Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qənirə Paşayeva Macarıstanda Xocalı soyqırımından danışıb


Millət vəkili onu Macarıstanda və Avropada Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı həqiqətlərin daha geniş yayılmasında dəstək və səylərini artırmağa çağırıb


Millət vəkili Qənirə Paşayeva Macarıstaın Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gaborla görüşüb. 

Onu təkrar görməkdən və Türkiyədə keçirilmiş Türk Dünyası Forumu zamanı  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirləri Azərbaycan nümayəndə heyətinin hər zaman xatırdladığını deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Macarıstan arasında  bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etməsinin məmuniyyətverici olduğunu deyib. 

Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar  barədə Macarıstaın Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabora məlumatlar verib. Hər zaman Qarabağ məsələsində, Xocalı Soyqırımının yayılmasında göstərdiriyi dəstəyə görə Macarıstaın Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gaboratəşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı  Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində onun və  rəhbərlik etdiyi partiyanın, hərəkatın  dəstəyini və səylərini daha da artıracağına inandığını deyib. 

Qeyd edək ki, Macarıstan Parlamentində böyüklüyünə görə ikinci böyük partiyası olan Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabor Macarıstan Parlamentində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımını rəsmi olaraq qaldıran partiya sədri və millət vəkilidir. Azərbaycanın  haqlı davasına bundan sonra da hər zaman dəstək verəcəyini deyən  Macarıstaın Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabor bildirib ki, Azərbaycan qardaş ölkədir və onun rəhbərlik etdiyi partiya Azrbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük önəm verir. Macarıstanda təşkil edilən Turan Qurultayında iştirakını məmnuniyyətlə xatırlayan millət vəkili Qənirə Paşayeva bütün Türk dövlət və xalqlarının iştirakı ilə təşkil etdiyi Turan qurultayının keçirilməsini böyük  əhəmiyyətli bir hadisə olduğunu qeyd edib və bu kimi tədbirlərin ortaq mədəniyyət, ortaq tarixin öyrənilməsi istiqamətində vacib olduğunu və Türk dövlət və xalqları arasında,  Macarıstanla Türk dövlət və toplumlarının birliyinin daha da gücləndirilməsinə  böyük töhfələr veridyini deyib. 

"Biz Atillanın nəvələriyik və qardaş türk dövlət və xalqları ilə əməkdaşlıq və əlaqələrin inkişafı bizim üçün ən önəmli məsələlərin önündə gəlir" deyən  Macarıstaın Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabor Azərbaycanı çox sevdiyini və Azərbaycana hər  səfərindən məmnuniyyət duyduğunu,  hər iki ölkə arasında, ö cümlədən vətəndaş cəmiyyətləri  arasında əlaqələrin də daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması,  Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Macarıstaın Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabor millət vəkili Qənirə Paşayevanı Macarıstana dəvət edib, o isə öz növbəsində Vona Gaboru Azərbaycana dəvət edib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar