Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qız qaçırma “adəti” azərbaycanlıların həyatını necə qaraldıb...


Vaxtilə el adəti idi, indi qətl səbəbi olub...


Bugünlərdə kriminal xronikada ilginc xəbər yer almışdı. Bacısını qaçırdığı üçün dayısı oğlunu öldürən 1995-ci il təvəllüdlü Nurlan Quliyev məhkəməsində ilginc ifadələr işlədib. O, qisas məqsədilə Mahiri öldürdüyünü söyləyib: “Mahir bacımı qaçırmışdı, bu da mənə pis təsir etmişdi. Bacımın başqa sözlüsü var idi. Həmin sözü də ailələrimiz arasında kəsmişdik. Dayım oğlu Mahir bundan sonra bacımı qaçırıb”.
N.Quliyevin əlavə edib ki, bacısının Mahiri sevməsi, onlar arasında sevgi münasibətlərinin olmasından xəbərsiz olub.

Bu fakt isə öz-özlüyündə Azərbaycandakı ənənələrin tamamilə dəyişdiyini göstərir. Təsəvvür edin ki, illər öncə qaçırılma adi məişət hadisəsi, sıradan bir evlənmə öncəsi prosedur olsa da, hazırda buna görə cinayət işi açılır, insanlara iş verilir. Bundan başqa, insanlar qaçırılma faktını “elin adəti” kimi qəbul etməkdən daha çox, “namusa sataşma” kontekstində qəbul edirlər. Nə dəyişdi? Qaçırılma dünəndən bu günə öz xarakterini, rəngini, statusunu nəyə görə başqa formaya keçirdi?

Əksər hallarda qız qaçırıldıqdan sonra oğlan kəbin kəsdirib toy edirdi. Məhəllə ağsaqqalları işə qarışıb tərəfləri barışdırsa da, qızın ata-anası artıq övladlarına cehiz vermir və o, ömrünün sonuna kimi el içində “qaçan gəlin” adı daşıyırdı. Qızın və ya oğlanın ata-anası heç cür bununla barışmadıqda, cavanlar həmin kənddən və ya şəhərdən köçməyə məcbur olurdular.

Dediyimiz kimi, keçmişdəki bəzi ənənələrimiz artıq deqradasiyaya uğrayıb. Bu səbəbdən də indi qaçırılmanın motivlərinə də “kosmetik dəyişikliklər” edilib. Məsələn, bunlardan biri qızın razılığı ilə baş tutandır. Bu halda qaçırılmaya qızın ailəsinin narazılığı səbəb olur. İkinci geniş yayılmış hal isə həm qızın, həm də valideynlərinin razılığı ilə baş tutandır. Bu hal adətən tərəflərin maddi vəziyyəti yaxşı olmadığı vaxt baş tutur. Bu zaman hər şey əvvəlcədən planlaşdırılır, tərəflər qrafiki qurur, qız “qaçırılır”, sonra da yüngülvari bir mərasimlə bu iş qeyd edilir. Qaçırılmanın ən az yayılan növlərindən biri isə zorla, bəzənsə qisasçılıq zəminində baş tutanlardır. Bu zaman nə ailələr, nə də qızın özü buna razı olur. Oğlan, ya da onun qohumları bu prosesi ya qızın ailəsindən qisas almaq, ya da istədikləri bir izdivacı gerçəkləşdirmək üçün edirlər. Məhz bu halda oğlanı da, qaçırılmada iştirak edənləri də polisə verirdilər.

Bir sözlə, qonum-qonşu, el-oba bu cür üzdəniraq “evlənmə yolları”nı heç vaxt bəyənməyib, pis qarşılayıb. Belə nikah üsulu xalqımız arasında geniş yayılmayıb.

Əslinə qalarsa, son əsrlərin toy mərasimləri, özü-özlüyündə, ulu əcdadımız Oğuz türklərinin qədim “qızqaçırma” adətinin uzaq əks-sədası, bir növ onun yamsılanmasıdır. Sonralar gəlin aparılan zaman icra olunan qabaqkəsdi, qapıbasdı, pərdəapardı və s. adətlər, ümumi rəyə görə, həmin əski “qızqaçırma”nın izi, qalığıdır.

Azərbaycan cinayət qanunvericiliyi qadını evlənmək məqsədilə qaçırma halını cinayət kimi qəbul edib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərsə, 5 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Lakin 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınır və 144-cü maddə ilə tövsif olunur. Həmin Məcəllə ilə bu əməl 5 ildən 12 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xatırladaq ki, bununla bağlı son illər kriminal jurnalistlər xeyli ilginc hekayələr də yazıblar. Bir neçə il əvvəl Yevlaxda baş vermiş bir qaçırma olayına görə 8 il həbs cəzası alan oğlanın hekayəsi mətbuatda uzun müddət müzakirə olunmuşdu.

Amma Azərbaycanda qaçırılan, yəni “adı çıxan” qızın nə özü, nə də ailələri bu olayla bağlı polisə adətən şikayət etmirlər. Çünki bu halda oğlanın türməyə göndərilməsi, qızın isə ata evinə qayıtması gözlənilir. Buna isə razılaşaq ki, ölkəmizdə razı olanlar az tapılar. 

Vəkillər isə bizə açıqlamalarında bildirdilər ki, əslində qızqaçırma ilə adam oğurluğu arasındakı fərqi məhkəmədə də dərhal anlayırlar. Sadəcə, qanunvericilik Qərb dəyərləri ilə yazıldığı üçün milli mentalitet nəzərə alınmayıb. Bu səbəbdən də hakimlər çox vaxt olaydakı gerçək izi nəzərə alıb, daha yüngül cəza verirlər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar