Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Universiteti münasib qiymət siyasətinə keçir


Universitetin böyüməsi və klassik universitet strukturuna uyğunlaşdırılması təhsil haqlarının aşağı salnmasına imkan verir


Qərb Universitetindəki yeniliklərlə bağlı xəbərlərə son vaxtlar tez-tez rast gəlirik. 

Bu günlərdə Universitetin illik təhsil haqlarını aşağı salması barədə xəbər də ictimaiyyət tərəfindən müsbət qarşılandı.

Qərb Universitetinin münasib qiymət siyasətinə keçməsi və təhsil haqlarını aşağı salması bu təhsil ocağının böyüməsi və klassik universitet strukturuna uyğunlaşdırılması ilə bağlıdır.

Bu gün bu təhsil ocağının təkcə Azərbaycanın deyil, regionun qabaqcıl universitetinə çevrilməsi istiqamətində ciddi addımlar atılır, infrastrukturun müasirləşdirilməsi üçün əsaslı işlər aparılır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir. Nəhəng kompleksin, yeni binaların və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı yeni, unikal laboratoriyalar qurulur, dünyanın qabaqcıl universitetləri ilə müəllim mübadiləsi aparılır.

Bu prosesə Universitetin qəyyumlar şurası da dəstək verir ki, bu da təhsil haqlarının aşağı salınmasına, yüksək ballı tələbələrə güzəştlər edilməsinə və onlara təqaüdlər verilməsinə imkan yaradır, eyni zamanda tələbə sayı artır.

Qərb Universiteti dünyada keyfiyyətli təhsil sahəsində öndə gedən aparıcı universitetlərlə ayrı-ayrı proqramlar çərçivəsində əməkdaşlıq edir, nüfuzlu təhsil ocaqlarının mütəxəssisləri mühazirələr üçün universitetə dəvət olunur. Universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

Eyni zamanda universitetdə bütün region üçün unikal hesab edilə biləcək laboratoriyalar qurulur. Xüsusilə mexatronika və robototexnika, maşınqayırma mühəndislikləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyalar formalaşdırılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞAvropa şirkətləri cəlb edilib. Daha bir unikal təcrübə mərkəzi - genetik analizlərin aparılmasına imkan verən yeni laboratoriya isə qurulma prosesindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar