Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Universiteti mütəxəssis hazırlayacaq


Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq


Növbəti tədris ilindən etibarən  Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq.

Yeni yaradılmış Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsində aparılacaq kadr hazırlığında tələbələr biosferin müasir vəziyyətini və qlobal ekoloji problemləri, ətraf mühitə insanın təsərrüfat fəaliyyətinin təsirinin xüsusiyyətlərini öyrənəcək, həmçinin müxtəlif koordinat sistemləri və geodeziya istinad şəbəkələri, topoqrafik xəritələrin bölünməsi haqqında dərin biliklərə malik olacaqlar. Tədris proqramı və təchizat fərqli metodların tətbiqi ilə plan və topoqrafik xəritələr üzərində sahələrin ölçülməsi ilə bağlı bilik və bacarıqları mənimsəyə imkan verəcək. 

Eyni zamanda tələbələr üçün yer üzərində müxtəlif planalma işlərinin aparılmasında istifadə olunan metodlar və müxtəlif miqyaslı tematik xəritələrin, həmçinin müasir proqram təminatları əsasında rəqəmsal topoqrafik planların tərtibi üsulları, ölçmələrin riyazi hesablanması və geodeziya şəbəkəsinin yaradılması prinsipləri, müasir geodeziya alətləri ilə bucaqların ölçülməsi, yüksəkliklərin təyini üsulları, nivelirləmənin metodları və s. tədris ediləcək. Bundan başqa, tələbələr müxtəlif peyklərdən alınmış məlumatların emalını həyata keçirə, peyk məlumatları  əsasında müxtəlif miqyasda xəritələr tərtib edə biləcək və müasir yanaşmaları mənimsəməklə Yer quruluşu, Torpaq və Şəhər Kadastrı sferasında dərin biliklərə malik olmaqla peşəkar mütəxəssis kimi formalaşacaqlar. 

Tələbələr ABŞAvropanın bu sahədə təcrübəsi olan şirkətləri ilə birgə işlənmiş ən müasir laboratoriyalardan, cihaz və qurğulardan, Geomatika Mərkəzinin imkanlarından yararlana biləcək, beləliklə də praktik bilik və bacarıqlara yiyələnəcklər. Təcrübi biliklərin möhkəmləndirilməsi üçün tələbələrin bu sahədə ixtisaslaşmış yerli və xarici təşkilatlarda, şirkətlərdə təcrübə keçməsi təmin ediləcək. Bütün bunlar isə bu ixtisas üzrə təhsilini başa vurmuş gəncin peşəkar kadr kimi əmək bazarında öz yerini tuta biləcəyinə əminlik yaradır. 

Əlavə məlumat üçün bildirək ki, keyfiyyətli təhsilin daha əlçatan olması məqsədi ilə Qərb Universiteti bütün ixtisaslar üzrə illik təhsil haqlarını kəskin şəkildə aşağı salıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar