Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qeyri-qanuni ət kəsimi və satışı küçələrdən yığışdırılacaq

"Azərbaycan prezidentinin dünən imzaladığı sərəncama əsasən, Azərbaycan ərazisində iri və xırdabuynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək"


Bunu Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli deyib.

O bildirib ki, həmin məntəqələrin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib: "Həm şəhər, həm də rayonlardakı əhalinin sayına görə, həm də orda yerləşən heyvandarlıq təsərrüfatlarına görə hər bir zonada neçə ət kəsimi məntəqəsinin fəaliyyətə başlayacağı müəyyən olunacaq".

Direktor iş adamlarına da müraciət edərək deyib ki, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar Agentliyə müraciət edə bilərlər: "Bu iş inzibati qaydada deyil, mərhələli şəkildə həyata keçiriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin sayı və onların sanitar-gigiyenik vəziyyəti monitorinq olunacaq. Azərbaycan ərazisində nə qədər ət kəsimi məntəqəsinə ehtiyac olduğu müəyyənləşdiriləcək. Azərbaycanda xırda və iribuynuzlu heyvanların bütün baytarlıq-sanitar və sanitar-gigiyenik normalara və qaydalara əməl olunmaqla kəsimi və satışı təmin olunduqdan sonra küçə və meydançalardan qeyri-qanuni ət kəsimi və satışı yığışdırılacaq".(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar