Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstanda referendum dekabrın 4-də keçirilə bilər

Qırğızıstanda konstitusiya referendumu dekabrın 4-də keçirilə bilər


Novator.az xəbər verir ki, sentyabrın 27-də referendum aktı layihəsi parlamentin konstitusiya qanunvericiliyi, dövlət quruculuğu və reqlament komitəsində müzakirə olunub. Komitə layihəni ilk oxunuşda bəyənib və parlamentin müzakirəsinə tövsiyə edib.

Eyni zamanda komitə referendumun əvvəllər deyildiyi kimi noyabr yox, dekabr ayında keçirilməsini məsləhət bilib. Parlament komitənin qərarını dəstəkləsə, referendum dekabrın 4-də keçiriləcək.

Konstitusiyaya düzəlişlər layihəsi parlamentin müzakirəsinə oktyabrın 7-də çıxarılacaq.

Parlamentin 4 fraksiyasının (Sosial Demokrat, Respublika – Ata Yurd, Tərəqqi və Qırğızıstan partiyaları) təklifi olan layihədə baş nazirin səlahiyyətlərini artırmaq təklif olunur. Referendum aktında deputatın eyni zamanda baş nazir və ya baş nazirin müavini postu tutmasının mümkünlüyü barədə müddəa da yer alır.

Qırğızıstan prezidenti Almazbek Atambayev konstitusiya dəyişiklikləri layihəsinin son variantına sentyabrın 21-də xeyir-dua verib. Dövlət başçısı layihənin referenduma çıxarılmasını dəstəkləyən bəyanat yayıb.

Konstitusiya dəyişiklikləri layihəsi məhkəmə sisteminin, Konstitusiya Məhkəməsinin fəaliyyətində yenilik təkliflərini də əhatə edir.

Parlament respublikası olan Qırğızıstanda baş nazirin rəhbərlik etdiyi hökumət ali icraedici orqandır. Baş nazir postuna namizədi parlamentdə deputatların yarıdan çoxunu təşkil edən fraksiya və ya koalisiya irəli sürür. Parlament hökumətin tərkibini və proqramını təsdiqlədikdən sonra prezident baş naziri və hökumət üzvlərini vəzifəyə təyin edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar