını  bir mandatla, uzağı bir QHT-ylə aldatdılar, bəy. İndi hamısı oliqarx kimi yaşayır, siz heç prezident olanda belə yaşamamışdız.  

Bu məktubu Sizə yazanda bayırda iyun ayıdır. Bilirəm, bu ayın sizin həyatınızda mühüm, çox mühüm rolu olub. İyunda dünyaya gəlmisiz, iyunda Prezident seçilmisiz, iyunda hakimiyyətinizi itirmisiz. Ayın 1-dən etibarən hər gün Gəncə qiyamı ilə bağlı silsilə reportajlar hazırlayıram. 25 ilin tamamında çox şey daha fərqli, daha aydın görünür. Səhvləriniz də, həqiqətləriniz də . Bəlkə də həqiqətləriniz səhvlərinizdən çoxdur, bəlkə də əksinə, səhvləriniz həqiqətlərinizdən. Amma bu heç nəyi dəyişmir. Oturub dönə-dönə sizin müsahibələrə, açıqlamalarınıza baxıram, 25 il qabaqkı hadisələrin düz mərkəzinə düşürəm. Ondan sonra bu yazını yazmaq bilirsiz  nə qədər çətindir? O dövrün  siyasi mənzərəsi qədər çətin. Bir neçə gün əvvəl Etibar Məmmədovla müsahibə götürmüşdüm. Ondan soruşdum ki, Əbülfəz bəy necə bir müəllim idi?  “Yaxşı müəllim idi”- dedi. Şəstlə dedi bunu. Gözləri parıldadı. Bu parıltı imkan vermədi Etibar bəyin gözlərinin ta dərinliklərinə baxım. O dərinliklərdə nələr gizlənib, İlahi? Prezident səlahiyyətlərinizin əlinizdən  alınmasında tələbənizin xüsusi rolundan tutmuş ta nələr, nələr….Çox maraqlıdır mənə, o ad gününü necə qeyd etmişdiz? 1993-cü ilin 24 iyununu. Prezident səlahiyyətləriniz əlinizdən alınıb, özünüz də kiçik Kələkiyə sığınmışdınız. Məncə o kiçik KƏLƏKİdə böyük KƏLƏK  haqqında düşünməyə vaxtınız oldu sizin. Harda yanlış etdiyinizi özünüz üçün müəyyən edə bildinizmi? Səhvləriniz, boşluqlarınız haqda nə qənaətə gəldiniz? Doğurdanmı elə hesab etdiniz ki, ” Bu mənim taleyimdir”. Kaş ki,  4 il 4 aylıq  Kələki yaşantılarınızı  qələmə alıb, dünyanın ən maraqlı memuarı kimi tirajlayaydınız.  Təəssüf, bundan bizi məhrum elədiniz. Bizi çox şeydən məhrum elədiniz. Bizə demokratik ölkə vəd elədiniz, sözünüzü tutmadınız. Bizə Bütöv Azərbaycan vəd elədiniz, Azərbaycanı yarı can üstə qoyub getdiniz. Bizə “Mən hələ Prezident olacam, görəcəksiz ölkə necə idarə olunur” vədini verdiniz, “idarəolunan Elçibəy kadrları”ndan başqa heç nə qoymadınız bizə. Onları da kim gəldi, necə gəldi idarə edir. Çox istəyərdim ki, Allah Sizə bir dəfə də şans verəydi. Sizin məğlub yox, Qalib prezident kimi dünyadan köçməyinizi istəyərdim. Amma biz istəməklə deyil ki…Gərək Allah da istəyəydi bunu. Allah isə sizi dərgahında görmək istədi. Yenə də xoşbəxt adamsız. Sevənləriniz sevməyənlərinizdən çoxdur. Hələ də gözümün qabağındadır möhtəşəm dəfniniz. İnanın, o gün nə qədər insan yerinizdə olmaq istəyərdi! Biri elə mən özüm. 29 yaşında gənc qız həsəd aparmışdım  çiyinlərdə daşınan Azərbaycan boyda tabuta. Yüz minlərlə insan göz yaşı tökürdü sizin üçün. Timsah göz yaşı deyildi, əsla. İçdən gəlirdi, yana-yana gəlirdi, yandıra-yandıra gəlirdi. Ölümün hamını yandırdı, Bəy. Bu, “tikanlı qız”ı da. Səsin hələ də qulaqlarımdadır. “Xanım, səni də başa düşmək olmur. Gah ipək kimi olursan, gah da tikanlı”. Onda ən BÖYÜK DEMOKRATA qıcıq olmuşdum, bu adamın tənqidə heç dözümü yoxmuş ki.. demişdim. Amma həqiqəti deməmişdim. Deməmişdim ki, Əbülfəz bəy, tikanlarıma baxma, Sizi çox sevirəm. Hətta  ” Sizə bir köynək yaxın, sizdən bir verst aralı qəzet”in “mirzə”lərindən birinə stəkan tolazlayacaq qədər çox.

Təəssüf deyə bilmədim. Siz qəzetlərə ” Hamı sakitləşib, bircə bir jurnalist var, Ləman Ələşrəfqızı o sakitləşmir ” deyəndə də demədim bunu. Gec də olsa indi deyirəm. Hər şey üçün bağışla, bəy ! Hətta kələ-kötür suallarımı da. O suallar ki, bəzən tikanlı yox, qərəzli olurdu. Bəzən “Sizə bir köynək yaxın, amma  Sizdən bir verst aralı qəzet”in siyasətini yürüdənlərin ağlına uyub, səhv edirdik. Səhv isə günah deyil. Eynən  sizin səhviniz kimi. Mən bu səhvi heç vaxt günah saymadım.  Azərbaycanı sevən, millətini sevən günah edə bilməz dedim. Kaş ruhun bu “tikanlı qız”ın məktubunu oxumuş, hisslərini  duymuş olaydı, Bəy. Əminəm, o zaman gözlərin yaşaracaqdı. Şəhid məzarına sərilən ananı ayağa qaldırıb  sinənizə sıxanda  necə yaşarmışdısa, o cür. Türkiyəyə müalicəyə gedəndə jurnalist həmkarım Qızılgülün sualından necə kövrəlmişdinizsə,o cür. Qızılgül xoşbəxtdir Bəy, o tarixi kadrlarda Sizə dua edən biri kimi qalıb. Mən qızılgülün tikanı kimi…..(Gununsesi.info)

Ləman Ələşrəfqızı, Əməkdar jurnalist



pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Ziya Məmmədovun holdinqi “sökülür”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru