Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb İraqdakı kimi Suriyada da tədrici soyqırımı aparır

NATO üçlüyünün insan hüquqlarını pozmaqla Suriyaya zərbəsinin kimyəvi silaha heç bir dəxli yoxdur


Oranı bombalamaq, sadəcə, həyat üçün təhlükəli ola bilərdi. Bu daha çox Qərbin və onun ekstremist dostlarının, demək olar, artıq uduzduğu müharibədə çarəsiz güc nümayişi idi.

Tramp, Makron və Mey iddia edirlər ki, Suriyanın kimyəvi silah istehsalı obyektlərini vurublar. Əslində isə, tibb dərmanlarilə məşğul olan mülki elmi araşdırma mərkəzini dağıdıblar. KSYT-nin məlumatına görə, orada heç bir yasaqlanmış fəaliyyət göstərilməyib.

ABŞ, Fransa və Böyük Britaniya aprelin 14-də erkən səhər Suriyadakı hədəflərə vəd edilən hücumu həyata keçirib. AB-nin dəstəyi və Marqot Vallstyomun birtəhər burcutmaq cəhdlərinə baxmayaraq, bu hücum sülhə qarşı cinayətə, deməli, BMT Nizamnaməsinə əsasən, hərbi cinayətə çevrilib.

Hücum ABŞ-ın bir il əvvəl Xomsdakı Şayrat aviabazasına həmləsindən xeyli güclüydü. Bununla belə, təhdidli ritorika və keçən həftəki eskalasiya ilə müqayisədə önəmsiz və hərbi baxımdan mənasız əməliyyat oldu.

Hücum bu fakta heç cür təsir etməyib ki, Suriya öz müttəfiqlərilə xaricdən dəstəklənən ekstremist qruplaşmalara qalib gəlib. O, bölgədə Rusiya və ya İranın möhkəmlənmiş mövqelərini heç cür dar etməyib. Bundan başqa, Suriya HHM 103 qanadlı raketin çoxunu zərərsizləşdirməyə nail olub. Bunu hətta müxalifət və Qərbin tez-tez isnad etdiyi “İnsan haqları üzrə Suriya müşahidə qrupu” da etiraf edib. Əsəd rejiminin Dumada qaz hücumu həyata keçirdiyi haqda Fransanın sübutları sosial şəbəkələrdəki fotoşəkillər və önrəyçi dəlillərə əsaslanır.  Hücumqabağı ritorika və onun necə keçirilməsi Suriyaya yönəlik kimyəvi silah işlətmək ittihamlarının çürüklüyünü sərgiləyir.

NATO ölkələri Suriya ordusunun Dumaya kimyəvi hücum etdiyini ciddi düşünsəydi və əlində sübut olsaydı,  Kimyəvi Silahın Yasaqlanması üzrə Təşkilatın (KSYT) araşdırmalarının nəticələrini gözləmək lazım gələrdi. Onun müfəttişləri Dəməşqə elə həmin gün gəliblər.

Tramp, Makron və Mey özləri öz sübutlarına inansaydılar,  sakitcə arxayınlaşar və sadəcə, dünya onların haqlı olduqlarını görüncə gözləyə bilərdilər. Amma Qərb ölkələrinin ağıllı-başlı subutu yoxdur. Bu, şənbə günü Fransa hökuməti guya Dumada baş vermiş qaz hücumu barədə kəşfiyyatın hesabatını dərc edəndə aydınlaşıb.

Hesabatdan üzə çıxır ki, Əsəd rejiminin məsuliyyəti haqda qənaət birinci növbədə sosial şəbəkələrdəki fotoşəkil və videoların öyrənilməsinə, habelə Qərbin maliyyələşdirdiyi və “Ceyş əl-İslam” teror qruplaşmasının nəzarətindəki təşkilatların məlumatlarına əsaslanır. Bu, sübut deyil, bütün müharibə boyu Qərbin Əsədi bombalamalı olduğunu iddia edən önrəyçi düşüncələrdir.

Böyük kimyəvi silah anbarları və bu zəhərli maddələrin istehsal edildiyi laboratoriyaların şənbə hücumunun hədəfləri olduğu haqda iddialar da əsassızdır.

Gəlin, fərz edək ki, NATO ölkələri, doğrudan da, bu cür kəşflər edib. Bütün bu maddələri bombalamağa başlamaq təkcə axmaqlıq deyil, həm də yaxınlıqda yaşayan yüz minlərlə adam üçün ölümcül təhlükə olardı. Hücumdan sonra təhlükəli kimyəvi maddə tullantıları haqda heç bir məlumat yoxdur. Son bir neçə gündə bir neçə jurnalsit bombalanmış “Barzəx” araşdırma mərkəzinin xarabalıqlarına baş çəkib və onlar zəhərlənməyib və xəstələnməyiblər.

KSYT əslində təftiş üçün “Barzəx”də 2017-nin noyabrında olub. Onun hesabatına əsasən, orada yasaqlanmış heç bir maddə olmayıb və KSYT müfəttişləri orada kimyəvi silahın qadağası üzrə BMT Konvensiyasını pozan hansısa fəaliyyət aparıldığının heç bir nişanəsi aşkarlanmayıb. Bununla bağlı Qərb ölkələrinin keçmişdəki dəhşətli fəaliyyəti mövzusunu qaldırmaq lazımdır. Hətta şənbə hücumu vaxtı heç kim həlak olmayıbsa da, uzunmüddətli nəticələr yenə də mülki əhali arasında kütləvi qurbanlara dönüşə bilər.

Axı KSYT-nin bir neçə dəfə təftiş etdiyi qurum mülki elmi araşdırma mərkəzidir və orada o cümlədən onkoloji xəstələr üçün dərmanlar və əqrəb və ilan sancmasına qarşı əks-zəhər istehsal olunub. Müharibə bürüyən Suriyanın yüklənən səhiyyə sistemi üçün öz dərmanlarını istehsal etmək vəzifəsi həyati önəmlidir. ABŞ və AB-nin ticarət sanksiyaları Suriyanın həyat önəmli dərmanları idxal etmək imkanlarına güclü zərbə vurub. Burada BMT-nin İraqa qarşı ABŞ və Böyük Britaniyanın 1990-cı ildə və 2003-cü il müdaxiləsinə qədər nail olduğu sanksiyalarıyla aydın paralellər gözə dəyir. Kütləvi qırğın silahı istehsalına mane olmaq səyləri bəhanəsi altında bir sıra tibbi dərman və avadanlıqların idxalı qadağan edilmişdi.

Bu, İraq xalqına dəhşətli təsir edib. BMT-nin 1997-1998-ci illərdə İraq bölməsinin rəhbəri Denis Hallideyin sözlərinə görə, sanksiyalar zamanboyu uzanan soyqırımından başqa bir şey deyildi.

Doğrudan da, dərmanların çoxunda hərbi məqsədlər üçün istifadə oluna biləsi kimyəvi maddələr var. Xərçəngə qarşı şüa avadanlığı eynilə hərbi sahədə istifadə edilə bilər.

Lakin İraqda baş verdiyi kimi, eyni zamanda həyatönəmli səhiyyə və elmi məhv etmədən yasaqlanmış silah istehsalı imkanını ölkədən almaq olmaz.

Dəməşəqin yaxınlığında şəhərcikdəki elmi araşdırma mərkəzinə hücuma bu baxımdan  xəbərdarlıq zəngi kimi yanaşmaq lazımdır. Qərbdə İraq modelindən, yəni ləng soyqırımından faydalanmaqla Suriyanı sındırmaq istəyən qüvvələr var. Bu, rejimi müharibə yoluyla dəyişməyə uğursuz cəhddən sonra yeni taktikadır?

Qərbin məğlubiyyəti və Suriya ordusunun Şərqi Qutanı sürətlə geri qaytarması – ehtimal ki, aprelin 14-də Suriyaya hücumun birnömrəli səbəbi budur. Xaricdən dəstəklənən müxtəlif ekstremist qruplaşmaların Dəməşq civarından qovulması Suriyada NATO və Fars körfəzi ölkələrinin nüfuzuna ölümcül zərbə vurub.

Yaxın Şərq analitiki Elayca Manyer bu yaxınlardakı şərhdə yazıb ki, ABŞ-ın Suriya ordusunun bazalarına, silah anbarlarına və Dəməşqdə prezident sarayına yönəlik planlaşdırılmış daha əhatəli hücum planı var idi. Və bu, təkcə Suriya xalqı üçün fəlakət olmazdı. Dünya ABŞRusiya arasında birbaşa hərbi qarşıdurma təhlükəsi qarşısında qalardı. Amma bu, baş vermədi. Keçən həftə pərdəarxasında nələr edildiyi və nədən danışıldığıından xəbərimiz yoxdur, lakin hər şey bundan xəbər verir ki, Rusiya tərəfdən intensiv basqı və cavab tədbiri riski, nəhayət, NATO üçlüyünü geri çəkilməyə məcbur edib.

Miqyasından asılı olmayaraq bu hücuma hərbi cinayət kimi baxılmalıdır. Eyni zamanda, baş verənlər sərgiləyir ki, ABŞ və müttəfiqləri Yaxın Şərqdə istədiklərini daha edə bilməz.

Patrik Paulov

Proletären (İsveç), 20.04.2018

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar