Xəbər xətti

23 MAY

13:07 ƏƏSMN sistemindəki yeyintilərin kilid ismi: Əjdər Ol - İttiham

13:04 Çoxuşaqlı ailə məfhumu beşdən üçə endirilsin

13:00 “Abituriyentlərin intiharına görə mətbuat günahkardır”

12:55 Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu

12:52 Rusiyanın TANAP təşvişi: TANAP layihəsi ruslarda niyə qorxu yaradır?

12:48 Banklardan oğurlanmış milyonlarla vəsait donduruldu

12:45 Hadı Rəcəbli: ““Facebook” ailələri dağıdır”

12:41 Qazaxıstanın millimizlə oyun üçün heyəti açıqlandı

12:37 Cəlilabadda büdcə pulları qarət olunur

12:33 Nazir aparat rəhbərini işdən azad etdi

12:29 Deputat: “Qız qaçırma insan oğurluğu deyil”

12:26 Hadi Rəcəbli: “Məni niyə təhqir edirlər?”

12:23 Hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

12:18 Bill Geytsdən yay mütaliəsi üçün məsləhət

12:15 Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər

12:11 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:07 Səhərlər daim yorğun olanlara xəbərdarlıq

12:03 Xalq artisti: “Uşaqlarımı az görürəm”

12:00 29 yaşlı oğlan intihar etdi

11:56 Nazirliklərdə boşalan yüksək postlar

11:53 “Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”

11:48 4 ayda Azərbaycana 847 midən çox turist gəlib

11:45 Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

11:41 “Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil”

11:37 Erməni hərbçi postda ölü tapıldı

11:33 “O, Bakının riyakar və etibarsız müttəfiqidir”

11:30 “TANAP Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək”

11:26 Qızıl ucuzlaşıb

11:22 Tiflisdə itkin düşən azərbaycanlı tələbə tapıldı

11:19 Bərdədə maşın piyadanı vurdu

11:16 Xaricdə pulsuz təhsil bərpa edilsə, nə baş verəcək?

11:12 ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

11:09 ABŞ İranı içdən dağıtmaq istəyir - Təhlil

11:05 Əkilməyən torpaqlar geri qaytarılır

11:01 Azərbaycanlı aktrisa modellik edəcək

10:57 “May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

10:54 Amerikalı yazıçı vəfat edib

10:50 Narkotik maddələr becərən şəxslər tutuldu

10:47 Cavid Qurbanov: “İndi adam balası kimi işləyirlər”

10:42 Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb

10:38 NASA Günəşdə nəhəng dəlik aşkarladı

10:34 Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək

10:31 Saxta əlillik problemi və Səlim Müslümovun populizmi - Problem həll olunacaqmı?

10:27 5 yazıçımıza “Ədəbiyyat adamı” mükafatı verildi

10:23 Azərbaycan nefti bahalaşdı

10:20 Türkiyədə 70 hərbçinin həbsinə sanksiya verilib

10:16 Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib

10:12 Su İdmanı Sarayında məşq edərkən öldü

10:08 Azad Rəhimovun oğluna: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”

10:04 Problemli kreditlər yenidən gündəmdə

10:00 Gədəbəydə güclü yağış bəzi fəsadlar törədib

9:55 Neft ucuzlaşdı

9:50 BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi dinlənilib

9:46 Sabirabadda narkotik əkən iki yeniyetmə saxlanıldı

9:42 Parisdə 100 tələbə saxlanıldı

9:38 Çimərliklərdə monitorinqlər başladı

9:34 Atəşkəs 92 dəfə pozulub

9:30 73 yaşlı qadın baş prokuror təyin edildi

9:25 Əli İnsanov azadlığa buraxıla bilər

9:21 “Milan” Avropa Liqasından uzaqlaşdırıla bilər

9:17 OPEK iyunda neft hasilatının həcmini artıra bilər

9:13 Kamçatka sahillərində güclü zəlzələ olub

9:08 AST Telmanın obyektinin qiymətini 300 milyon endirib, yenidən satışa çıxardılar

9:04 İsrail təyyarələri Qəzza zolağına zərbələr endirib

9:00 Həftəsonu əfv sərəncamı veriləcək

0:55 Kral Salmana qarşı qiyam hazırlanır

0:48 Avropa İttifaqı - Azərbaycan danışıqlarının növbəti mərhələsi keçiriləcək

0:36 Fransızlar dünyanın ən kiçik evini tikdilər

0:28 Ölkəyə benzil idxalı artıb

0:16 “WhatsApp”da yenilik

0:03 Bu gün bürcünüz nələr vəd edir?

22 MAY

23:55 3 alpinist Qubada niyə həlak olub?

23:42 Yaşıl çay yaddaş xəstəliklərini məhv edir

23:38 Kərə yağı adı ilə satılan yağlar ziyanlıdırmı?

23:25 ABŞ səfirliyinin əməkdaşları Venesueladan qovuldu

23:12 Tokio London və Amsterdamla əməkdaşlıq edəcək

23:07 Litvaya 1500 vahid hərbi texnika gətiriləcək

22:59 8 polkovnik həbs edildi

22:44 Ukrayna ilk dəfə bu raketi sınaqdan keçirdi

22:39 Beyons tarixi abidəni satın aldı

22:26 Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb

22:11 Ramazan ayının yeddinci gününün duası

22:04 Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb

21:57 Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

21:44 Maduro növbəti 7 il müddətinə prezident elan edildi

21:37 Ölkənin qızıl-gümüş bazarı bahalaşdı

21:25 İngiltərə Futbol Assosiasiyası “Arsenal” klubunu cərimələyib

21:12 ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü keçirildi

21:03 İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı

20:55 Prezident yol polisləri ilə bağlı sərəncam imzaladı

20:47 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

20:36 “Kataloniya üsyanı”na Rusiyanın müdaxiləsi təsdiqlənib

20:24 Şimali Kipr türk lirəsindən imtina edir

20:12 Kredit ittifaqları bir-brinin ardınca niyə ləğv edilir?

20:05 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

20:01 Pakistanda son 4 gündə 65 nəfər istidən ölüb

19:55 Kürdəmirdə avtomobil aşdı: yaralılar var

19:51 TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

19:47 Ulduz futbolçu Kəbəni ziyarət etdi

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi



ƏDƏBİYYAT

...

Qızı olmasın deyə hamilə arvadının qarnına vuran ata

Tarix 13.02.18, 11:18

Font ölçüsü : - / +
bitmap-img6

Könül Cəfərli yazır


Qız doğulduğunu öyrənəndə xəstəxanada dava salır. Palataya girib arvadını döymək də  istəyirmiş. Hay-küyə gələn baş həkim otağına salıb sakitləşdirməyə çalışır. Təsəlli verir ki, bu ilk uşaqdır,  inşallah ikinci oğlan olar-filan. Mehmanın qəzəbini güclə yatırıb evə göndərir.

Səhəri gün ana və körpəni evə çıxaranda əri hikkəsindən doğum evinə getmir. Adiləni elə birbaşa anasıgilə aparırlar. Gəncə tərəfdə adətdir, uşağın “qırxı” çıxanadək gəlin ata evində qalır. Mehman bu müddətdə 1 dəfə də övladı ilə maraqlanmır. Vədə tamam olanda qaynana gəlinini və nəvəsini götürüb evinə gətirir. Adilə danışırdı ki, qapıdan girən kimi əri bir dəfə möhkəm əzişdirib, qız doğmağın heyfni çıxır.

Zamanla Mehman övladına alışır, çox istəməyə başlayır. Amma oğlan sevdası başından çıxmır. Həvəslə növbəti uşağın doğulmağını gözləyir.

İkinci hamiləlikdə “uzi” oğlan desə də, Adilə yenə qız dünyaya gətirir. Bu dəfə Mehman dünyanı dağıdası olur. Xəstəxanaya ismarıç yollayır ki, kişinin oğlu olar, məni el içində rüsvay etdin, ikinci qızla qapıma gəlmə. Bu dəfə də ağsaqqallar dövrəyə girib Mehmanı yumşaldır, xeyli dil tökəndən sonra arvadını qəbul edir.

Oğul naminə üçüncü övlad artıq şərt olur. Qız təkrar hamilə qalır. Cinsiyyətini öyrənmək üçün poliklinikaya getsələr də, həkim qəti söz demir. “Uşaq bətnində elə yerləşib ki, dəqiq təyin etmək olmur. Amma daha çox oğlana bənzədirəm”, - söyləyir.

“Oğlan”ı eşidib arxayın düşür, bir də 2 ay sonra gəlini müayinəyə aparırlar. Bu dəfə “uzi”də “İndi aydın görünür, uşaq qızdır”, -deyilir. Mehman “qara” xəbəri eşidən kimi dəliyə dönür, körpədən bir an öncə “xilas” olmağa çalışır. Çox israr etsə də,  5 aylıq uşağı abort etmirlər.

Doğulmamış balasına nifrət edən ata başqa yollara da əl atır. Arvadına uşağı bətnində tələf etmək üçün dərman içməyi də təkid edir. Qız razılaşmır. Əli hər yerdən üzülən Mehman yoldaşının gününü qara edir. Qadının qarnı böyüdükcə kişinin qəzəbi də artır. Adilə söyləyir ki, məni döyəndə uşağa xətər yetirmək üçün qəsdən hər dəfə qarnımdan da vurur, körpəmi qorumağa çalışsam da yenə zərbə dəyirdi. Ata hətta evdəki 2 qızına deyir ki, ananızın qarnında canavar var, təpik vurun ölsün, yoxsa çıxıb sizi yeyəcək.

Əri 3-cü övladın hirsini arvadından o ki var çıxır, tək fiziki deyil, mənəvi zülm də verir. Bütün hamilələr kimi Adilənin də ürəyi yeməyə nəsə istəyir, Mehman isə acıqla almır. Yazıq qız çarəsiz qalıb, anasından xahiş edir, o da kürəkənindən xəlvət tapıb gətirir.

O qədər çətin hamiləliyə, təpik-şilləyə rəğmən uşaq sağlam doğulur. Bu dəfə Mehman arvadına xəbər göndərir ki, evimə ayaq basma, gələn kimi ikinizin də başını kəsəcəyəm.

Adilənin anası qorxusundan qızını nəvəsi ilə evinə aparır. Fikirləşir ki, bəlkə 40 gün sonra Mehman yenə yumşalar. Amma bu dəfə bütün cəhdlər boşa çıxır. Axırda kürəkən belə razılaşır ki,  3-cü uşağı gətirməmək şərti ilə Adilə evə dönə bilər. Əlacsız qalan ana südəmər balasını ata evində qoyub, ərinin yanına qayıdır. Arzu olunmayan qızcığaz isə nənə-babanın himayəsində qalır. Qəzəbi və nifrəti sönməyən ata uşağa ad və soyadını da vermir. Rəsmi nikahları olmadığı üçün körpə babasının familiyasında  yazılır.

Zalım ata Adiləyə balasını əmizdirməyə də qoymur. Yaxşı ki, ata evi qonşuluqda yerləşir. Əri işdə olanda qaçıb uşağa süd verir, gedə bilməyəndə sağıb göndərir.

Mehman 4-cü övladı gözləsə də Adilə hamilə qalmır. Daha doğrusu, bətninə bala düşdükcə, kişidən xəlvət abort etdirir. Yoldaşına da deyir ki, uşaq olmur. O, da ərindən belə qisas alır.

Atasının imtina etdiyi qızın artıq 4 yaşı var. Hələ də nənə-babası ilə yaşayır. Elə onları da ana-ata çağırır. Öz doğma atasına əmi, Adiləyə isə xala deyir. Mehman bu 4 ildə bir dəfə də o övladını öpüb qucaqlamayıb. Əksinə hər görəndə kobudluq edir. Üstəlik arvadına da bərk tapşırıb ki, qıza yaxınlıq etmə, uzaq dur. Yazıq qadın ərindən xəlvət balasını öpür, bağrına basır. Bu hekayənin sonu necə olacaq bilmirəm. Amma Adilə ərinin bir gün uşağı qəbul edəcəyi ümidi ilə yaşayır.

Qız övladı arzu etməyən başqa qohumlarım da var. Birinci uşağın qız doğulmasına bir təhər dözüb, ikincini mütləq oğlan tələb edirlər. Qadın hamilə qalır, cinsiyyətini öyrənmək üçün 3-cü ayında “uzi”yə aparırlar. Əgər cavab “qız” olsa, elə oradaca körpəni rədd edirlər. Keçən dəfə gəlin danışırdı ki, abortdan sonra vedrədə uşağın doğranmış bədənini görüb. Çox xırda olsa da, paralanmış cəsədi tərpənirmiş. Qız necə şok keçiribsə, ürəyi gedib.

Bu bir gerçəkdir. Bizim toplumda çoxluq oğlan övladına üstünlük verir. Bunun bir neçə səbəbi olsa da, məsələnin kökündə qadına olan münasibət yatır. Bu günün, dünənin problemi deyil. Uzun əsrlərlə formalaşmış aşağılayıcı və ədalətsiz bir təsəvvürün nəticəsidir. Hələ də dünənədək başlıq pulu ilə satılan, qapazlanan, ancaq ərə xidmət və uşaq doğmaq üçün böyüdülən qızı oğulla bərabərləşdirə bilmirik.

Həm də mentalitetimizə görə qız övladı namus yüküdür. Adına tez söz çıxır, gərək ərə verənədək daima əxlaqına nəzarət edəsən, bakirəliyinin keşiyini çəkəsən. Ona görə qız uşağı ata üçün əlavə narahatçılıq və lazımsız əziyyətdir.

Bir dəfə “Niyə bizim toplumda oğula üstünlük verilir?” sualı ilə sorğu keçirmişdim. Müxtəlif cavablar oldu. Ən çox isə: “Qız köçüb gedir, ata-anaya oğlan qalır, qocalanda bizə baxan, meyitimizi yerdən götürən oğlumuz olacaq”, - dedilər.

Amma mən 4 oğlu olduğu halda qızının evində can verən ana tanıyıram. Yaşlaşanda oğulları yaxın durmadığı üçün qızı aparıb baxdı. Qadın deyirdi ki, hər oğul doğulanda qurban kəsmişəm, amma bu qız dünyaya gələndə hirsimdən xeyli ağlamışdım: “İndi qızıma möhtac olmuşam, Allah məni belə utandırır”.

Oğul davası çəkib, qıza ağız büzən atalara sadəcə bir sözüm var: “Qocalığınızı düşünürsünüzsə, Allahdan ancaq xeyirli övlad istəyin”. Nə məlum, bəlkə yaşlaşanda elə  sizə də istəmədiyiniz qızınız baxası oldu. Bəri başdan elə davranın ki, ayağınız yer tutmayanda Telli nənə kimi utanmayasınız...(kulis)

 pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

“May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

“Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru