Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qisas almayınca yaşamaq haram...

PİA.AZ şair, publisist, AYB üzvü Cabir Alpoğlu Albantürkün şeirlərini təqdim edir


QAÇQIN OLMASAM DA

Mən şeir yazmıram, dərd darayıram,
Qəlbimin küncündə yurd arayıram...
Misrada yıxılıb qaldığım olur,
Mənada utanıb öldüyüm olur;
Torpağım həsrətdi ayağlarıma,
Vətənim qürbətdi oyağlarıma...
Ruhumu nəfsimlə çarmıxa çəkən
Qoçu günahların tövbəsi çətin:
Barışa bilmirəm basılmağımla,
Tükənir təkimdə yavan gücüm də...
Qul haqqı sırğalıq sol qulağımda, 
Qaxılıb qalmışam yurdsuz gecəmdə...



XANKƏNDİNDƏN ŞUŞAYACAN

Xankəndində körüklənən
“Ocaq” közü İrəvandan,
Sumqayıtda sürüklənən
Cinayətin başı-“yan”dan.
20 yanvar yuxusu
Qəbrə əkildi millətin,
Qırıldı, amma qorxusu
Səbrə çəkildi millətin...
Vertalyotda qırılandan
Dövlətimin qanadları,
Milətimin qollarında
Məğlubiyyət qandalları...
Daşaltıda düşdüyümüz
Daş altından çıxmalıyıq,
23 il deşdiyimiz
Yaraları sıxmalıyıq...
Qart dünyanın vecinəmi
Xocalımın soyqırımı,
Bəşər, yoxsa əcinəmi
Daşnaksütun-hay qurumu...
Xocalının "qırxını" da
Şuşayla verdik o zaman,
Haçandı bu qurğunu da
“Dözümlü xalq”nan  pozamam...



ŞƏHİD  OĞULUN DİLİNDƏN

Şəhid Yusif Əliyevin xatirəsinə
...Könüllü getdim döyüşə,
Şəhid oldum Güllücədə.
Vətən,qeyrət,din döyüşü,
Sinəm sipər,güllə cida...
Qanım tökülən torpağı,
Vətənbazlar alan deyil.
Qovulmasa yurddan yağı,
Ruhum rahat olan deyil...
Türkmənçayda bölünəndən
Millətimiz yurdda xəcil,
Bilinməzlər bilinəndən
Şəhid ruhum burda xəcil...
Səbr qırx gün,qırx ay olar-
Nəyi gözləyirsiz axı?!
Partizanlar tutuldular,
Yer aldı düşmən ayağı
Barışıq təklif edənlər
Xocalını yada salsın...
Bir ömür  qəhər udanlar
Qisasını kimdən alsın...



QAZİLƏRİN QƏLB ÇIRPINTILARI

Bizim qələbəmiz qisasdan keçər,
Bizim xilasımız ixlasdan keçər...
Mümkün azadlığda diridir gecə,
Ayı,ulduzuyla azaddı,tamdı
Günəşsiz açılan sabah yetimdi... 
Azadlıq,köləlik döyüşür hələ,
İinsan varlığında,millət içində
Düşmənlə döyüşdə büzüşür kölə,
Düsmənə nifrəti qorxusuyla tən.
İgidlər olsa da mələk gücündə
Ordusuz,sevgisiz qorunmaz vətən;
Bağışlamaq böyüklükdü,qisas haqq!
Yetər,bağışladıq yağı düşməni,
Qisas almayınca yaşamaq haram.
Qoy ölü vicdanlar yaşasın aram... 
Döyüşsüz sülh sabah uduzmaq demək
Güzəştli-güzəştsiz,fərqi yox anam.
Ordumuz  gücünü göstərsin gərək,
Onda yaranacağ sabaha inam...
Yurda ağa,yurda oğul,yurda qul
İgidlər var-yad gözünə yurd oxu...
Qisasını al dünənin, bugünün
Açılmasa, kəs qartımımış düyünü

Gülyanaq İsmayılqızı
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar