Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətərə qarşı de marş Türkiyənin və Rusiyanın Yaxın Şərqdəki mövqelərinə necə təsir edə bilər?


Politoloq: “Problem dərinləşərsə, Türkiyənin bundan zərər görən tərəf olması ehtimalı yüksəkdir”


“Bu böhranın Qətərin geri addım atması ilə, yəni siyasi yolla həll olunacağını düşünürəm”.

Bu sözləri politoloq Şahin Cəfərli  körfəz ölkələrinin Qətərə qarşı de marjına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir neçə gün öncə Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri əmirini terroru dəstəkləməkdə və bir sıra ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra isə bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub. Maraqlıdır ki, körfəz ölkələrinin Qətərə qarşı de marşı regiona, Suriya probleminə, Türkiyənin, həmçinin Rusiyanın Yaxın Şərqdəki mövqelərinə necə təsir edə bilər?

Bu mövzu iləbağlı PİA.AZ-ın əməkdaşı politoloq Şahin Cəfərlinin fikirlərini öyrənib.

Image result for şahin cəfərli pia.az

Şahin Cəfərli: “Türkiyə ilə müqayisədə Qətər böhranının Rusiya üçün potensial mənfi təsirləri azdır”.


Körfəzölkələrində baş verən gərginliyin Qətərin geri addım atması ilə həllini tapacağını ehtimal edən politoloq Şahin Cəfərliyə görə, körfəz ölkələrinin Qətərə qarşı de marşı Türkiyə üçün mənfi təsirlərə səbəb ola bilər:

Qətər böhranının Suriya məsələsinə ciddi təsir göstərəcəyini düşünmürəm. Qətərin əl altından müxtəlif radikal qruplara maliyyə yardımı göstərdiyi barədə məlumatlar olsa da, bu ölkə heç vaxt Suriya münaqişəsinin çözümündə aktiv iştirak edən, sözü keçən aktorlardan biri olmayıb. Problem dərinləşərsə, Türkiyənin bundan zərər görən tərəf olması ehtimalı yüksəkdir. Qətər Türkiyəyə külli miqdarda sərmayə yatıran Körfəz ölkələrindən biridir. Xüsusən son illər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. Məsələn, qətərli iş adamları Türkiyədə son olaraq “Finansbank”ı və “Digitürk” platformasını satın aldılar. Öz növbəsində 2016-cı ildə Türkiyənin inşaat şirkətləri Qətərdəki tenderlərdə 14 milyard dollar həcmində müxtəlif layihələr qazanıblar. Rəsmi rəqəmlərə əsasən ötən il Türkiyənin Qətərə ixracı  421 milyon dollar, idxalı 271 milyon dollar təşkil edib və Qətər şirkətləri Türkiyəyə 375 milyon dollar sərmayə yatırıb. Lakin qeyri-rəsmi məlumatlara görə, yatırımlar dəfələrlə çoxdur. 

Qətər Türkiyə iqtisadiyyatına nəğd pul kütləsi, (Türkiyədə buna “sıcak para” deyirlər), axıdan əsas ölkədir. Bu nəğd pul kütləsi isə, Türkiyə iqtisadiyyatını ayaqda tutan əsas faktorlardan biridir. Türkiyə şirkətləri 2020-ci il futbol üzrə dünya çempionatı ərəfəsində də Qətərdə müxtəlif layihələr həyata keçirməyə hazırlaşır. Bir sözlə, Qətər Türkiyə üçün olduqca vacib iqtisadi tərəfdaşdır. Siyasi və hərbi sahədə əlaqələr də kifayət qədər dərindir. Türkiyə Qətərdə hərbi baza yaradır. İki ölkənin Suriya problemi başda olmaqla, regional problemlərə baxışı bir-birinə yaxındır. 

Suriyada Türkiyənin dəstəklədiyi silahlı qruplara Qətərin də maliyyə ayırdığı barədə məlumatlar var. Bütün bu səbəblərlə əlaqədar Türkiyə yaranmış böhranın daha da dərinləşməsini qətiyyən istəmir. Çünki bu halda, həm illərlə qurulmuş əlaqələrin qırılması təhlükəsi yaranar, həm də tərəflər Türkiyənin qarşısında seçim etmək tələbi qoya bilər. Qətərlə yanaşı, qarşı tərəfdəki dövlətlər, xüsusən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də Türkiyə üçün çox önəmli tərəfdaşlardır. Türkiyənin bu ölkələrlə də çox sıx iqtisadi-siyasi münasibətləri var. Tərəflərdən birini seçmək zorunda qalmaq Türkiyə üçün mənfi nəticələr verə bilər. Bu səbəblə Türkiyə rəhbərliyi hazırda vəziyyəti yumşaltmaq üçün əlindən gələni edir. Prezident Ərdoğanın telefon diplomatiyası aparması da bunu göstərir. Başqa bir problem isə Türkiyənin bölgədə “İhvan” (“Müsəlman qardaşlar”) cizgisindəki təşkilatlarla yaxın əlaqələridir.

Şahin Cəfərli: “Tərəflərdən birini seçmək zorunda qalmaq Türkiyə üçün mənfi nəticələr verə bilər”.


Türkiyənin son illər Yaxın Şərq siyasətində “İhvan”la işbirliyi mühüm yer tuturdu. Məhz bu səbəblə Məhəmməd Mursi devrildikdən və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Əs Sisi hakimiyyətə gəldikdən sonra Türkiyənin Misirlə münasibətləri pozuldu. Bundan başqa, Ankara HAMAS-ı da dəstəkləyir. Səudiyyə Ərəbistanı və onun ətrafındakı koalisiya isə “İhvan” platformalı qüvvələri terror təşkilatı sayır. Onlar Qətəri bu təşkilatlara dəstək verməkdə ittiham edirlər. Sabah bu dövlətlər Türkiyədən də həmin qurumlara dəstəyi dayandırmağı tələb edə bilərlər. Bu halda Türkiyə çətin vəziyyətdə qalacaq. Yəni, hazırkı gərginliyin davam etməsindən ən çox zərər çəkən ölkələrdən biri Türkiyə ola bilər. Rusiyaya gəldikdə isə, bu ölkənin də Qətərlə iqtisadi sahədə yaxın əməkdaşlığı var. Təkcə bu yaxınlarda “Rosneft”in 19,5% səhm paketinin 10,2 milyard dollara satılması faktını xatırlatmaq kifayətdir. Həmin səhm paketini alan beynəlxalq konsorsiumda qətərlilər də var və məbləğin 2,5 milyard dollarını məhz onlar ödəyib.

Rusiyanın Qərbin sanksiyaları altında olduğu bir dönəmdə bu sövdələşmə Rusiya üçün çox önəmli idi. Qətərin təbii qaz hasil və ixrac edən əsas ölkələrdən biri kimi dünya enerji bazarında Rusiyaya rəqib olmasına, Suriyada Əsəd müxaliflərini dəstəkləməsinə baxmayaraq, bu amillər iki ölkə münasibətlərinə neqativ təsir göstərmir. Türkiyə ilə müqayisədə Qətər böhranının Rusiya üçün potensial mənfi təsirləri azdır. Lakin İranın bölgədə təcrid edilməsi və onun yeganə vacib tərəfdaşı qismində Rusiyanın qalması ehtimalı var ki, bu da Moskvanın ABŞ-la münasibətlərində əlavə problemə səbəb ola bilər. Bu halda Tramp Putini seçim qarşısında qoya bilər, Kreml təbii ki, bu cür perspektivi arzulamır. 

Mən “Facebook”dakı statusumda bu ehtimala toxunmuşdum və qeyd etmişdim ki, o bölgədə heç nəyi istisna etmək olmaz. Amma əlbəttə ki, hərbi müdaxilə ehtimalı xeyli zəifdir. Mən güc tətbiqini gözləmirəm. Hazırda Səudiyyə Ərəbistanı və onu dəstəkləyən ölkələr Qətəri embarqolarla sıxışdırmağa çalışırlar. Qətərin diplomatik mənada təslim olması və qarşı tərəfin şərtlərini qəbul etməsi daha real variantdır. Mən bu böhranın Qətərin geri addım atması ilə siyasi yolla həll olunacağını düşünürəm”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar