Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Qəzanın günahkarı neçə il həbs cəzası ala bilər?


“Azərbaycan İES MMC-də baş verən hadisə ilə əlaqədar Baş prokuror Zakir Qaralovun dediyi maddələrə əsasən, qaldırılan cinayət işində təqsirləndirilən şəxs 10 ildən yuxarı həbs cəzası ala bilər”


Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov ötən gün keçirilən müşavirədə Z.Qaralovun sözügedən cinayətə görə sadaladığı maddələr haqqında danışarkən deyib. 

O, prosesə Ağır Cinayətlər Məhkəməsinin baxacağını güman etdiyini bildirib:

“Prezident İlham Əliyev də çıxışında hadisə nəticəsində iqtisadiyyata böyük ziyan dəydiyini bildirdi. Bundan başqa, hadisə nəticəsində fiziki şəxslərə, sahibkarlıq subyektlərinə də külli miqdarda ziyan dəyib. İnsanların, körpə uşaqların səhhətində problemlər yaranıb. Bunları nəzərə alsaq, böyük ehtimalla bu işə Ağır Cinayətlər Məhkəməsi baxacaq. Amma burada yüngülləşdirici hal ondan ibarətdir ki, hadisə qəsdən törədilməyib, ehtiyatsızlıqdan baş verib. “Yanğın təhlükəsizlik qaydalarını pozma”, “vəzifədən sui-istifadə etmə” və “səhlənkarlıq” maddələri ilə cinayət işi açılıb, ona görə də təqsirləndirilən şəxs həbs ediləcək. Adətən bir qayda olaraq, vəzifəli şəxslərə qarşı vəzifədən azadetmə cəza növü kimi tətbiq olunur. Hesab edirəm ki, cinayətlər sübuta yetirildikdən sonra vəzifəli şəxslərə tətbiq edilən cəzanın növlərindən biri də vəzifədən azad edilməsi olacaq”.

pia.az
Etiket:
loading...