Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiymətlərin ucuzlaşması gözlənilir


Türkiyə-Rusiya münasibətləri gərginləşdiyi dövrdə Azərbaycan tərəfi Rusiyanın əlverişli bazar olmasını əsas gətirərək bu istiqamətdə səylərini yüksəltdi


Hətta istehsal edilən məhsulun çox hissəsi Rusiyaya ixrac edildiyindən, yerli bazarda qiymət artımı müşahidə edilməyə başladı.

Xüsusilə, meyvə-tərəvəzin qiyməti ötən illə müqayisədə hiss ediləcək qədər bahadır.
 
Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları dayandırdıqdan və münasibətlər normallaşdıqdan sonra bunun Azərbaycan iqtisadiyyatına təsirləri nədən ibarət olacaq? Daxili bazarda ucuzlaşma gözləniləndirmi?
 
Rusiya böyük bazardır
 
Milli.Az bildirir ki, iqtisadçı Natiq Cəfərli modern.az-a açıqlamasında deyib ki, Rusiya Azərbaycan məhsulunun təklifi üçün çox böyük və gəlirli bazardır:
 
"Əgər məhsulları tez və keyfiyyətli şəkildə Rusiya bazarına çatdırmağı öyrənsək, bunun qarşısında dayanan maneələr aradan qalxsa, bizim məhsullar Rusiya-Türkiyə münasibətlərindən asılı olmayaraq özünə yer tapa və oturuşa bilər.
 
Azərbaycan məhsulları illərdir ki, Rusiya bazarında önəmli rol oynayıb.
 
Sadəcə məhsulların istehsalının artırılması qarşısında duran maneələr - daşınma, logistika, sərhəddəki problemlər həll olunmalıdır ki, fermerlərimiz Rusiya bazarına rahat çıxış əldə edə bilsinlər".
 
Bəzi iş adamlarının gəlirləri kəsiləcək...
 
N.Cəfərlinin sözlərinə görə, münasibətlər normallaşdığından tendensiya aradan qalxacaq və bu işlə məşğul olan iş adamlarının gəlirləri azalacaq.
 
"Onsuz da münasibətlər gərginləşdikdən sonra türk məhsullarının bir qismi Azərbaycan üzərindən də Rusiyaya daşınırdı. Bu isə yerli iş adamlarına müəyyən qazanc və üstünlüklər verirdi. Bundan sonra isə o gəlirlər kəsiləcək".
 
"Azərbaycan məhsulu keyfiyyətlidir, amma bahadır"
 
O, həmçinin bildirib ki, Türkiyə mallarının Rusiyada böyük rəqabət üstünlüyü var:
 
"Türkiyə malları həm keyfiyyətinə, həm də qiymətinə görə Rusiya bazarlarında çox böyük rəqabətdə udur. Əsasən də qiymətinə görə Azərbaycan mallarını üstələyir.
 
Nəzərə alaq ki, bizim məhsulların keyfiyyəti yüksək olsa da, qiyməti bahadır".
 
"Daxili bazarda bəzi məhsulların qiyməti ucuzlaşacaq"
 
İqtisadçı qarşıdakı dövrdə daxili bazarda müəyyən məhsulların qiymətində ucuzlaşma olacağını istisna etməyib:
 
"Türkiyə məhsulları Rusiya bazarına daha çox daxil olduqca bizim məhsulların bazardakı payında azalmalar olacaq.
 
Bu da daxili bazarda qiymətlərin aşağı enməsinə zəmin yaradacaq. Çünki təklif tələbi üstələdikcə qiymət aşağı düşür. Növbəti mərhələdə məhz bunu gözləmək olar. Sadəcə Azərbaycanda pis bir tendensiya var ki, iş adamları hətta məhsulun bir qisminin xarab olmasına razı olur, amma qiyməti aşağı endirmirlər.
 
Bu baxımdan ümid edirik ki, iki ölkə arasındakı yaxınlaşma daxili bazara, yerli istehlakçılara pozitiv təsir göstərəcək. Yerli məhsulların ucuzlaşması müşahidə ediləcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar