Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qış tətili başlayır, şagirdlər necə istirahət etməlidir?


Vəfa Rəşidova: “Müəllimlər uşaqları daha çox dərslə yükləməyə çalışırlar”


Yanvarın 27-dən etibarən, yəni bu həftənin şənbə günündən başlayaraq şagirdlərin qış tətili başlayır. Qış tətili 5 gün, 27-31 yanvar tarixlərini əhatə edəcək. Bəzən isə uşaqlar tətil olmasına sevinə bilmirlər. Buna səbəb isə onların müəllimlər tərəfindən ağır məktəb tapşırıqları ilə yüklənməsidir. 

Valideynlərin də əksəriyyəti uşaqlarının tətildə belə dərslərlə məşğul olmasını istəyir, hətta onların tətil günlərində hansı saatda istirahət, hansı saatda dərslərlə məşğul olmaq vaxtını belə özləri müəyyənləşdirir. Psixoloqlar isə bunun tamamilə yanlış bir yanaşma olduğunu və uşaqların zehninə, psixologiyasına mənfi təsir göstərdiyini deyirlər.

Psixoloq Vəfa Rəşidova bəzən müəllimlərin ən önəmli psixoloji məqamları unutduğunu dedi: “Müəllimlər tərəfindən evə tətil tapşırıqlarının verilməsi bütün dövrlərdə olub. Ən önəmli məsələ bu tapşırığın hansı ağırlıqda olmasıdır. Əgər bu tapşırıq uşağın bütün istirahət zamanını alırsa, təbii ki, uşağın psixologiyasında ciddi problemlər yarana bilər. Çünki uşaq tətil zamanı istirahət etməyə fokuslanır, ancaq fərqli bir vəziyyətlə, ağır tapşırıqlarla rastlaşanda uşaqda aqressiya və qıcıq yarana bilər. Əvvəllər tətil tapşırıqları elə verilirdi ki, uşaq bunu sevə-sevə edirdi. Amma bu gün verilən tapşırıqlar ağır olur. Məktəblilərin ağır dərs qrafiki olur, hər ay dərsə gedir, yalnız bazar günü evdə olurlar. Buna görə də uşaqlar tətil günlərini səbirsizliklə gözləyir. Müəllimlər anlamalıdır ki, əvvəlki qrafiklə indiki qrafik arasında çox böyük fərq var. Məhz bu fərq nəzərə alınaraq evə tapşırıq verilməlidir. Əgər illər öncəni nəzərə alıb tapşırıq verirlərsə, bu çox yanlış yanaşmadır. Təəssüf ki, bu gün məktəblilərin qrafiki, dərs yükləri çox çətin və ağırdır. Ona görə də uşaqlar tətil günləri yaxşı istirahət etsələr, məktəb başlayarkən dərsə zehni yorğun, aqressiv bir şəkildə getməyəcəklər. Təəssüfə qeyd etməliyəm ki, bu gün müəllimlər uşaqların psixoloji tərəflərini nəzərə almırlar. Sadəcə, uşağı professor etmək, daha çox dərslə yükləməyə çalışırlar. Ən önəmli psixoloji məqamlar isə unudulur. Burada müəllimlərin diqqətli olması çox önəmlidir. Çünki sonra şagirddə müəllimə qarşı qıcıq, nifrət yarana bilər. Uşağın beynində ”müəllim məni yükləyir, istirahətimə mane olur" düşüncəsi yaranır və beləcə uşaqla müəllim arasında dərs zamanı problemlər yaranır. Tapşırıqlar şagird üçün qıcıq yox, xoş bir təəssürat yaradan tapşırıqlar olarsa, bu çox gözəl olar".

Psixoloq Vəfa Rəşidova ile ilgili görsel sonucu

Psixoloq ağır ev tapşırıqlarının uşaqların savadlanmasına da mane olduğunu bildirdi: “İndi ağır tapşırıqlarla yüklənən uşaqlar sabah ali məktəbdə oxumağı belə özlərinə ağır yük hesab edirlər. Hətta böyüklər belə çox çalışanda, oxuyanda bunun ağırlığını qaldıra bilmir, gərgin olur, nəinki uşaqlar.  Uşağı da bir şəxsiyyət kimi görüb onun dəyərlərini, istirahətini düşünmək çox önəmlidir. Bəzən biz unuduruq ki, uşaq da bir fərddir”.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu günlərdə uşaqların, orta məktəb şagirdlərinin təhsildən kənar, o cümlədən, asudə vaxtlarının və istirahətlərinin daha səmərəli təşkil olunması üçün bu məsələni tənzimləyəcək ayrıca qanunvericilik aktının hazırlanması və qəbuluna ehtiyac olduğunu bildirib. Bu məsələ ilə bağlı müvafiq qanun layihəsinin ilkin variantının hazırlandığını, rəhbərlik etdiyi komitə çərçivəsində müzakirələr aparıldığını qeyd edən deputatın sözlərinə görə, müzakirələrdə belə sənədin olmasının vacibliyi vurğulanıb. “Sadəcə, qanun layihəsi maliyyə tutumlu olduğu üçün onunla bağlı dəqiqləşdirmələrin aparılması zərurəti ortadadır və çox güman ki, aidiyyəti qurumların, xüsusən də Maliyyə Nazirliyinin xeyir-duasından sonra bu məsələ, nəhayət, öz müsbət həllini tapa bilər”.

Onun sözlərinə görə, bu məsələdə önəmli məqamlardan biri də yetişməkdə olan nəslin dünyagörüşü, onların ölkənin bölgələri, yerli adət-ənənələri, xüsusiyyətləri ilə tanışlığı, onları mənimsəyərək, əxz edərək yayması, o cümlədən, onlarda turizm təfəkkürünün formalaşdırılması məsələsidir.

Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin 7 günü istirahət edə biləcəklər.(“Yeni Müsavat”)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar