Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəza zamanı avtomobilə dəymiş zərər belə hesablanacaq - Yeni qayda

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü baş tutub


ASA-dan verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri, "Audatex Azərbaycan" şirkətinin nümayəndələri, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Aqşin Əlizadə, eləcə də, işçi qrupunun üzvü olan sığorta şirkətlərinin zərər tənzimlənməsi üzrə məsul şəxsləri iştirak edib.
 
Görüş zamanı "Audatex Azərbaycan" şirkəti tərəfindən Azərbaycan bazarına uyğun iki model üzrə müzakirələr aparılıb. Təklif edilən modellərdən biri amortizasiya, digəri isə auksion (hərrac) modelidir.
 
Amortizasiya modelində bütün avtonəqliyyat vasitələri üzrə ehtiyat hissələrinin qiyməti əvvəldən müəyyənləşdirilir, avtonəqliyyat hadisəsi baş verdiyi halda isə avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin dəyəri hər istifadə ilinə görə köhnəlmə əmsalı tətbiq edilərək hesablanır.
 
Auksion (hərrac) modelində isə avtonəqliyyat hadisəsi baş verən halda sığorta şirkəti həmin avtonəqliyyat vasitəsinin şəkillərini sistemə daxil edir, reyestrə daxil edilən təmir müəssisələri həmin avtonəqliyyat vasitəsinin şəkillərinə əsasən təmir xərcini qeyd edirlər. Sığortaçı daha münasib hesab etdiyi təmir müəssisəsini seçərək avtonəqliyyat vasitəsini orada təmir etdirir və təmir xərcini birbaşa təmir müəssisəsinə ödəyir.
 
Görüş zamanı sığortaçılar tərəfindən hər iki model üzrə öz mövqe və yanaşmalar təqdim edilərək geniş müzakirələr aparılıb. Görüşün yekunu olaraq Auksion modelinin daha məqsədəmüvafiq olacağını bildirib. Lakin bu modelin və bununla bağlı qaydaların təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, sığortaçılar bir neçə real hadisələr üzrə zərər tənzimlənməsinin bu sistem üzrə həyata keçirərək onun effektivliyini test etməyə qərar verdilər.
 
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun sayca ikinci görüşüdür. "APA-Economics"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar