Bu gün Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib
Söhbət zamanı dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
pia.az