Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətlə yetirilən hökmdar atasının qisasını alan övladlar - Araşdırma

Qəddafi Liviyada hakimiyyətə gəlməyə hazırlaşır


Liviyanın keçmiş liderinin oğlu Seyf əl-İslam Qəddafi ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürmək istəyir. 

Bu yenilik təkcə Liviya baxımından maraqlı deyil, illər keçəndən sonra sürgündən və yaxud həbsxanadan dönmüş oğulun düşmənlərin qətlə yetirdiyi atasının taxtını tutması tarixdə, o cümlədən ən yeni tarixdə ən cəlbedici süjet hadisələrindən biridir. 

Qəddafi ailəsinin təmsilçisi xəbər verib ki, Seyf əl-İslam 2018-ci ilin ortalarında baş tuta biləsi ölkə prezidenti seçkilərində öz namizədliyini irəli sürmək niyyətindədir. Qəddafinin yeddi oğlundan ikincisi hələ keçən yazda Liviya şəhərlərindən birində həbsxanadan buraxılıb. O, 2011-ci ilin payızında – artıq atası və iki qardaşının həlakından sonra – həbs edilib  və Zintana şəhərinin həbsxanasında beş ilyarım keçirib. Hətta ölüm cəzasına məhkum edilib, amma sonra qəflətən azadlığa buraxılıb.

Qəddafini həbsxanada saxlayan qruplaşmaların komandirləri bildiriblər ki, o, guya Liviya parlamentinin qəbul etdiyi ümumi əfv sayəsində azadlığa çıxıb. Lakin Liviyanın 2011-ci ildən sonra praktik olaraq hissələrə bölündüyü nəzərə alınsa, kiçik Qəddafini kimin azad etdiyi deyil, prinsipcə onun salamat qaldığı və azadlığa çıxması önəmlidir. Axı onun altı qardaşından üçü 2011-2012-ci illərdə həlak olub.



Lİviyanın keçmiş lideri Müəmmar Qəddafi  xalq içində

Və Seyf əl-İslam indi faktiki liderə və mərhum atasının bütün tərəfdarlarının bayrağına çevrilib – Liviya tayfalarının Ali Şurası hələ yazda onu sürgündəki Müvəqqəti Hökumətin başçısı elan edib. Bəli, bu, səlahiyyətsiz formal bir vəzifədir, lakin (özününkü daxil olmaqla) təkcə tayfaların bir hissəsi deyil, “millət rəhbəri” kimi atasının da obrazı onun arxasında durur. Liviyanın bütünlükdə (cəmi yetmiş il qabaq üç müxtəlif əyalətdən yığılan) qəliz tərkibiylə özlüyündə istənilən rəqib qarşısında 45 yaşlı Seyf əl-İslama mübahisəsiz üstünlüyü təmin edir. Xüsusən də birbaşa ümummilli seçkilər keçiriləcəyi halda – amma bunun təşkili üçün hələ ölkənin vahidliyini bərpa etmək lazımdır ki, əslində, buna hələ çox var. Liviyanın Şərq və Qərbi, Kirenaika və Tripolitaniyaya müxtəlif hökumətlər və müxtəlif ordular nəzarət edir, lakin (ölkənin şərqinə başçılıq edən) feldmarşal Həftar gec-tez dinc və ya hərbi yolla ölkənin birləşdirilməsini başa çatdıracaq. Və, bax, dövlətin yeni başçısının seçilməsi də o zaman baş tuta bilər.



Feldmarşal Xəlifə Həftar



Xəlifə Həftarın gələn il 75 yaşı olacaq və hətta birdən özü prezident olmaq qərarına gəlsə, çətin ki, uzun müddətə başçılıq edər. Amma budur, Seyf əl-İslamın 45 yaşı var və praktik olaraq şübhələnməmək mümkündür ki, gec, ya tez Liviyaya rəhbərlik edəcək.

Kiçik Qəddafinin hakimiyyətə gəlişi tamamilə qanunauyğun olacaq – atası (müstəqilliyin 66 ilindən) 42-də ölkəni yönəldib. Seyf əl-İslam atası hakimiyyətə gələndən üç il sonra doğulub, o, Bizans imperatorlarının ailəsində porfirogenita (qədim yunan sözü: atasının hökmdarlığı dönəmində doğulan-tərc.) adlanardı. Qəddafinin Liviyaya başçılıq etmək şansları həm şəxsi özəllikləri, həm də yaranmış duruma görə böyükdür – lakin ümumən “oğul düşmənlərin öldürdüyü atasının taxtını özünə qaytarır” süjeti dünya tarixində son dərəcə geniş yayılıb. Öldürülmüş rəhbərin oğlunun (və yaxud qızının) əvvəlcə vəzifədən və ya zindana düşdüyü, ya da ölkədən qaçdığı, sonra isə valideyninin yerini tutduğuna dair örnəklər yetərindən artıqdır. Hətta dünya tarixində hökmdarın ən məşhur qətlə yetirilməsi –Sezarın ölümünün qismən bu cür davamı var. Axı vətəndaş müharibəsindən bir neçə il sonra təkbaşına hakimiyyətə gəlmiş Oktavian Avqust Sezarın doğma olmasa da, övladlığa götürdüyü varisiydi.

Lakin, bax, bu maraqlıdır – hətta antimonarxiya prinsipli və guya demokartik respublikaların təntənəsyilə 20-ci əsrdə də hakimiyyətin formalaşmasının sülalə prinsipləri heç hara yox olmayıb. Və Asiya, Afrika, Latın Amerikası ölkələrinin taixinə nəzər salsaq, onda sadəcə prezident hakimiyyətinin irsən alınması deyil, məhz “itirlənin qaytarılması” süjetini görərik. Birbaşa mirasın sadə variantlarını nəzərdən keçirməyəcəyik – məsələn, Hindistandakı kimi. Orada Nehrunun vəfatından sonra qızı İndira varisi olub, onun qətlə yetirilməsindən sonra isə hökumətin başında oğlu Raciv durub. Və yalnız Racivin qətlə yetirilməsi ənənəni qırıb və budur, onun oğlu Rahul seçkiləri heç cür udub “ailə kabineti”ni tuta bilmir. Hələlik bacarmır, çünki Rahulun cəmi 47 yaşı var.



Amma, budur, Hindistanla qonşu ölkələrdən klassik nümunələr – Pakistan hərbçilərinin 1979-cu ildə edam etdikləri keçmiş baş nazir Zülfüqar Əlinin qızı Binəzir Bhutto doqquz ildən sonra onun kreslosuna əyləşib. Amma onun hakimiyyətə yolu asan deyildi – ev dustağı olub, mühacirətə gedib, qəbilənin başçısı olmaq hüququ uğrunda qardaşlarıyla mübarizə aparıb. 2007-ci ildə onu öldürəndə  baş nazir deyildi, amma tezliklə əri baş nazir olub, gələn il Pakistan Xalq Partiyasına başçılq edəcək oğlu Bilavalın isə 30 yaşı olacaq.

Qonşu Şri-Lankada Bandaranaike ailəsi eynilə bu cür sxem üzrə hökmranlıq edib – baş nazir Solomonu hələ 1959-cu ildə qətlə yetiriblər, arvadı Sirimavo növbəti 40 ildə bir neçə dəfə hökumətə başçılıq edib, qızı Çandrika isə 1994-2005-ci illərdə prezident olub.

Və Şri-Lanka adasında Bandaranaike ailəsi daim hakimiyyətdə və ya müxalifətin ilk sıralarında  olubsa, Birmada öldürülmüş liderin qızı hakimiyyətə gəlməyi, demək olar, 70 il gözləməli olub. General Aun San keçid hökumətinin başçısıydı və 1947-ci ilin  yayında, Birmanın müstəqlliyinin elan edilməsinə yarımil qalmış öldürülüb. O, bütün birmalılar üçün milli qəhrəman olub. Amma, budur, qətlə yetirildiyi anda cəmi iki yaşı olan qızı Su Çji, təxminən, 30 il hakimiyyət uğrunda mübarizə aparıb – yalnız keşən il dövlət müşaviri və hakim partiyanın lideri statusunda ölkəyə faktiki başçılıq edib.

Bəzən prezident sülaləsinin yaranmasına səbəb bunun banisi ola biləcək şəxsin qətlə yetirilməsi olub. Məsələn, 1983-cü ildə ABŞ-dan mühacirətdən təzəcə dönən populyar siyasətçi Beniqno Akinonun Manila aeroportunda öldürülməsi Filippinin prezident Akinolar  sülaləsinin əsasını qoyub: onun dul arvadı Korason 1986-cı ildə ölkəni yönəldib, oğlu isə respublikanı 2010-2016-cı illərdə idarə edib. Üçüncü Beniqno Akinodan bir ilə yaxın müddətdən sonra Cənubi Koreyann başçısı da prerzident vəzifəsini itirib – yenə də öldürülmüş atanın qızı. Düzdür, filippinlinin, sadəcə, ikinci müddətə namizədliyini irəli sürmək hüququ olmasa da, Pak In He beşillik müddəti sonadək əyləşə bilməyib və impiçmentə məruz qalıb. Axı general atası Pak Çon Hi Cənubi Koreyanı 18 il idarə etmişdi – hərbi çevriliş nəticəsində hakimiyyətə gəlməklə bunu həyatı ilə bir yerdə itirib – MKİ-nin yerli direktoru onu güllələyib.

Həm də bu, təkcə Asiya özəlliyi deyil – qətlə yetirilmiş rəhbər valideyinlərin qanı və ad-sanı həm Afrikada, həm də Latın Amerikasında hakimiyyətə yol açıb.

Ancaq burası da var ki, qara Afrikada (Liberiyadan savayı) bütün dövlətlərin müstəqil həyat təcrübəsi 60 ili keçmir, ona görə də orada “öldürülmüş prezidentlərin qisas alan övladları”nın meydana çıxması üçün ağıllı-başlı vaxt hələlik olmayıb.



Panama lideri Ömər Torrixos

Hazırda Cənubi Amerikada da sadə, yəni qətllərə bulaşmamış prezident sülalələrinə tez-tez rast gəlinir – liderlərin fiziki baxımdan aradan götürülməsi burada əsasən 19-cu əsrdə dəbdə olub. İndi hər şey sadədir – oğul, ya qız bir neçə ildən və ya onilliklərdən sonra məşhur atasının vəzifəsini tutur. Ancaq olur ki, həm ata həlak olur, həm də anmerikalılar ölkəni, demək olar, işğal edirlər, övladlar isə atalarının işini davam etdirmək üçün qayıdırlar. Deməli, 1981-ci ildə qəribə aviaqəzada həlak olmuş (MKİ-dən güclü şübhələnmə var) Panama lideri general Ömər Torrihosun oğlu Martin 2004-2009-cu illərdə bu Mərkəzi Latın Amerikası ölkəsinin prezidenti olub.



Çeçenistan lideri Ramzan Kadırov

 
Rusiyanın yeni və ən yeni tarixində bu cür süjetlər olmayıb, lakin Qədim Rusda daxili müharibələr zamanı bu cür hallar olub. Çağdaş tariximizdə isə yalnız bircə bölgəsəl paralel var – atasının qətlə yetirilməsindən bir neçə il sonra Çeçenistanın prezidenti olan Ramzan Kadırov. Lakin bu da yetərincə şərtidir – Ramzan atasının ölümündən sonra respublikanı tərk etməyib və atasının vəzifəsini savaşla geri almağa ehtiyac olmayıb.

Hakimiyyəti öz soyadına qaytarmaq yolunda hələ xeyli sınaqlardan keçməyi gərəkən Seyf əl-İslamdan fərqli olaraq.  

Pyotr Akopov

vzqlyad.ru, 21.12.2017

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar