Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan faciəsi faktlarla-ARAŞDIRMA


Görkəmli araşdırmaçı-yazar, professor Çapay Sultanovun bu essesini həyəcansız oxumaq mümkün deyil. Qədim Azərbaycan torpaqlarından – indi Ermənistan adlanan yurd yerimizdən qovulan soydaşlarımızın həzin və mənhus taleyini bu qədər qısa və eyni zamanda əhatəli anlatmaq asan deyil.


Biz bu haqda zaman-zaman cild-cild əsərlər yazmışıq. Böyük ağlaşma romanları ərsəyə gətirmiş, ciddi sayılacaq “göz yaşı ədəbiyyatı” yaratmışıq. Amma o “göz yaşı ədəbiyyatı” dünyanın təsir gücü olan salonlarında duyulmayıb belə. 

Çapay Sultanovun heç bir hissə qapılmadan hazırladığı, bəşəri mövqedən çıxış edərək və heç bir mübahizə doğurmayan faktlarla əsaslandırdığı bu araşdırma cild-cild əsərlərdən daha təsirli və effektlidir. Vizual xəritələr, qrafiklər, infoqrafiklər və s. şəklində bu qəddar niyyətli deportasiya modeli ardıcıllıqla təqdim olunub. Adamın qanı donur oxuduqca, qrafikləri nəzərdən keçirdikcə. Dünya tarixində misli-bərabəri olmayan bir mənhus tale ilə qarşı-qarşıyayıq. Bu taleyin mənhusluğunu isə yalnız mübarizə aparmaqla, imzamızı imzalar içində təsdiq etməklə, dünya ilə onun özünün anlayacağı dildə danışmaqla ortadan qaldırmaq olar. Bu, o dildir. Çapay müəllimin dili o dildir!

Bütün azərbaycanlılar, xüsusən, Qərbi Azərbaycandan Ana Vətən Azərbaycana zorən köç etdirilənlər bu rəqəmləri əzbər bilməli, bu taleyin faktlarını özləri və övladlarına aşılamalıdırlar. Unutmaq olmaz! Bu tarixin bu zərbələrini – Atalarımızın aldıqları zərbələrin ağrısını unutmaq olmaz! Biz o torpaqlara qayıtmalıyıq və bütün ömrümüzü o istiqamətdə qurmalıyıq. Bu tip araşdırmalar bizə lazımdır – hər qrafik, hər sətir bir faciəmizi göstərir. Yetər ki, nəticə çıxaraq…

Bir Universitet qədər çalışan Professor, əllərinə sağlıq!
Əvəz Zeynallı
 
Çapay Sultanov

Bunu heç vaxt yaddan çıxarmaq olmaz!
 
1987-ci ildə Ermənistanın Puşkin adına parkında “Qarabağ” Komitəsinin ilk mitinqi keçirildi. Aksiyanı Komitənin liderləri İqor Muradyan və  Levon Ter-Petrosyan təşkil etmişdilər. Bu mitinqdə döyüş himni səsləndirildi – “Bu gün Qarabağa canlı bütlər lazımdır” – kifayət qədər döyüşkən sonluqla: “Qarabağı xilas etmək naminə ölümü də, həbsi də üstlənməyi bacararıq…” Lakin 1988-ci il yanvarın 25-də bu mitinqlərdən sonra Azərbaycana Ermənistanın Qafan və Mehri rayonlarından qovulmuş yüzminlərlə ilk qaşqın azərbaycanlılar gəlməyə başladı.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Xalq Deputatları Sovetinin sessiyasında DQMV-nin Ermənistana birləşdirilməsilə bağlı qərar qəbul olundu. Sonradan da məlum olduğu kimi, sessiyanın işində Ermənistandan olan çox sayda erməni iştirak edirdi.
Hər şey Stepanakertdə çox da sülh şəraitində, separatizmə eyham vurulmadan başladı. Stepanakertdə keçirilən mitinqlərdə SSRİ-də keçirilən bütün mitinqlərdə səsləndirilən şüarlar səsləndirilirdi – Daha ədalətli sosializm, aşkarlıq, iqtisadi müstəqillik və s. Bunun ardınca siyasi istiqaməti olan başqa şüarlar da səsləndirilməyə başladı: natiqlər DQMV-nin Azərbaycanın tərkibində diskriminasiya olunduğundan        danışdılar və nəhayət, proses açıq-aşkar separatizm yolunu tutdu – aqressiv və qanlı…
q.a
1988-ci il. Kifayət qədər sülhməramlı mitinq. Şüarlar həmin dövrün ənənəsinə uyğun ritorikdir. Mənbə: englishar.files.wordpress.com
q.a
Artıq separatçı şüarlar da səsləndirilməyə başlayıb. Mənbə: englishar.files.wordpress.com
 
q.a2
25.09.1990-cı il Stepanakertdə keçirilən mitinq. Artıq Bakıya müharibə elan olunur  – Azərbaycanın tərkibindən çıxmaq və Ermənistanın tərkibinə daxil olmaqla bağlı tələblər irəli sürülür
 
q.a3
1989-cu il. Separatistlərə etiraz əlaməti olaraq şuşalılar yolu kəsirlər – onlar separatizmin nə kimi təhlükələr yaradacağını dərk edirlər və rəhbərlikdən həlledici qərarlar verməyi tələb edirlər
 
Ermənilərdən azərbaycanlıları qovmağa çağırış mətni!
 
Bütün Ermənistanda – avtobus dayanacaqlarında, darvazalarda, azərbaycanlılar yaşayan evlərin girişlərində hakimiyyətin tam dəstəyi ilə buna oxşar məzmunlu vərəqələr və plakatlar asılırdı:

Ermənistan xalqı!
1915-ci ilin qanlı günlərini – Tələt Paşanın, Ənvər Paşanın, Camal Paşanın etdiyi dəhşətləri unutma. Yaşa və yadda saxla!
Erməni adını daşıyan hər kəs!
Türkü öz torpaqlarından qov!
Ona erməni bulaqlarından su vermə!
Erməni qadınının əli ilə bişirilən çörəyi vermə!
Türklər, rədd olun bizim şəhərimizdən!”

Ermənistan Elmlər Akademiyasının müxbir üzvü Rafael Kazaryan hadisələrdən əvvəl Yerevanın Teatr meydanında keçirilən çoxminlik mitinqdə açıq şəkildə ifadə etdi: “Onilliklər boyu ilk dəfə əlimizə fürsət düşüb ki, Ermənistanı təmizləyək”. Bu sözlər Ribbentropun yəhudilərə qarşı söylədiyi sözlərin birəbir təkrarı idi. Belə şeyləri yarımkeçiricilər problemləri üzrə alim danışa bilməzdi, ancaq yarıminsan deyə bilərdi!
Və bu çağırışlar eşidildi və həyata keçirilməyə başladı. Azərbaycanlıların Ermənistandan necə qovulması haqda təəssürata malik olmaq üçün aşağıdakı şəkillərə baxmaq yetərlidir:
q.a4
1988-ci ildə Yerevanda keçirilən mitinq. Ondan sonra azərbaycanlıların Ermənistandan qovulması prosesi başladı.  Maraqlıdır, görəsən bu “yumruqlular”ın neçəsi sonradan özləri  ölkəni tərk etdi? Mənbə: wikimedia.org

Ermənistan SSR Quqark rayonunun Şaumyan qəsəbəsində məsələn, azərbaycanlıların qovulması kənd soveti sədrinin, digər vəzifəli şəxslərin iştirakı ilə həyata keçirilirdi”, – bu haqda Bakıya heç də rəğbəti olmayan «Правда» qəzeti 7 yanvar 1989-cu il tarixli sayında yazırdı.

1988-ci il dekabrın 7-də Ermənistanda baş verən zəlzələ belə erməni hakimiyyəti tərəfindən öz murdar məqsədləri üçün istifadə olundu – azərbaycanlıların kəndləri bütünlüklə dağıdıldı və bu da zəlzələnin ayağına yazıldı.
Ermənistan əhalisinə bütün Rusiya kömək edirdi, – bunu KGB zabiti Vladimir Lutsenko və Valeri Xmelyov xatırlayır – ancaq çox az adam bilir ki, erməni “boyevik”ləri zəlzələnin mənbəyini əhatəyə alaraq qoruyan bizim desantların kürəyindən necə güllələyirdilər. Elə həmin vaxtdan da ekstremistlər silahlanmağa başladılar.”

KGB zabiti Vladimir Lutsenko və Valeri Xmelyov daha sonra yazırlar: “Spitakda zəlzələdən zərər çəkənlərə ünvanlanan humanitar yardım pərdəsi altında müxtəlif ölkələrdən Ermənistana külli miqdarda və sayda müxtəlif növ silahlar gətirilirdi”.
 
Qorbaçov komandası hamıya vəd verirdi: Yerevanda ermənilərə, Bakıda azərbaycanlılara

Rıjkov Mixail Qorbaçovun Ermənistana, zəlzələdən dağılan Spitak və Gümrü şəhərlərinə səfərini xatırlayır.

Yerevana gedərkən geriyə dönəndə Qorbaçov gördü ki, küçə kəsişmələrindən birində 200-ə yaxın adam toplanıb. O dedi ki, xalqla danışmaq lazımdır. Mən ona – “Mixail Serqeyeviç, lazım deyil. Siz dediklərinizi artıq demisiniz, indi buna lüzum yoxdur. Bir də, nə danışacaqsınız?” dedim. O isə: “Yox, Nikolay, danışmaq lazımdır” dedi.
Dayandıq. Qapını açdıq. Qorbaçov insanların içinə çıxdı. Mən isə avtobusun pilləkənində dayandım. Elə bil hiss etmişdim. O, elə zəlzələ ilə bağlı danışmağa başlamışdı ki, camaat onun üzərinə yumruqlarla cummağa başladı. Qışqıranlar ancaq “Qarabağ” deyirdi. Mən mühafizənin rəisinə sakitcə – “onu tez avtobusa dart gətir” dedim. Mühafizə onun qolundan tutub, tez avtobusun içinə çəkdi.

O, necə işləyirdi? Münaqişə başlayan kimi, kim nə istəyirdisə, onu verəcəyini vəd edirdi. Qarabağla da elə etdi. Bakıya Liqaçovu, Yerevana Yakovlevi göndərdi. Onlardan hər biri də insanlara vəd verdi…”, -deyə Rıjkov bildirir.

Ermənistanın 185 yaşayış məntəqəsindən 230 mindən çox həmvətənimiz qovuldu. 31 mindən çox yaşayış evi, 165 kolxoz, sovxoz oğurlandı, külli sayda mal-qara qaçırıldı. 216 nəfər qələ yetirildi, 1154 nəfər yaralandı, xalqın yüzlərlə igid oğlu işgəncəyə məruz qaldı, onların gözləri çıxarıldı.
Ermənilərin qanlı cinayətləri – başımıza nələr gətirildi?

Bu da Ermənistandan növbəti Azərbaycan qurbanlarının etnik təmizlənməsinin yekun siyahısı:

– Xəstəxanada həkimlər tərəfindən 2 nəfər öldürüldü;
– Tibbi yardım göstərilməməsi nəticəsində 3 nəfər həyatını itirdi.
– 35 adam işgəncə ilə öldürüldü;
– 41 nəfər döyülərək öldürüldü;
– 11 nəfər diri-diri yandırıldı;
– İşgəncədən sonra iki kişinin başı kəsildi;
– Öldürüləndən sonra 4 adam yandırıldı;
– 1 nəfər edam edildi;
– 3 nəfər boğuldu;
– Maşınla 7 nəfəri əzdilər;
– Odlu silahdan 16 adam öldürüldü;
– Qaçaraq xilas olmağa çalışan 49 nəfər dağlarda şaxta vurmasından öldü;
– 8 nəfər oğurlandı və itkin düşdü;
– Elektrik cərəyanı ilə 1 nəfər öldürüldü;
– Əsəb gərginləşməsi nəticəsində 10 adam, o cümlədən 1 hamilə qadın, ürək tumasından dünyasını dəyişdi.

Ümumilikdə 216 nəfər, həmçinin 57 qadın, 5 körpə və 18 müxtəlif yaş həddində olan uşaq öldürüldü. SSRİ KQB-nin “Z” İdarəsinin şöbə müdiri Vladimir Luçenko və bölmə rəisi Valeriy Xmelyov yazır: “Nə üçünsə indiyədək heç kəs demir ki, məsələn, Ermənistanın Quqark kəndində baş verənlər eynilə Sumqayıtda təkrarlanmışdı. Orada da azərbaycanlıları ələ salır, öldürür, evlərini oğurlayırdılar”.

Şübhəsiz ki, dərindən məlumatlandırılmış çekistlər Luçenko və Xmelyov yarımhəqiqəti söyləyirlər – belə vəziyyətlərdə dəqiqlik olmalıdır: “yarımhamiləlik olmur”. Konkretlik isə ondadır ki, Sumqayıtda 26 adam öldürülmüşdü, Ermənistanın təkcə Quqark və Masis rayonlarında isə 216 nəfər.

Ermənistandan qovulanlar qeyri-insani rəftarla qarşılaşmışdılar.

“…Ürəkdağıdan səhnələr: azərbaycanlı qadın, qucağında körpə qız uşağı və ayağına tez-tez yıxılıb dolaşan oğlan uşağı. 3 gündür ki, qarlı dağlarla yol gəlirlər. Hamını heyrətləndirən hadisələrdən savayı, şagirdlərinə həyatın bir çox əsaslarını başa salan və bütün başa saldıqları bir anın içində göz önündə dağılan köhnə müəllim. Malakan rusları ilə qonşu olan, onlardan uzun saqqal saxlamaq və hətta danışıq nitqini də götürən Lermontov və Fioletov kəndlərindən olan azərbaycanlı kəndlilər…

Üzlər, kədərə bürünmüş sifətlər anlaya bilmirlər ki, onları qaranlığa kim və nə üçün aparır. İttifaqın ölüm ocağına böyük qurbanların atılması başlanılıb”, – «Разлом» kitabında «Россия и последние войны XX века. К истории падения сверхдержавы» başlıqlı yazıda Kseniya Myalo yazır:
“- Biz bilirik ki, siz erməni və azərbaycanlılara köçmək üçün kömək edən qrupun rəhbəri olmusunuz – müxbir Bəhram Batırov general-leytenant Pyotr Polyaxadan müsahibə götürərkən deyir.

– Bəli, mən azərbaycanlıların köçməsinə məsuliyyət daşıyırdım. Dərhal onu da deyim ki, Ermənistandan qovulan azərbaycanlıların vəziyyətini görəndə sadəcə heyrətləndim. Ermənilər Ermənistanda olan sülhməramlı azərbaycanlı kəndləri talan edib yandırmışdılar. Sovet ordusu əlindən gələni etdi ki, Ermənistanda azərbaycanlıları xilas etsin. Biz həmin kəndlərə uçaraq gəldik, onları əhatəyə aldıq ki, ermənilər onlara hücum edə bilməsin, bundan sonra onları Azərbaycana daşıdıq. Əsasən də, onları Qazax şəhərinə gətirirdik”.

1989-cu il iyunun 2-də SSRİ Xalq Deputatlarının I qurultayında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin I Katibi S.Q.Arutyunyan Ermənistandan qovulan azərbaycanlıların yekun  hesabatını verdi: “1989-cu il iyunun 1-nə olan vəziyyətə görə, Ermənistanda bir dənə də olsun azrbaycanlı ailəsi qalmayıb…” Bunun üzərindən 10 ildən çox vaxt keçəndən sonra eyni hesabatla “QMR”-nin “prezidenti” R.Köçaryan çıxış edəcəkdi.

SSRİ dağılandan sonra bu ilk entik təmizlənmə idi, ikiqat etnik təmizlənmə isə, öz ölkəsinin ərazisində və qonşu dövlətin işğal olunmuş ərazilərində həyata keçirildi.

Sonra isə, “proses getdi”!

Azərbaycanda yaşayışla bağlı situasiya aşağıdakı kimi idi

q.a5
1829-cu il Cənubi Qafqaz üzrə demoqrafik xəritə

Miqyaslama üzrə xəritədən göründüyü kimi, Yerevan nöqtə ilə qeyd olunduğu halda, əhali sayına görə Bakı Avropa şəhərlərinə aid edilir.
Daha bir mənbəyə nəzər salaq:
 
İrəvan bölgəsinin əhalisi (1865-1916-cı illər)
 
İl İnzibati vahid Xalq
Azərbaycanlılar Ermənilər Digər xalqlar
1865 İrəvan quberniyası 165.811
37,9 %
240.000
54,8 %
31.908
7,2 %
1886 İrəvan quberniyası 251.057
37,4 %
375.700
56,0 %
43.648
6,5 %
1916 İrəvan quberniyası 374.482
33,4 %
669.871
59,8 %
75.889
6,8 %

Mənbə: İvan Şopen. Rusiya imperiyasına birləşdirilmə dövründə erməni vilayətinin vəziyyətinin tarixi abidəsi (Sankt-Peterburq: İmperator Elmlər Akademiyasının Mətbəəsi, 1852-ci il); Qafqaz haqqında statistik məlumatların toplusu, I cild, İ.İ. Voronov (red.), I hissə (Tiflis: Qafqaz canişininin Baş idarəsinin və Məlikov və Ko Mətbəəsi, 1869-cu il); 1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafzazya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu. Zaqafqaziya statistika komitəsinin Qafqazdakı mülki hissəsinin başçısının sərəncamı ilə nəşr edilib. (Tiflis: İ.Martirosiantsın Mətbəəsi, 1893-cü il); 1917-ci il Qafqaz təqvimi. İ.P. Stepalşuk (red.) (Tiflis: Canişin Y.İ.V.-nin Qafqazdakı Dəftərxanasının Mətbəəsi, 1916-cı il)

????????????????????????????
Qədim İrəvan şəhərinin məscidlərindən biri
 
Misal gətirilmiş materialları şərh etməyə ehtiyac yoxdur – onlardan aydın görünür ki, azərbaycanlılar Ermənistan əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdi.

Məlum olduğu kimi, Çar Rusiyası dövründə Rusiyanın ali rəhbərlərinin dəstəyi ilə Cənubi Qafqaza intensiv surətdə ermənilər köçürülürdü.
1911-ci ildə İ.N.Şavrov Qafqazdakı “yeni” ölkələrdən xəbər verərək yazırdı: “Təkcə 1826-28-ci illər mühabirəsi başa çatdıqdan sonra 1828-1830-cu illər ərzində biz İrandan Zaqafqaziyaya 40 min, Türkiyədən isə 84 min 600 erməni köçürdük və onları erməni əhalisinin sayca az olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında məskunlaşdırdıq. Həmçinin biz onları Tiflis quberniyasının Borçalı, Axıska və Axalkalaki qəzalarında məskunlaşdırdıq, onların məskunlaşdırılmasına 200 min desyatindən artıq dövlət torpağı ayrılmışdır, müsəlmanlardan onların şəxsi mülkiyyətlərinə aid olan 2 milyon rubldan artıq məbləğdə torpaqlar alınmışdır. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (burada Dağlıq Qarabağ Şəmkir rayonları nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məskunlaşdırılmışdır. Onu da nəzərə almaq lazımdır ki, rəsmi surətdə köçürülmüş 124 min erməni ilə yanaşı, çox sayda qeyri-rəsmi surətdə köçənləri də olmuşdur ki, bütün köçkünlərin sayı 200 min nəfərdən olduqca artıqdır. Anadoludan erməni axını 1877-1878-ci illər rus-türk müharibəsindən sonra daha da gücləndi. Təkcə Qars bölgəsində biz 50000 erməni və 40000 yunan məskunlaşdırdıq. 90-cı illərdə Türkiyədə baş vermiş qiyamlar nəticəsində Qafqaza 400 minə yaxın erməni köçürüldü”.
Şavrov, həmçinin yazırdı: “Yenidən təyin edilmiş Qriqoriy Sergeyeviç Qolitsın (1838-1907-ci illər) canişin səlahiyyətlərinin icrasına başladığı zaman, 1897-ci ildə biz orada artıq 1894-cü ildə olduğu kimi yüz minlərlə deyil, 900 min yeni gəlmələri məskunlaşdırdıq. Onların əksəriyyətini ermənilər təşkil edirdi. Ermənistanın indiki əhalisinin çox cüzi hissəsi yerli əhalidir, onların əksəriyyəti isə oraya bizim tərəfimizdən köçürülüb. Heç bir torpaq sahibi olmayan erməni mühacirləri saxta sənədlərə əsasən geniş dövlət torpaqlarını ələ keçirdilər”.

Həmin torpaqlarda qərarlaşan ermənilər azərbaycanlıları hər cür yolla sıxışdırıb çıxarırdılar.

Sovet dövründə azərbaycanlıların ittifaq səviyyəsində köçürülməsi prosesini İosif Stalin başladı.

Cəmil Həsənli yazır: “1945-ci ilin noyabr ayında ÜKP(b) MK-nın Siyasi Bürosu xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına repatriasiyasına (vətənə qaytarılmasına) icazə verdi və dekabrın 2-də SSRİ xalq Komissarları Şurasının müvafiq qərarı mətbuatda dərc edildi. Belə bir addım sovet rəhbərliyinin Türkiyəyə qarşı ərazi iddialarını əsaslandırmaq cəhdi ilə şərtləşdirilirdi. İ.Stalin təxminən 360-400 min ermənini Ermənistana köçürdükdən sonra bütün dünyaya ermənilərin öz vətənlərinə qayıtdıqlarını, lakin onların yaşamağa yerinin olmadığını bəyan etmək niyyətində idi”.

SSRİ NAZİRLƏR ŞURASI

23 dekabr 1947-ci il tarixli 4083 saylı QƏRAR

Moskva, Kreml

Azərbaycanlı kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR Kür-Araz ovalığına köçürülməsi haqqında.

Əlavə 10/III-48-ci il, № 754

SSR İttifaqı Nazirlər Şurasının Sədri İ.Stalin
SSRİ Nazirlər Şurasının işlər müdiri Y.Çadayev

q.a7
SSRİ Nazirlər Şurasının azərbaycanlıların Ermənistandan köçürülməsi haqqında qərarı
  
Brokqauz və Efronun ensiklopediyalarına əsasən, XX əsrin əvvəllərində Azərbaycan “demək olar ki, bütün rus Ermənistanının” ərazisində məskunlaşmışdı. İrəvan quberniyasında onların sayı təxminən 300 min nəfər və ya 37.5% təşkil edirdi. Onların əksəriyyəti kənd yerlərində yaşayır, heyvandarlıq və xalçaçılıqla məşgul olurdu. Əhalisinin 49% (48% erməni əhalisinə nisbətən) təşkil etdikləri İrəvan (indiki Yerevan) şəhəri də daxil olmaqla, azərbaycanlılar quberniyanın 7 qəzasından 4-də sayca üstünlük təşkil edirdi.

1905-ci ildə bölgəni ziyarət etmiş səyyah Luici Villari bildirir ki, İrəvanın azərbaycanlı əhalisi ümumilikdə onun erməni əhalisindən daha varlı idi. Ermənilərin əksəriyyəti kəndli olduğu halda, torpağın əksər hissəsi azərbaycanlılara məxsus idi.
q.a8
Köçkün bileti.19 iyııl 1948-ci ildə verilib; Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi. 1948-1953-cü illər
 
q.a9
1896-1890-cı ildə azərbaycanlıların müasir Ermənistan Respublikası hüdudlarında məskunlaşma xəritəsi; 1926-cı ildə azərbaycanlıların Ermənistan SSR-də məskunlaşma xəritəsı
 
q.a10

SSRİ Nazirlər Şurası birinci qərarına 10 mart 1948-ci il tarxili 754 saylı qərarını əlavə etməyi lazım bildi. Yenə də Stalin tərəfindən imzalanmış həmin ikinci sənəd 23 dekabrda qəbul edilmiş qərarın gələcək inkişafını planlaşdırırdı və o, azərbaycanlıların köçürülməsi üzrə tədbirləri gücləndirdi. 23 dekabr      1947-ci il tarixli qərarın birinci hissəsində deyilirdi ki, 1948-1950-ci illər ərzində Ermənistan ərazisində yaşayan 100.000 azərbaycanlı kolxozçu və azərbaycanlı əhalinin digər nümayəndələri “könüllü surətdə” Azərbaycan SSR Kür-Araz ovalığına köçürülməlidir. Onlardan 10.000-i 1948-ci, 40.000-i 1949-cu, 50.000-i isə 1950-ci ildə köçürülməlidir.

Baxmayaraq ki, Azərbaycanın Ermənistandan sıxışdırılıb çıxarılması prosesi heç vaxt dayandırılmırdı, Ermənistandakı Azərbaycan diasporu Stalinin zərbəsindən sonra öz əməksevərliliyi və yüksək doğum sayı göstəriciliyi sayəsində tab gətirə və Ermənistanda öz mövqelərini yenidən möhkəmlədə bildi. 1970-ci ildə situasiya aşağıdakı kimi idi:

q.a11
Ermənistan rayonları üzrə Azərbaycan əhalisinin payı. 1970-ci il
Proses ən yeni tarixdə yeni qüvvə ilə işə düşdü və başa çatdırıldı. 2 iyun 1989-cu ildə SSRİ xalq deputatlarının Birinci qurultayında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi S.Q.Arutyunyan azərbaycanlıların Ermənistandan köçürülmə prosesinin yekunlarını vurdu – “1 iyun 1989-cu il tarixinə Ermənistanda bir dənə də olsun azərbaycanlı ailəsi qalmamışdır…”

Aşağıdakı qrafiklərdə azərbaycanlıların Ermənistandan köçürülmə strategiyası verilmişdir.

q.a12
q.a13
Azərbaycanlıların Ermənistandan qovulması
 
Şəkildən aydın görünür ki, həmin proses müxtəlif dövrlərdə SSRİ-də formalaşmış siyasi vəziyyətə müvafiq düşünülmüş xarakterə malik idi.
Ermənistandakı 185 azərbaycanlıların yaşadığı kənddən 230.000-dən artıq azərbaycanlı qovulmuşdur. 31.000 yaşayış evi, 165 kolxoz və sovxoz qarət edilnıiş, çox sayda heyvan oğurlanmışdır. Ümumilikdə 216 nəfər, o cümlədən 57 qadm, 5 körpə və 18 nəfər müxtəlif yaşlı uşaq qətlə yetirilmiş, 1154 nəfər yaralanmışdır.

q.a14
Stalinin başladığı proses Arutyunyan tərəfindən başa çatdırıldı

q.a15
Azərbaycanlıların Dağlıq Qarabağdan qovulması

q.a16
Aşağıda verilmiş qarşılaşdırılmalar DQMV-də separatizmin səbəbləri haqqında erməni tərəfinin arqumentlərini heçə çıxarır.
Erməni tərəfinin başlıca arqumentlərindən biri, onların, etiraf edək ki, dünya ictimai rəyinə güclü təsir göstərmiş əsas beynəlxalq piarı, ermənilərin DQMV-dəki ermənilərin sayının ildən-ilə azalmasını bəyan etməsi idi. Onlar bunu “xristian erməni xalqının müsəlman mühitində səmərəli inkişaf edə bilməməsi” ilə izah edirdilər.
Erməni tərəfinin bu başlıca arqument-piarı böyük bir yalan idi və təəssüf ki, həmin yalan bu gün də ermənilər tərəfindən dünya ictimaiyyətini aldatmaq üçün istifadə olunur.

Bəs, bu problemin ideal mahiyyəti nədən ibarətdir?

1959-1970-ci illərin əsas statistik göstəriciləri aşağıdakılardır:

1959-1970-ci illər ərzində ermənilərin Azərbaycan SSR-də artımı 9,38 %, 1970-1979-cu illər ərzində – 1,66 % təşkil etmişdir.

Mütləq qiymətlə ifadə edildikdə 1959-1970-ci illər ərzində ermənilərin 442 min nəfərdən 475 minədək, yəni 7,47 % artmışdır.

1959-1970-ci illər ərzində ermənilərin Gürcüstan SSR-də artımı 2,12 %, 1970-1979-cu illər ərzində – 0,05 % təşkil etmişdir.

Mütləq qiymətlə ifadə edildikdə 1959-1970-ci illər ərzində ermənilərin sayı 443 min nəfərdən 448 min nəfərə qədər, yəni 1,13 % artmışdır.
Beləliklə, 1959-1970-ci illər ərzində faiz nisbəti ilə ermənilərin sayının müsəlman Azərbaycanındakı artımı onların xristian Gürcüstanındakı artımına nisbətən 6,6 dəfə çox idi.

Hesabdan başı çıxan istənilən qərəzsiz oxucuya bu hesabdan bir şey aydın olur – Azərbaycanda etnik amil istisna təşkil edir.

Bəs xristian Ermənistanda azərbaycanlıların sayının dinamikası nə yerdə idi? Burada da rəsmi quru rəqəmlərə müraciət edək.

Son illər ərzində Ermənistanın ümumi əhali sayına nisbətən azərbaycanlı əhali sayının faiz nisbəti aşağıdakı kimidir:

1897-ci il – ümumi əhalinin 37,7 %-i

1926-cı il – ümumi əhalinin 8,37 %-i

1959-cu il – ümumi əhalinin 6,11 %-i

1970-ci il – ümumi əhalinin 5,95 %-i

1979-cu il – ümumi əhalinin 5,31 %-i

1989-cu il – ümumi əhalinin 2,57 %-i

2003-cü il – 0 %.

Münaqişə ərəfəsində -1989-cu ildə SSRİ-də aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər əhalinin 73,5 %-ni (186.100 nəfər), azərbaycanlılar isə – 25,3 %-ni (47.500 nəfər) təşkil edirdi, yəni demoqrafik amil ermənilər üçün əlverişli idi.

Budur həqiqət – Cənubi Qafqazda formalaşmış demoqrafik qanunları erməni tərəfi köçürülmə kimi qələmə verirdi!


q.a17

 q.a18

1987-1988-ci illərdə azərbaycanlıların Ermənistandan qovulması

Zəbt edilmiş Azərbaycan şəhər və kəndlərində əhali amansızcasına məhv edilir, şəhər və kəndlərin özü isə dağıdılırdı.

Yaxşı məlum olan səbəbdən SSRİ-də məşhur olan Ağdam şəhəri Köçəryanın quldur dəstəsi tərəfindən zəbt edilmişdi. Bir neçə gün ərzində şəhər soyulmuş və yandırılmışdı. “Con Hopkins” adına Vaşinqton universitetinin professoru Svante Kornellin “Dağlıq Qarabağda konflikt: onun dinamikası və həlli perspektivləri” adlı tədqiqat işində aşağıdakı sətirlər yer alır: “Ağdamın mülki əhalisi öz evlərini tərk etmək məcburiyyətində idi, şəhər yandırılmış və soyulmuşdur”. Aydın və birmənalı şəkildə deyilib!

Bu faktı erməni mənbələri də təsdiq edir. “Respublikas” partiyasının lideri, parlamentdə qətlə yetirilmiş Ermənistanın baş naziri Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan Robert Köçəryanı Ağdamın işğalı zamanı soyğunçuluq və talançılıq etməkdə ittiham edərək əlavə etmişdir: “…Ağdamda törətdiyi soyğunçuluqdan sonra Köçəryan elə zənn edir ki, öz ölkəmizi də talan edə bilər”.

Müdafiə naziri Serj Sarkisyan tərəfindən orijinal “təkzib” meydana çıxdı: “Soyğunçuluq edilirdisə də, onda elə Vazgen Sarkisyanla birlikdə edilirdi”. Burada isə, necə deyərlər, şərhə ehtiyac yoxdur.


q.a19
Azərbaycanlıların DQMV-dən qovulması
 
Bu cəmləndirilmiş essedə görünür ki, dövlət səviyyəsində dərindən düşünülmüş  və ölkədə siyasi prosesləri hesablayan bu və digər vaxtlarda ermənilərin Ermənistandan – qədim Azərbaycan torpaqlarından deportasiya olunması modeli digər deportasiya modellərindən qəddarlığı və qaniçənliyilə fərqlənir.

Artıq hissə qapılmadan, bəşəri mövqedən dərk edərək, mübahisə doğurmayan faktlara əsaslanaraq, vizual xəritələr, qrafiklər, infoqrafiklər və s. şəklində bu qəddar niyyətli deportasiya modeli ardıcıllıqla  təqdim olunur. Və bu modellə Ermənistandan azərbaycanlıların deportasiyası ilə hər bir azərbaycanlı, əsasən də müxtəlif zamanlarda belə deportasiyaya məruz qalanlar tanış olmalıdırlar.

Bu esseni də başlıqda yazılanlar kimi də qurtarmalıyıq: “Bunu heç vaxt yaddan çıxarmaq olmaz!” (xural.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar