Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Rusiyaya ölümcül zərbəni niyə ertələdi?



“Rusiyanın SWIFT-dən çıxarılması ilə bağlı söz-söhbətlər yarım ildən çoxdur ki, gedir. İndinin özündə də hələ bununla bağlı son qərar verilməyib”


Bu sözləri Axar.az-a açıqlamsında ekspert Natiq Cəfərli Qərb və ABŞ-ın Rusiyaya vurulacaq ən ağır zərbədən imtina etməsinə münasibət bildirərkən deyib. O, bunu Qərbin növbəti xəbərdarlığı hesab edir:
 
Rusiya Ukraynaya görə tətbiq edilən sanksiyalara məhəl qoymur. Ukraynada isə vəziyyət heç də yaxşı deyil və ölkədə ciddi problemlər yaranıb. Donbasda döyüşlər davam edir, atəşkəsə əməl olunmur. Bu, Qərbə Rusiyaya qarşı təzyiq gücünü artırmaq üçün əlavə stimul verir. Bu məsələ də məhz buna görə gündəmə gəldi. Onsuz da sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurub. Sadəcə, zərər o səviyyəyə çatmayıb ki, Rusiya aqressiv siyasətindən əl çəksin. Buna görə də Qərb və ABŞ daha ağır paket hazırlamaq istəyir ki, Rusiyanı ciddi düşünməyə vadar etsin. Görünür, Rusiyanın sözügedən sistemdən çıxarılması kimi ölümcül zərbəni təxirə salan və Lavrovun qeyd etdiyi kimi, Rusiyaya qarşı qeyri-rəsmi müharibəyə bərarbər bu addım üçün Qərb hələ ki, tələsmir. Ona görə də yaxın zamanlarda bu, baş verməyəcək. Ancaq Qərb əlindəki çox güclü olan bu silahı Rusiyaya xatırlatmaqla əslində müəyyən güzəştlərə vadar etməyi düşünür. Ola bilər ki, bu taktika sonunda nəticə versin”.
 
Ekspert son zamanlar Qərbin təzyiqləri fonunda Rusiyanın güclənməsi ilə bağlı mülahizələrə də aydınlıq gətirib:
 
“Bu, doğru yanaşma deyil. Son bir ildə Rusiya təqribən sanksiyalardan, neftin qiymətini və rublun devalvasiyasından 400 milyarda yaxın vəsait itirib. 500 milyardlıq qızıl-valyuta ehtiyatları 340 milyarada enib. Yəni rezervlər 160 milyard dollar azalıb. İndi Rusiyanın nə vaxta qədər buna dözəcəyi və güzəştə getməyəcəyini demək açığı çox çətindir. Çünki Kremlin militarist ritorikası davam edir. Ancaq onu da qeyd edim ki, çox güman, yaxın aylarda qarşıdurmanın daha ciddi fəsadlarını görərək, Rusiya danışıqlara meyilli hala gələcək. Qərb də məhz bu ehtimalı yaratmaq üzərində çalışır və növbəti sanksiyalar da buna hesablanacaq”.
 
Xatırladaq ki, xarici mətbuatdan yer alan informasiyalara görə, son vaxtlar Moskvanın SWIFT sistemindən uzaqlaşdırılmasının maliyyə sistemini iflic edə biləcəyi səbəbindən Qərb və ABŞ geri addım atıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar