Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb mətbuatı Navalnını göylərə qaldırdı


Navalnı Kremlə təzyiq etməkdən usanmır, onun seçkilərdə iştirakı Putin üçün əsl başağrısına çevrilə bilər


Rusiya prezidenti Vladimir Putinə qarşı müxalifət mövqeyində olan Aleksey Navalnının rəhbərliyi ilə bütün ölkədə təşkil edilən aksiyalar Qərbdə böyük əsk-səda verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, aparıcı Qərb KİV-i Navalnını Rusiyada demokratik hərəkatın yeni lideri kimi təqdim etməyə başlayıblar.

“Uzun müddətdir ki, Rusiyada belə bir şey olmurdu”,- Almaniyanın Frankfurter Allgemeine qəzetinin yazarı Fridrix Şmidt Vladivostokdan MoskvaSankt-Peterburqa qədər bütün Rusiyanı bürüyən aksiyaları bu cür təsvir edib.

Qəzet etirazçıların Rusiyanın baş naziri Dmitri Medvedevin saxta firma və şəxslərin adı altında Rusiya və İtaliyadakı dəbdəbəli daşınmaz əmlakları barədə dərc olunan informasiyalardan dolayı hiddətli olduğunu bildirir. “Başqa ölkədə hökumət dərhal istefa verərdi”, - aksiya iştirakçılarından biri qəzetə bildirib.

Britaniyanın The Guardian qəzeti də aksiyada yüzlərlə iştirakçının Rusyanın müxtəlif şəhərlərində həbs edildiyini yazıb.
“Navalnını polis avtobusuna soxmağa cəhd edən zaman kütlə onun ətrafını sarıb azad etməyə çalışırdı”, - qəzet yazarı Alek Lun və Şon Uoker yazır.

Qəzetin verdiyi xəbərə görə, müxbir Alek Kun da həbs olunanların arasında olub. Polis onun icazə verilməyən aksiyada iştirakına görə mühakimə ediləcəyini söyləyib. Jurnalist yalnız Rusiya XİN-dəki müvafiq akkreditasiyasını təqdim etdikdən sonra, lakin 5 saat şöbədə saxlanılaraq buraxılıb.

“Etiraz aksiyaları dövlət KİV-i tərəfindən görməzliyə vurulsa da, Kreml üçün təşviş doğurucu siqnal hesab edilə bilər. Hər halda rejim ona qarşı passionar 100 min insanın etiraz etdiyini gördü”, - Uolker və Lun yazır.

Almaniyanın Der Spiegel qəzetinin icmalçısı Kristian Eş Rusiyanın korrupsiyalaşmış sisteminə qarşı qorxu-ürkü bilməyən gəncliyin çıxış etdiyini yazır.

“Bazar günü Rusiya dərin yuxudan ayıldı. Yuxu tam 5 il davam etdi. Bu vaxta qədər Rusiya küçələrində siyasətin qoxusu gəlmirdi. Rusiyada yalınız Moskvanın “düşmən Qərblə” mübarizəsi ilə bağlı uydurulan vətənpərvərlik nağılları ilə bəzədilmiş xarici siyasət danışılıb. Budur, artıq on minlərlə rusiyalı daxili problemə, korrupsiyaya qarşı etirazlarını bildirmək üçün küçələrə axışıb,- məqalədə qeyd olunur.

Müəllif dövlətin qənaət rejimini işə saldığı bir vaxtda Navalnının diqqəti baş nazir Dmitri Medvedevin dəbdəbəli həyatına yönəltməyi bacardığını yazır.

“Navalnı ilk növbədə gənc nəsli səfərbər edə bilib. Onlar “Putinə qədərki” dövrü xatırlamırlar. Bu səbəbdən köhnə nəslin Yeltsin dövründən qalma qorxuları gənclərə təsir etmir. Hələ indiki məktəblilərin və tələbələrin Rusiyanın gələcək siyasətinə hansı tərzdə təsir göstərəcəyi bilinmir. Lakin açıq qarşıdurmanın küçələrə qayıtması olduqca ümidvericidir”, - müəllif yekun rəyini bildirib.

Fransanın Le Figaro qəzeti də Moskvadakı aksiyaların kütləviliyinə diqqət çəkib. Qəzet müxbiri Pyer Avril küçədəki insanların fikirlərini də xəbər alıb.

“Burada korrupsiya ümumi hala çevrilib. Hər kəs, ən aşağıdan, məktəb və xəstəxanalardan tutmuş yuxarıya, Kremlə qədər bu çirkabın içindədir. Cənubi Koreya və Braziliyada prezidentləri bunun üstündə vəzifədən uzaqlaşdırıb həbs edirlər. Burada isə mətbuat tam susqun vəziyyətdə qalıb”,- qəzet yürüşə rəfiqəsi Svetlana ilə birlikdə gələn Dmitri adlı gənc proqramçının fikirlərinə yer verib.

“Hər şeydə Sankt-Peterburqdan gələn banda günahkardır,- Le Figaro Andrey adlı iştirakçının Putinin rəhbərlik etdiyi siyasi elitanı nəzərdə tutduğunu yazır.

“2012-ci ildən bu yana Rusiya müxalifətinin metodik olaraq marginal anti-cəmiyyət elementinə çevrilməsinə rəğmən mitinqin miqyası heyrət doğurur. Özü də aksiya Rusiyanın hər yerində 80-dən artıq şəhərində baş tutub”, - Avril gördüyünü belə təsvir edib.

ABŞ-ın Politico saytı isə Aleksey Navalnını gələcəkdə Putinin ən böyük siyasi rəqibi olaraq təsvir edib.

“Navalnı Kremlə təzyiq etməkdən usanmır. Onun seçkilərdə iştirakı Putin üçün əsl başağrısına çevrilə bilər”, Rusiyanın öndə gələn politoloqlarından Qleb Pavlovski saytın yazarı Mark Bennetsə verdiyi müsahibədə bildirir. Pavlovskinin fikrincə, Kreml nə yolla olrursa-olsun, Navalnının adının bülletendə həkk olunmasına izn verməyəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar