Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətər sülhməramlılarını Afrikadan niyə çıxardı?


Qara qitənin kiçik guşəsində yaranmış sıxlığın səbəbləri - Araşdırma


Sultan Bərəkət və Samsom Milton

"Al-Jazeera" 

Media Qətərin öz sülhməramlı qüvvələrini mübahisəli Cibuti-Eritreya sərhədindən çıxarmasını çox çevik şəkildə Körfəz böhranı ilə əlaqələndirdi. Qətərin qərarı ilə bu əlaqə, çox güman ki, Cibuti ilə Eritreyanın diplomatik parçalanmada Səudiyyə Ərəbistanını dəstəkləməsindən və hadisənin Qətərlə diplomatik əlaqələrin səviyyəsini aşağı saldıqdan bir neçə gün sonra baş verdiyindən tez tapıldı.

Əslində, qoşunun geri çəkilməsi Qətərın böhranın başlanğıcından bəri münaqişədə fəal olması ilə ziddiyyət təşkil edir.

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının sərt, cəzalandırıcı hərəkətlərinə rəsmi Doha eyni kobudluqla qarşılıq vermədi. Hətta, İordaniya kimi, diplomatik əlaqələri azaltmış ölkələrin Qətərdə işləyən minlərlə vətəndaşına sərt təpki göstərilmədi.

Qətər Airways”in ofisləri Əbu Dabidə mühasirəyə alındı və onun yüksək vəzifəli işçiləri təcavüzə məruz qaldı, Doha tərəfindən buna oxşar heç bir tədbir görülmədi. Bundan başqa, Səudiyyə Ərəbistanı və BƏƏ vasitəsilə qida məhsulları daşınmasının qarşısı kəsilərkən, Qətər bu ölkələri hər gün təxminən 57 milyon kubmetr qazla tədarük etdi.

Bu, Qətərın mənəvi zirvədə yer tutaraq uzun oyun oynamağa davam etdiyini göstərir. Qətərə zərər verə biləcəyi niyyətilə Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətərin ləyaqətini ləkələməyə çalışarkən, rəsmi Doha bunu etməkdən imtina edərək, beynəlxalq meydanda diplomatik kapitalını artırdı.

Münaqişənin potensial dağıdıcı nəticələri, subregionun onsuz da böyük humanitar böhranla üzləşdiyi bir dövrdə, Eritreya-Efiopiya sərhəd mübahisəsindən kənarda və Afrika Buynuzunun yerdə qalan hissəsində daha böyük münaqişə doğura bilər.

Birincisi, istənilən münaqişədə vasitəçiliyinin təməl prinsipi – münaqişə edən tərəflərin danışıqlar yolu ilə həllə nail olmağı meyilli deyillərsə, hər hansı üçüncü tərəfin vasitəçilikdən uzaqlaşmasıdır. Qətərin qoşunları ötən yeddi il ərzində iki Şərqi Afrika ölkəsi arasında, tozlu sərhədsiz ərazidə yerləşmişdi. 2010-cu ilin iyun ayından Qətər öz vasitəçiliyi ilə atəşkəs razılaşmasının şərtlərini yerinə yetirməyə nəzarət edirdi.

Atəşkəsin sülh razılaşmasına çevrilməsi üçün ardıcıl cəhdlərə baxmayaraq, çox az irəliləyiş əldə edildi. Qətərin vasitəçiliyi ilə 2016-cı ilin mart ayında, 2008-ci ilin iyununda sərhədyanı qarşıdurmalar zamanı tutulan dörd Cibuti əsgərinin Eritreya əsirliyindən azad edilməsi baş tutdu.

Ancaq keçən il Eritreya danışıq qrupu vasitəçilik prosesindən imtina etdi. Halbuki 2016-cı ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Eritreyaya silah satışına embarqo qoymuş, Eritreyadan bütün əsirlərin azad etməsini və BMT müşahidəçilərinə təhvil verilməsini tələb etmişdi.

İkincisi, hər iki dövlət, xüsusilə də Eritreya, sərhədin demarkasiyası çağırışlarına diqqət yetirmədi və sərhəd münaqişəsini ciddi bir məsələ olaraq görməməkdən imtina etdi.

Qətər sülhməramlılarının mövcudluğu hər iki tərəfin qarşılıqlı faydalı olan status-kvonun vərdiş halına düşməsinə imkan yaratmışdı. Lakin Cibuti və Eritreya ardıcıl olaraq fərqli ittifaqlara qoşularaq geostrateji oyunlara qoşuldu.

Qətər vasitəçiliyə başlayanda Cibuti-Eritreya sərhəd mübahisəsi çox az beynəlxalq oyunçunun qoşulduğu kiçik qarşıdurma idi.

Cibutidəki “Camp Lemonnier” – bölgədə ən böyük ABŞ hərbi bazası oldu, Çin, Cibutiyə girdi, 2015-ci ilin aprel ayında isə Səudiyyə Ərəbistanı və Eritreya təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzaladı və BƏƏ-in də hazırda Eritreyadakı Assab liman şəhərinin şimalında hərbi bazası var. Onun silahlı qüvvələri bu baza vasitəsilə Yəməndəki hərbi kampaniyada fəal iştirak edir.

Afrika Buynuzunun bu xüsusi guşəsində, Qətər kimi, hərbi varlığı kiçik olan dövlət üçün artıq yer yoxdur – çox böyük sıxlıq var.

Üçüncüsü, uzaq bir ərazidə 500 nəfərlik Qətər qoşununun saxlanılması bahalı və böyük ölçüdə bədxərclikdir. Eritreya və Cibuti ilə diplomatik əlaqələrin dəyişməsi ilə çəkilmə, şübhəsiz, sürətlənsə də, bu, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Eritreyaya daxil olması ilə daha çox əlaqəlidir. Bu hərbi iştirak aydın şəkildə göstərir ki, təcrid olunmuş bir ərazidə, minlərlə kilometr uzaqda yerləşən Qətəri qoşununun birbaşa və ya dolayı qətlə yetirilmə üçün asan bir hədəfdir.

Bununla yanaşı, 500 əsgər, ölkənin tarixində qarşılaşdığı ən acınacaqlı böhran dövründə, təxminən 12 min nəfərlik silahlı qüvvələrin əhəmiyyətli hissəsini təşkil edir.

Eritreya öz qüvvələrini mübahisəli Dumeyra dağına və Dumeyra adalarına çıxararkən, münaqişənin temperaturu artdı və vəziyyət bütün iştirakçılar üçün indi daha çox partlama həddindədir.

Prosesin sürətli inkişafı Qətərin uzun illər ərzində oynadığı mühüm sabitləşdirici rolunu göstərir.

Üstəlik, böhranın potensial nəticələri subregionun kütləvi humanitar böhranla üzləşdiyi bir vaxtda, sərhəd mübahisəsindən kənar Eritreya-Efiopiya münaqişəsinə çevrilə və Afrikanın qalan hissəsinə yayıla bilər.

Qətərin təcridilənməsi –  ən böyük donorun Doha olduğu Qəzzə zolağı kimi digər yerlərdə də potensialı humanitar fəlakətlərin ola biləcəyinə xatırlatmadır. Dünya liderləri bu fəlakətlərin qarşısını almaq üçün Körfəz böhranını ən qısa müddətdə həll etməlidirlər.

Tərcümə: Strateq.az 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar