Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızı intihar edən atanın fəryadı ürək dağladı


“Qızım bizdən çox da uzaqda yaşamırdı. O ölümünə səbəb olacaq bir problemi, dərdi yox idi. Biz də baş aça bilmirir o, canına niyə qıydı, qızımı buna vadar edən nədir”


Bunu Azvision.az-a açıqlamasında Şəki şəhərinin Baş Layısqı kəndində ötən gün yaşadığı evin eyvanında asaraq intihar edən Şəhanə Salahovanın atası Vəli Salahov deyib. 

O, iki uşaq anası olan qızının intihar etməsinin müəmmalı olduğunu bildirib:

“Qızım bir gecənin qurbanı oldu. Heç nə bilmirəm. Amma qızım getdi. O, indi yoxdur, körpə uşaqları yetim qaldı. Mən qızımı evimdən gəlin köçürmüşdüm. İndi isə o dünyadan köçdü. Qızım getdi, sözüm tükəndi. O, mənim yanımda olanda heç vaxt ölüm, intihar haqda düşünməzdi. Mən heç nə bilmirəm, nə olubsa bir gecənin içində olub. Övladım bir gecənin içində özünə qəsd elədi”.

V.Salahov qızının ailəsində problem olmadığını düşünür: “Mən bildiyim qədər qızımın əvvəllərdə heç bir dərdi, problemi olmayıb. O, bizə tez-tez gəlib gedirdi. Biz də onlara gedirdik. Ailəmizdə gizli heç nə olmayıb. Əgər qızımın bir dərdi olsaydı, mənə deyərdi.
Qızımın iki oğlu var. Birinin 5, digərinin isə 3 yaşı var. Balaca nəvəm anasız dayana bilmir. Elə hey qışqırıb anasını istəyir. Yoldaşı da fəhlə adamdır. O, içki içmir, pis əməli də olmayıb. Onların ailəsində heç bir maliyyə problemi yox idi. Mənim də bir əlim həmişə qızımgilin üstündə idi. Şükür Allaha onların özlərinin də evləri, yeməkləri, hər şeyləri var idi”. 

Mərhumənin atası həmçinin qeyd edib ki, qızı intihar edən zaman evdə yalnız onun qaynanası olub: “Qızım özünü asan vaxt mən Bakıda olmuşam. Toya getmişdim. Bir də səhər tezdən zəng gəldi ki, qızım özünü öldürüb. Dəli oldum. Qızım yoldaşı da həmin vaxt Bakıda olub. Onlar bizim köhnə qohumlarımızadandır. Nəsə problem olsaydı bilərdik. Həmin gecə qızımın yanında qaynanası olub. Yəqin ki, onun hər şeydən xəbəri var. Ölüm ilə bağlı ondan heç nə soruşa bilmirəm. Ancaq içimdə qıslıb dururam. Mənə olan olub daha. Bu gündən sonra qızımı qaytara bilmərəm. Mən artıq cəhənnəmdəyəm. İndi qızımın körpələrinin dərdini çəkirəm. Əlimizdən nə gəlir. Bilsəm ki, o geri qayıdacaq yalvararam ki, qızım qayıt evinə”.

Sonda isə ata qeyd edib ki, hazırda qızının ölüm səbəbləri araşdırılır.

“Dövlətimiz qızımın ölüm səbəbini araşdırıb üzə çıxaracaq. Günahkarların cəzasını də dövlətimiz verəcək”. 

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Şəhanə Vəli qızı Salahova ötən gün yaşadığı evin eyvanında özünü asaraq intihar edib. 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar