Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Putinlə niyə bacarmır?


Ərəstun Oruclu: “Qərb Suriyaya girmək üçün Rusiyaya ona görə icazə verdi ki...”


Natiq Miri: “Bu siyasətlə ABŞ-ı, onun müttəfiqlərini aldatmaq mümkün olmayacaq”

Son illər Rusiya prezidenti Vladimir Putinin gözlənilməz addımları dünyanı təəccübləndirir. 2008-ci ildə Rusiya Gürcüstana hücum edərkən Putinin necə israrçı mövqe nümayiş etdirdiyi hələ də yaddaşlardan silinməyib. Rusiya qoşunları az qala paytaxt Tiflisə qədər irəliləmişdi. Həmin vaxt Putin Cənubi Qafqazda Rusiyanın itirilməkdə olan mövqelərini bu hücumla müəyyən qədər geri qaytardı.

Sonra Ukraynada məlum hadisələr başladı. Rusiyanın Qərbin təzyiqi ilə Ukraynadan çıxacağı və bu ölkədə öz təsir imkanlarını itirəcəyi haqda proqnozlar verilərkən dünya tamamilə əks mənzərə ilə qarşılaşdı. Putin Krımı işğal elədi və Rusiyanın tərkibinə qatdı. Hətta referendum da keçirdi. Ukraynanın bir neçə şərq vilayətlərini işğal etdi. Qərbin müxtəlif sanksiyalarına rəğmən Putin atdığı addımların heç birindən geri çəkilmədi. Məhz Rusiyanı cəzalandırmaq, onun iqtisadi, hərbi gücünü azaltmaq və siyasi təsir imkanlarını neytrallaşdırmaq üçün Amerika neftin dünya bazarındakı qiymətini xeyli azaltdı. Fəqət, Qərb yenə də öz istəyinə nail ola bilmədi. 

Bəs bunun səbəbi nədir? Qərb - əlində kifayət qədər imkanları olan bir qüvvə nəyə görə Rusiya ilə bacarmır? Gürcüstan, Ukrayna hadisələrindən və son günlərdə isə Suriyaya hərbi müdaxiləsindən sonra belə bir rəy yaranır ki, Qərb Rusiya ilə bacarmır. 

Politoloq Ərəstun Oruclu deyir ki, Putinin geri çəkilmək üçün heç bir əsası yoxdur. Geri çəkilmək Putin üçün məğlubiyyət deməkdir: “Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kifayət qədər neqativ effekt verib. Bu, danılmaz bir faktdır. Amma Rusiya da böyük dövlətdir. Onun geri çəkilməməsi üçün hərbi imkanları, böyük gücü var. Həm də Rusiyanın geri çəkilmək üçün heç bir əsası yoxdur. Geri çəkilən Rusiya siyasətçisi təbii ki, daxildə məğlub olacaq. Ona görə də Rusiya da geri çəkilmək istəmir”.
Politoloqun fikrincə, Putin Suriyada yaşananlara müdaxilə etməklə Ukraynadan çəkilmək istəyir: “Rusiya Suriyaya müdaxilə etməklə Ukraynadan geri çəkilməyə hazırlaşır. Əsas məsələ budur. Çünki Putinin Ukraynaya müdaxiləsi, Ukraynaya qarşı yürüdülən siyasət Rusiyanın daxilində neqativ effekt doğurur və getdikcə də güclənir. Amma Rusiyanın Suriyada olması Rusiya cəmiyyətinə belə təqdim oluna bilər ki, Rusiya qlobal güc kimi istədiyi hərbi əməliyyatı həyata keçirir, Suriyada terrorçuları bombalayır, Əsədi müdafiə edir və Rusiyaya heç kim mane ola bilmir. Məncə, bunun səbəbi bu ola bilər. Bu, göründüyü kimi sadə deyil, yəni Rusiya istədi getdi və ona heç kim mane ola bilmədi. Ən azı İraqın hava məkanı bu gün Qərbin nəzarətindədir. İstəsəydilər, hər halda, Rusiya təyyarələrini Suriyaya buraxmazdılar. Amma Rusiya təyyarələri Suriyaya gedə bildi. Rusiyanın bu siyasətinə, bu yanaşmasına Qərb də anlaşma ilə yanaşır. Çünki Qərbə ilk növbədə lazımdır ki, Rusiya Ukraynadan çəkilsin”. 

Politoloq Natiq Miri Rusiyanın Suriyaya müdaxiləsinin yanlış olduğunu düşünür. Onun sözlərinə görə, Rusiya itirilmiş nüfuzunu geri qaytarmaq üçün son şans olaraq bu addımı atıb: “Ola bilsin ki, Rusiya təbliğat maşını güclüdür. Həm ölkə daxilində, həm də ölkə xaricində müəyyən dərəcədə ictimai rəy yarada bilir. Ancaq sözün əsl mənasında sonuncu Suriya həmləsi Rusiyanın xilası üçündür. Çünki Rusiya Ukraynada istədiklərini edə bilmədi və böyük maliyyə və insan itkisi ilə üzləşdi. Bunun nəticəsində Qərbin ciddi sanksiyaları ilə üzləşdi ki, bu da artıq il ərzində Rusiyada ümumdaxili məhsulun 4 faiz geriləməsinə səbəb oldu. İndiki vəziyyətdə Rusiyada çıxış yolu kimi, Putini inandırdılar ki, həqiqətən diqqətləri Ukraynadan yayındırmaq və yeni bir Suriya həmləsi ilə Rusiyanın dünyada əhəmiyyətini artırmaq lazımdır ki, Rusiya yenidən dünya siyasətinə qayıda bilsin, hegemonluğunu bərpa etsin. Məsələ bundan ibarətdir. 

Bu, Rusiyanın son həmləsidir. Qısamüddətli beynəlxalq ictimai rəydə gözqamaşdırıcı parıltılar yarada bilər. Ancaq uzun müddətli perspektivdə bu, Rusiya üçün acınacaqlı məğlubiyyətlə nəticələnəcək. Artıq bunun işartıları hiss olunmaqdadır. Rusiya dünənə kimi Yaxın Şərqdə düşmən obrazında deyildi. Suriyanın bombalanması ilə artıq Rusiyanın düşmən çevrəsi genişlənməkdədir. Bütün ərəb dünyasında, sünni dünyasında Rusiya düşmənə çevrilib. Bu koalisiyanın içərisində qardaş Türkiyə də var. Bir neçə gündür ki, Rusiya Suriyanı bombalasa da, artıq çoxsaylı itkilər verib. Rusiyaya başda Amerika olmaqla, digər dünya dövlətləri də xəbərdarlıqlar edir. Bütün bunlar Rusiyanın güclü olması ilə deyil, əksinə, onu bu vəziyyətdən çıxarması üçün atılan siyasətlə əlaqəlidir. Putinin Suriya ilə bağlı siyasəti alınmadı. Obama-Putin görüşünün də fiasko ilə nəticələndiyinin şahidi olduq. Rusiya yenə də növbəti səhvini etdi. Görünür, Moskva başqa bir addımı olmadığı üçün belə bir siyasət yürütdü. Bu siyasətlə ABŞ-ı, onun müttəfiqlərini aldatmaq mümkün olmayacaq”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar