Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qeyri-stabil geosiyasət və karbohidrogen bazarı - Nələr baş verir?


“Dünyada ciddi və gərgin siyasi faktorlar var və bu faktorlarda neft hasil edən ölkələr, o cümlədən gərginlik olan bölgələr, neft arteriyalarının ləğv olunması və o ətrafdakı enerji amili xüsusilə böyük rol oynayır”


“Mövcud məsələlər öz həllini tapanda neftin qiymətində stabilləşmə olacaq”.

Bu sözləri neft sənayesi üzrə ekspert İlham Şaban neftin qiymətinin durmadan artmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar neftin qiyməti durmadan artmaqdadır. Ekspertlər bildiriblər ki, dünya bazarında neftin qiymətinin artmasına səbəb ABŞ-da neft ehtiyatının azalması səbəb olub. Bir neçə gün əvvəl isə “Brent” markalı neftin qiyməti 80 dollara qədər yüksəldi. Bəzi ekspertlər isə hesab edirlər ki, ilin sonuna neftin qiyməti 90 dollardan yüksək olacaq. Mütəxəssislərin fikrincə, yaxın 18 ay ərzində qlobal tələb və təklif balansı Venesueladan neft tədarükünün azalması ilə dəyişə bilər. Bundan başqa, ABŞ-ın İranla nüvə sazişindən çıxması, bu üzdən də Vaşinqtonun Tehrana qarşı köhnə sanksiyaları bərpa etməsi İran neftinin ixracının azalması risklərini də meydana çıxarıb. Hazırda neftin qiymətinə hər şeydən əvvəl geosiyasi gərginliklər təsir etdiyinə görə daha spektik proqnozlara əsasən 2018-ci ildə “Brent” markalı neftin qiymətinin bir barel üçün 70 dollar, 2019-cu ildə 75 dollaradək qalxacağı gözlənilir. Lakin neftin qiymətinin gələn il 100 dollardan yüksək ola biləcəyini deyənlər də var. Bütün hallarda yaxın illərdə neftin qiymətini Yaxın Şərqdəki geosiyasi vəziyyət, o cümlədən ABŞ-İranİran-İsrail münasibətləri və regiondakı bir sıra başqa şərtlər müəyyənləşdirəcəyi də şübhə doğurmur. 

Bununla yanaşı, Avropa Birliyi Trampın polad və aliminuma tətbiq etdiyi rüsumun ləğv edilməsinin əvəzinə Avropanın  ABŞ-dan daha çox qaz almasını təklif edib. Söhbət hər şeydən əvvəl Avropa bazarında ABŞ qazının payının artırılmasından və Rusiyanın Avropa qaz bazarındakı monopolyasının zəifləməsindən getdiyinə görə, bu faktorun da karbohidrogen qiymətlərinə təsir edir.

Dünya karbohidrogen bazarında baş verən maraqlı prosseslərlə bağlı PİA.AZ-ın əməkdaşı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft sənayesi üzrə ekspert İlham Şabanın fikirlərini öyrənib.

Image result for ilham şaban
İlham Şaban: “Siyasi gərginlik olan yerdə neft çox həssas xammal olur. Bu həssaslıq neftin qiymətlərində özünü biruzə verir”.


Son zamanlar neftin qiymətinin artmasının geosiyasi amillərlə bağlı olduğunu vurğulayan neft sənayesi üzrə ekspert İlham Şabana görə, indiki şəraitdə neftin qiyməti ilə dəqiq proqnoz vermək düzgün olmaz:

“İndiki şəraitdə neftin qiymətlərinə dair proqnoz vermək elə də düzgün olmaz. Çünki neftin qiymətinin 80 dolları keçməsi geosiyasi faktorlardan qaynaqlanır. Yəni, iki gün öncə neftin qiymətinin birdən-birə 2 dollar atması və dünən də artmağa doğru meyl etməsi İsrailin Qəzza sektorunu bombalaması və bununla bağlı ərəb dünyası xarici işlər nazirlərinin növbədənkənar təcili toplantısının çağırılması ilə əlaqədardır. Yəni, kifayət qədər güclü geosiyasi faktorlar mövcuddur. Eyni zamanda Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi məsələsi də var. 

Dünyada ciddi və gərgin siyasi faktorlar var və bu faktorlarda neft hasil edən ölkələr, o cümlədən gərginlik olan bölgələr, neft arteryalarının ləğv olunması və o ətrafdakı enerji amili xüsusilə böyük rol oynayır. Təbii ki, bu amillər neftin qiymətlərinə təsir edir. Mövcud məsələlər öz həllini tapanda neftin qiymətində stabilləşmə olacaq. Bu yaxınlarda Türkiyənin İsrail səfirinə qarşı davranışları və İsrailin Türkiyəyə qarşı münasibətləri səthi mövzular deyil. Hər iki ölkənin regionda xüsusi maraqları var və belə olan halda gərginləşmə davam edir. Siyasi gərginlik olan yerdə neft çox həssas xammal olur. Bu həssaslıq neftin qiymətlərində özünü biruzə verir. 

Son zamanlar yayılan xəbərlər içərisində Trampın Angel Merkelə təzyiqlər göstərməsi ilə bağlıdır. Belə ki, ABŞ tərəfi “Şimal Axını-2” layihəsinin Avropanın enerji təhlükəsizliyi üçün cavab vermədiyini  və buna görə  layihənin gündəmdən çıxarılaraq digər layihələrin reallaşmasına şərait yaratmasını təklif edir. Həmçinin ABŞ-ın Avropaya maye-qaz ixracı məsələsini gündəmə gətirməklə, daha sərfəli şərtlərlə Avropanın  öz enerji təhlükəsizliyini həyata keçirə biləcəklərini qeyd edir. Əslində bu təklif gərginliyi daha da artıran bir məsələdir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar