Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətərin İran “sevdası” və ya Yaxın Şərqdə yeni ərəb rəqabəti


Yaxın Şərq əslində tarixi müəyyən qədər əvvələ gedib çıxan, lakin siyasi nöqteyi-nəzərdən ilk dəfə açıq şəkildə ortaya çıxan bir “Ərəb qarşıdurması”na meydan olmaqdadır


Yeddi ərəb ölkəsi, bölgədə kifayət qədər ciddi tutumu və Qərblə münasibətlərində dayanıqlı və sabit siyasətə malik olan Qətəri hədəf almaqdadırlar. 

Rəsmi Dohanın ünvanına səslənən ittihamlar kifayət qədər ciddidir: Qətər terrora dəstək verməkdə günahlandırılır. Səbəb bu kiçik, lakin strateji əhəmiyyətə malik olan bu ərəb ölkəsi rəsmilərinin “Hizbullah” və “Hamas”a yönəlik açıqlamalarda onları terror deyil, “dirəniş” təşkilatları kimi qəbul etməyin lazım olduğunu açıqlamalarıdır. “İxvan-ül Müslimin” hərəkatına kifayət qədər ciddi siyasi və ideoloji dəstək saxlayan bu sünni ərəb ölkəsinin birdən-birə İrana bağlı olan təşkilatlara belə isti münasibət sərgiləməsi, hələ bunun ABŞ prezidentinin kifayət qədər ciddi müzakirə predmeti olan Yaxın Şərq səfərindən çox az müddət sonra baş verməsi, təbii ki, ciddi səbəblərlə əlaqədardır. 

Birinci səbəb: Ərəb rəqabəti 

Ərəb ölkələri arasında siyasi rəqbət içində daha çox olan iki ölkə məhz QətərSəudiyyə Ərəbistanıdır. Bu isə son dərəcə mürəkkəb və rəngarəng olan İslami siyasi-ideoloji hərəkatda özünəməxsus yeri olan mühafizəkar-sələfi cərəyanda liderliyi üstlənmə çabasıdır. Qətər, Misirdə yaranmasına rəğmən mühafizəkar cərəyanlar arasında kifayət qədər ciddi mövqeyə malik olan “İxvan” – “Müsəlman qardaşlar” hərəkatına dəstək vererek, Səudların 20-ci əsrin əvvəllərindən etibarın öz nəzarətləri altında saxladıqları sələfi-mühafizəkar hərəkata müdaxilə imkanları əldə etməkdə idi. “Ərəb baharı”ndan sonra ard-arda Tunis, Əlcəzair və Misirdə “əxi”lərin əldə etdikləri siyasi qələbələr, heç şübhəsiz ki, həm də Qətərin qələbələri idi. Və sonrakı proseslərdə bu hərəkatın öz mövqelərini itirmələri, hətta bir çox ölkələrdə qadağalara məruz qalmaları da, şübhəsiz ki, Qətərin mövqelərinə vurulmuş zərbələr idi. Bu qarşıdurmanın pik həddi isə, 2013-cü ilin iyulunda Misirdə yaşandı (bu barədə yazdığım analitik yazının liki: http://ziferoglu.blogspot.com/2013/07/rb-baharnda-domino-effekti-misir.html). Məhz “Müsəlman Qardaşlar”ın iqtidarda olduğu dönəmdə Qətərin həmin ölkəyə investisiya yatırımı 8 milyard dollara çıxdı. Əslində bu durum açıq şəkildə Qətərin maddi güc ilə həm Misirdə, həm də Misir üzərindən bölgədə “yumuşaq güc” olmaq hədəfinin bir əlaməti olaraq da qəbul edilə bilərdi.

Sünni-mühafizəkar hərəkatın önəmli ismi olan ixvançıların əleyhinə düzənlənən hərbi çevrilişə sünni-mühafizəkar hərəkatın digər önəmli halqası olan sələfilər tam dəstək verdilər. BELƏLİKLƏ, YAXIN ŞƏRQ ÜÇÜN ÇEVRİLİŞ QAPISI, QƏRB ÖLKƏLƏRİNİN SƏSSİZ DƏSTƏYİ VƏ KÜÇƏLƏRİN ƏLİ İLƏ YENİDƏN AÇILDI. Düz 3 il sonra – 2016-cı ilin iyulunda eyni ssenari Türkiyədə gerçəkləşdirmək istənəcək, lakin Türk millətinin iradəsi buna fürsət verməyəcəkdi.

İhvan ərəb dünyasında ən yayğın və güclü islami hərəkat hesab edilə bilər. “İHVAN” – “ƏRƏB BAHARI”NIN DOMİNO EFFEKTİ İDİ...

Qatar isə “İhvana” tam mənası ilə dəstək verən ən başlıca dövlətdir. (Bu ilk növbədə “İhvan”ı Səudiyyə Ərəbistanından gələn radikal Vəhhabiliyə (xəvaric və sələfiliyə) alternativ ciddi islami axın olaraq görmələrindən və eləcə də Birləşmiş Ərəb Əmirliklərinin təzyiqinə qarşı istifadə etmək üçün yararlı olan güclü siyasi alət kimi görmələrindən irəli gəlir. Vurğulamaq lazımdır ki, “İxvan”-Sələfi qarşıdurmasının nəticəsidir ki, Misirdə Mursi iqtidarl hərbçilər tərəfindən hakimiyyətdən salınarkən yerli sələfilər orduya dəstək verdiklərini gizlətmədilər.

Təkcə Misirdə deyil, son 2 ildə Liviya və Suriyada da bu iki ərəb ölkəsinin maraqları ciddi şəkildə kəsişməkdədir və onların dəstəklədikləri qüvvələr kəskin şəkildə fəqrli yönlərdə təmsil olunmaqdadırlar. Hətta bu iki ölkə Liviyada iki fəqrli höküməti də dəstəkəməkdə idilər.

Belə ki, Suriyadakı müxalifət içində parçalanmalar biri-biri ilə rəqabət içində olan bu iki ölkəni fərqli qruplaşmaları dəstəkləmələrinə yol açmaqdadır. Qətər əgər, yerli sünni-ərəb əşirətlərinə tardım və dəstək verirsə, Səudiyyə daha çox üçüncü ölkələrdən gələn və müxalifət tərəfində döyüşən qüvvələri dəstəkləyir. Hər iki ölkə Əsədin devrilməsində həmfikir olsalar da, müxalifət içində öz güclərini artırmaq niyyətindədirlər və post-Əsəd dövrünə öz maraqlarına uyğun alternativlərini formalaşdırmaq niyyətindədirlər. Bu zaman diqqət çəkən məqam odur ki, müxalifətin siyasi qanadında Səudiyyə Ərəbistanı, hərbi qanadında isə Qətər nüfuzludur.

Buradan belə nəticə çıxartmaq olar ki, məhz Trampın məlum səfəri zamanı Səudiyyəyə olan tam dəstək və bu ölkənin lider mövqeyinin qabardılması, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun kilid adı olan Qətəri qıcıqlandırdı. Nəticədə məlum açıqlamalar səsləndi. Nə qədər qəribə səslənsə də Livana qədər uzanan “Şiə koridoru” formalaşdırmaq niyyətində olan, İraqSuriya iqtidarına tam təsir etmək gücü ilə Aralıq dənizinə çıxış əldə edən, Yəmən və Bəhreyndə nüfuz qarşıdurması yaşadan İran, bu gün ərəblərin biri-birilərini qorxutmaları üçün istifadə etdikləri ünvan olmaqdadır. 

İran sevdasının tərs üzü 

Əslində bu rəqabətdə İran da önəmli ünvandır. Hələ iki il əvvəl Qətərli diplomatların Livanda “Hizbullah” rəhbərliyi ilə görüşmələri və ardınca da bu ölkənin Xarici İşlər Nazirinin Suriya problemində İranın rolunun “həyati əhəmiyyət” daşımasını açıqladığına diqqət çəkmək istərdim. Ümumiyyətlə bölgədə İranı ciddi təhdid olaraq görən Səudiyyədən fərqli olaraq, Qətər Şeyx Tamimin ifadəsi ilə desək, “bölgədə güclü bir İran istəməkdə” kimi görünür. Yəni burada biz daha loyal münasibətin şahidi olmaqdayıq.

Xüsusi vurğulamaq istərdik ki, Qətərin təcridi siyasətində önəmli məqam məhz İrana olan bu loyal münasibətdir. Trampın iqtidara gəlişi ilə İranla münasibətlərdə yaşanan gərginliklər fonunda, amerikalıların dövlət başçısının Yaxın Şərq səfəri zamanı bu ölkəyə münasibətlə bağlı Səudiyyə Ərəbistanı ilə aparılan məsləhətləşmələr, ABŞ-ın İrana münasibətində izləyəcəyi siyasətin konturlarını dəqiqləşdirməyə xidmət edirdi. Səudiyyə Ərəbistanı İranın təcridində önəmli mərkəz halını aldı. Yüz milyardlarla dollarlıq silah razılaşması, əslində bunun bir əlaməti idi.

Burada diqqət çəkən başqa bir məqam odur ki, İran ilə birlikdə dünyanın ən böyük təbii qaz qaynaqlarına sahib olan, 15 milyard təsdiqlənmiş neft ehtiyatı olan Qətər, geosiyasi durumu səbəbi ilə İran ilə birlikdə hərək etdiyində Körfəz dəngələrinə ciddi təsir edə biləcək gücdədir. Bu səbəbdən Səudiyyə Ərəbistanı Qətəri İrana qarşı koalisiyanın işinə zorla da olsa çəkmək məcburiyyətindədir, bunu eədə bilmədikdə isə təir imkanlarını minimuma endirməklə təcrid etməyə çalışacağı artıq indidən aydındır. 

Ərəb rəqabətində kilid isim: “İxvan” 

Qatarın “İxvan”la münasibətləri çoxşahəli və hərtərəflidir. Məsələn, dünya media bazarında kifayət qədər ciddi nüfuza malik və söz sahibi olan “Əl Cazirə” kimi televiziya kanalının “Müsəlman qardaşların” ixtiyarına verilməsi bunun ən bariz nümunəsidir. Yaxın Şərq mütəxəssisi Alan Qreşin təbirincə desək, bu gün “Əl Cəzirə” “İxvan”ın vəkilliyini edən bir media orqanına çevrilib.

Lakin Səudiyyə Ərəbistanı və təbii ki, oradakı hakim ideoloji axın “İxvan”a münasibətdə fərqli mövqedədir. Bu gün “İxvan” Səudiyyə Ərəbistanında rəsmən qadağan edilib. Bu isə ilk növbədə nəinki ərəb, hətta bütünlükdə İslam dünyası üçün öz modelini (vəhhabilik) qəbul etdirməyə çalışan Səudların, “İxvan”da özləri üçün təhlükə görmələri ilə bağlıdır. Rəsmi şəkildə isə, basilica bəhanə kimi Səudiyyə Ərərbistanının “qardaşlar”ı, Səddm Hüseynin 1990-cı ildəki Küveyt işğalına səssiz qalmasına görə bağışlamaması göstərilir. Qeyd edək ki, bu faktın özü digər ərəb ölkələrində fərqli olaraq kiçik, lakin son dərəcə zəngin olan Küveytin, “İxvan”la hər zaman məsafəli davranmasının basilica səbəbidir. 2002-ci ildə Səudların şahzadə ailəsinə mənsub olan daxili işlər naziri Nayifin “İxvan”la bağlı dedikləri, münasibətlərin nə dərəcədə pis olmasını göstərən ən bari nümunədir: “Heç bir tərəddüd etmədən onu söyləyə bilərəm ki, problemlərimizin tək səbəbi “Müsəlman qardaşlar”dır”. Hətta Suriya müxalifəti formalaşdırıldığı zaman belə, Səudiyyə Ərəbistanı “İxvan”ın orada yer almasına qarşı kəskin mövqe nümayiş etdirdi. Eyni mənfi münasibəti Birləşmiş Ərəb Əmirlikləri də sərgiləməkdədir. Bu isə “İxvan”ın dəfələrlə Əmirliklərdə bir İslam dövləti quracaqlarını bəyan etmələri ilə bağlıdır. Ərəb Əmirliklərində “İxvan” üzvü olmaq qeyri-rəsmi şəkildə qadağandır və hərəkatla əlaqədə şübhəli bilinən hər kəs dərhal həbs edilir. Qeyd edək ki, Misir inqilabından sonra BƏƏ 3 milyard dollar həcmində yardım edəcəyini bəyan etsə də, “İxvan”ın seçkilərlə hakiməyyətə gəlməsi nəticəsində bu pul ödənilmədi. Qeyd etmək lazımdır ki, “İxvan” nümayəndələri əllərinə düşən ilk fürsətdə həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmirliklərini ittiham etməkdədirlər. Məsələn, 2012-ci ilin mart ayının 5-də “Əl Cəzirə”də yayınlanan proqramda “İxvan” vaizi və Qatar şöbəsinin rəhbəri Yusuf əl-Karadavi, suriyalı mühacirlərin BƏƏ-dən deportasiya edilməsi səbəbi ilə Allahın qəzəbinə gələcəklərini söyləyib.

1999-cu ildə “İxvan”ın Qatardakı şöbəsi, Əbu Dabiyə bağlılıq haqqında bir qərar çıxartdıqdan və 2003-cü ildə bu qərar tam şəkildə həyata keçirildikdən sonra, bu kiçik şahzadəlik hərəkata dəstəyini əsirgəməməkdədir. Maraqlıdır ki, eyni qərar Birləşmiş Ərərb Əmirliklərində də həyata keçirilməli idi. Razılaşmaya görə, “İxvan”ı Əmirliklərdə təmsil edən və 1970-ci ildə qurulmuş “əl-İslah” Hərəkatı, siyasi fəaliyyətdən uzaq qalmaq və mərkəzdəki rəhbərə bağlılığına son vermək şərti ilə fəaliyyətinə dava edəcəkdi. Hərəkat nümayəndələri Əmirliyin silahlı qüvvələri içərisində təçkilatlanmağı dayandırmağı və Qatarda olduğu kimi mərkəzə olan bağlılığa son verməyi qəbul etdilər, lakin siyasi fəaliyyəti durdurmaqla bağlı hər hansı söz verilmədi. 

İsrail faktoru 

Qətərin keçmiş əmiri Hamad bin Xəlif əl Taninin dövründə əmirliyin beynəlxalq arenada aktiv şəkildə irəliləməsinin əsası qoyuldu. Bu siyasət hazırki dövlət başçısı Tamim ibn Hamad əl Taninin dövründə də davam etməkdədir. Yaxın Şərqdə, ümumiyyətlə qlobal informasiya məkanında ciddi nüfuza malik “əl-Cəzirə” media quruluşundan tutmuş, Qərbin iri şirkətlərində - “Barkayz”, “Sen-Jermen”, “Folksvagen” və s. – pay sahibliyinə qədər, iqtisadi ekspansiyanın şahidi olmaqdayıq.

Qətər həm də ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunun az qala bir simvoluna çevrilib. Və bütün bu sadalanan faktlara rəğmən indi, bu kiçik, lakin ciddi əhəmiyyətə malik ölkənin, sanki “burnunun ovulması” səhnələşdirilməkdədir.

Obama dönəmindən fərqli olaraq, ABŞ-ın hazırki Yaxın Şərq siyasətində maraqlı və diqqət çəkən məqam İsrailə münasibətdir. Trampın ağlama divarı önündə dua edən ilk prezident olaraq tarixə keçməsi, yalnız yəhudi mədəniyyətinə və inancına göstərilən bir sayğı olmaqdan ötə, həm də okeanın o tayının yenidən İsrailə Yaxın Şərq siyasətində ciddi önəm verməsinin bir simgəsi kimi də qiymətləndirilməlidir. İsrailin isə “İxvan”a münasibəti son dərəcə mənfidir və Misirdə baş vermiş hərbi çevriliş zamanı bunu dəstəkləyən ilk tərəflərdən biri məhz onlar oldu. Bu siyasi hərəkat dəfələrlə İsrailə münasibətdə radikal yanaşması ilə seçilib və dəngələrin dəyişdiyi bir dönəmdə Amerikanın bu kimi hərəkatlara siyasi və maddi dəstək verməsi səbəbi ilə Qətəri ərəblərin əli ilə sıxışdırmasından təbii heç nə ola bilməz. Bu gün İsrailin rolu yenidın artmaqdadır və bununla hətta ərəblər də razılaşır. Bu rol güclənən İran faktorunun fonunda daha da ciddiləşir və ənənəvi fars - ərəb rəqabətində qeyri-rəsmi bir semit ittifaqının görüntüləri də sezilir. 

Və son olaraq... 

Qətərə qarşı birliyə keçən ölkələrin sayənən artacağı istisna deyil. Təbii ki, bu zaman irəli sürülən başlıca arqument məhz İran faktoru olacaq. Bu zaman rəsmi Dohanın “xakerlərlə bağlı” gətirdiyi son dərəcə qeyri-müəyyən və inanılması mümkünsüz olan “səbəb” şübhəsiz ki, qəbul edilməyəcək. Hər halda Qətərin bundan sonra Səudiyyə Ərəbistanının liderliyi və heç şübhəsiz ki, Qərbin xeyir-duası ilə formalaşdırdığı “sünni-ərəb” koalisiyasına və İrana sərgiləyəcəyi münasibətindən çox şey asılı olacaq.

6 ərəb ölkəsi və Maldivin Qətərlə ilişkilərini kəsmələrini bəyan etmələrinin zamanlaması diqqət çəkir. Bəlkə də çoxları diqqət etmədi, amma həmin gün məşhur “6 günlük müharibə”nin 50 illiyinin ilk gününə təsadüf etdi. Bu həmin məşhur müharibədir ki, ərəb ölkələri İsrailə məğlub olmuşdular...

Vüqar ZİFƏROĞLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar