Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Çində nəyi yanlış anladı: yolunda getməyən nədir?


Çin bu yaxınlarda avtoritar rejimdən diktaruraya qədəm qoydu və ya qoyacaq deyə bilərik. Belə bir dəyişiklik Çinin indiki prezidenti Si Szinpinin konstitusiyada düzəliş edərək prezidentin iki dəfə deyil, daha çox seçilə biləcəyi sistemini gətirmək istəməsi ilə baş verir. Bu sadə bir dəyişiklik deyil, Qərbin 25 ildən artıq müddətə Çində uduzan ata oynaması deməkdir


“The Economist” yazır ki, SSRİ-nin dağılmasından sonra Qərb dünyanın digər nəhəng kommunist ölkəsinə qucaq açdı. Qərb liderləri inanırdı ki, Çinə Dünya Ticarət Təşkilatı kimi institutlarda pay verməklə onu İkinci Dünya Müharibəsindən sonra dünyadakı sisteminə daxil edə biləcək.

“Qərbin ümid edirdi ki, iqtisadi inteqrasiya Çini bazaar iqtisadiyyatına keçməyə sövq edəcək və əhali bundan yararlanaraq varlandıqca ölkədə liberal dəyərlər, o cümlədən demokratik azadlıqlar, hüquqlar və hüququn aliliyi təmin olunacaq.

Si beş il bundan qabaq hakimiyyətə gələndə hər kəs onun daha demokratik qaydaları gətirilməsinə vəsilə olacağını düşünürdü.

Lakin bu boş illuziyadan başqa bir şey deyildi. Si hakimiyyətə gəldikdən sonra ölkədə qanunlar daha da sərtləşdi, repressiya, dövlət nəzarəti gücləndirildi”, məqalədə qeyd olunur.

Yazıda ÇXR prezidetni Si Tszinpinin postundan istifadə edərək həm Kommunist Partiyasının dominantlığını gücləndirdi, həm də özünün səlahiyyətlərini artırdı.

Korrupsiyaya qarşı mübarizə adı altında potensial rəqiblərini oyundan xaric etdiyi vurğulanır:

Картинки по запросу Си Цзиньпин china constitution

“Maraqlı məqam odur ki, indiyə kimi Çini digər ölkələr özlərini necə idarə edir maraqlandırmırdı. Lakin indi tam əks nüanslar müşahidə olunmağa başlayır.

Partiyanın 19-cu Konqresində prezident Si “Digər ölkələrə yeni seçim” təklifini irəli sürərək insan övladının qarşılaşdığı problemlərdə Çin nümunəsi və yanaşmasından danışdı. Daha sonra Si bildirib ki, Çin öz modelini yaymayacaq. Lakin bu çıxışdan məlum olur ki, artıq Amerika yalnız iqtisadi rəqib deyil, həmçinin ideoloji rəqib olaraq da görülməkdədir.

Çin qlobal iqtisadiyyata bu müddət ərzində inteqrasiya edilib və dünyanın ən çox əmtəə ixrac edən ölkəsinə çevrilib. Dünyada təxminən total olaraq ixrac edilən malların 13%-i Çinə məxsusdur. Çin dünyanın ən böyük 100 şirkətindən 12-nin yerləşdiyi ölkədir.

Lakin Çin bazar iqtisadiyyatı ölkəsi deyil və heç vaxt olmayacaq. Ölkə rəhbərliyi biznes sektorunu idarə etməkdədir. Dövlət sənayeləşməni strategiya olaraq görməkdədir. Çinin “Made in China 2025” planı 10 sənaye sektorunda, o cümlədən aviasiya, texnologiya və enerji sektorunda subsidiyalar tətbiq etmək və bu sahələrdə dünya liderinə çevrilməyi hədəfləyib.

Kənardan Çin Qərb şirkətlərinə qucaq açmış kimi görünsə də əslində öz qaydaları ilə şirkətlərin fəaliyyətinə imkan verir və hətta paralel olaraq öz sistemini də qurur. Çinin “The Belt and Road İnitiative” (Kəmər və Yol Təşəbbüsü) layihəsi xaricdə bazarlara 1 trilyon məbləğində sərmayə ayırıb. Bu layihə Marşal planına alternativ kimi qəbul edilir. Qərbi tək narahat edən təkcə bu layihə deyil. Belə ki, Çin özünün maliyyələşdirdiyi təsir şəbəkəsi (web of influence) yaratmağı planlaşdırır və bu layihəyə istənilən ölkə qoşulmaq istəyəcəkdir.

Yeni təşəbbüs başqa ölkələrə Çinin əsaslı həll yolunu qəbul etməyi təklif edir. Bu gün Qərb normaları Pekinin ambisiyalarını alt-üst etsə də, Çin mexanizmi alternativ olaraq böyüməkdədir.

Çin biznes sahəsindən rəqibləri ilə mübarizə aparmaq üçün istifadə edir. Çin dövləti firmaları birbaşa olaraq cəzalandırmaqdan da çəkinmir. Ən son hadisə Almaniya markası “Mersedes-Benz”lə baş verdi. Şirkətin instagram hesabından Tibetin dini lideri Dalay Lamaya istinad edərək sitat gətirməsi qalmaqala səbəb oldu və nəticədə rəsmi olaraq Çindən rəsmi üzr istənildi. Dalay Lama Çin dövləti tərəfindən seperatist elan edilərək 1959-cu ildə sürgün edlib. 

Rəhbərlik yalnız şirkətləri deyil, ölkələri də öz qaydalarına tabe etməkdə maraqlıdır. Fillipinlər Çinin Cənubi Çin dənizində Skarborou Şoal ərazisinə olan iddiasına qarşı çıxdıqda Çin dövləti Fillipinlərdən banan idxal etməyi dayandırdı. Səbəb isə sağlıq məsələləri göstərildi.

Çinin iqtisadiyyatı gücləndikcə onun təzyiq gücü də artır.

Biznes sektorunda bu qəfil güc ordunun gücünün yanında xəfif qalır. Çin artıq Şərqi Asiyada ABŞ-ı xaric edən gücə çevrilməkdədir. Görünən odur ki, bu gedişatı Vaşinqton ya durdurmaq istəmir, ya da durdurmaq imkanında deyil.

Картинки по запросу China army

Nəticə etibarı ilə özünün demokratik dəyərlərinin zərər gördüyü məqamda Qərb Çinə oynadığı oyunu uduzmaqdadır. Trampın iki ölkə arasında iqtisadi çatışmazlığı dilə gətirməsi onun təhlükənin fərqində olduğunu göstərsə də, Pekinlə aparılacaq iqtisadi müharibəsi Amerikanın müttəfiqlərini zərərə götürə bilər və Çinin qarşısında gücsüzləşdirməyə xidmət edər.

“The Economist” yazır ki, Tramp Çin siyasətini dəyişdirməlidir. Qərb və Çin öz fərqlilikləri ilə yaşamağı öyrənməlidir. Çinin sabah dəyişəcəyinə ümid etmək absurddur. Çinin artan gücünə qarşı Qərbdə müstəqil təşkilatlar, hətta tələbə qrupları və Çin dövləti ilə əlaqələri qurmalıdır. Çinin iqtisadiyyatdan sui-istifadə etməsinin qarşısını almaq üçün Qərb Çin dövlətinə məxsus şirkətlər tərəfindən invesitisiyaları dəqiqliklə yoxlamalıdır. Qərb mövcud düzəni qorumaq üçün institutlar yaratmalıdır.

Tramp Trans-Pasifik Əməkdaşlığını yenidən gözdən keçirməlidir. Çinin gücü qarşısında Amerika yeni güclü silahlar sistemini yaratmalıdır. Texnologiyanın inkişafına sərmayə ayırılmalıdır.

“The Economist” bunları yazmaqla bərabər onu da qeyd edir ki, supergüclərin arasındakı rəqabət müharibəyə səbəb olmamalıdır. Lakin Si Tszinpinin nin daha da güclənmək hədəfi sabitliyin pozulmasına gətirib çıxara bilər. O yenidən Tayvanı geri əldə etmək sevdasına düşə bilər. Diktatorial rejim Çində Qərbin görmək istədiyi tablo deyil. Lakin gedişat artıq onu göstərir ki, konstitusion dəyişiklərlə Çin dünyada alternativ modelini yaymaq düyməsini basmaqdadır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar