Bazar ertəsi, 18 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Qiymətlərin od-tutub yandığı “Zanbaq” restoranı - Video


Bəzi bahalı məkanlar haqqında sizində məlumatınız var. Bu bahalı məkanlarda, yeyəcəklər və içəcəklər maya dəyərindən qat-qat çox, bəzən isə ifrat dərəcədə baha olur. Belə məkanlardan biri də, Qış parkı adlanan ərazidə yerləşən “Zanbaq” restoranıdır


Məkanın icarə haqqına görə qiymətlərin baha olması hardasa anlaşıla bilər, ancaq parka istirahətə gəlmiş sadə vətəndaşların belə bir məkana qıraqdan baxıb, həsrətlə seyr etməsi nə dərəcədə ədalətlidir. Məsələnin kökünə varmaq üçün “Zanbaq” restoranından saldıq yolumuzu.

Orta aylıq əmək haqqısı 150-200 manat civarında olan sadə vətəndaşın gözlərini yumub yanından keçəcəyi bu restoranda sadəcə sadə bir çay içmək və qiymətiylə tanış olmaq istəyirdik. Məgər ki, burada heç sadə çay da verilmirmiş. Anlaşılan budur ki, sadə vətəndaşın imkanı çatacaq sadə bir çayı da bizə çox gördülər. Səbəbini soruşanda isə, işçilər söylədi ki, müdriyyətin qəti tapşırığı var: “Burada sadə çay içmək olmaz, mütləq yanında mürəbbə və digər şirniyyat növlərindən də sifariş etməlisiniz”
Bu tip restoran şəbəkələrinin arxasında yüksək çinli məmurların dayanması da hamımıza məlumdur. Bu məmurlar digər əməlləriylə xalqı dövlətdən narazı saldıqları kimi, belə biznes şəbəkələrini quraraq, öz iyrənc oyunlarından qalmırlar. Təəssüf hissi ilə deyə bilərik ki, dövlətin məmurları bu dövlətin nəinki vətəndaşlarının qayğısına qalır, əksinə, vətəndaşları da dövlətlə üz –üzə qoyur.(Kanal13 )

pia.az
Etiket:
loading...
-->