Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbul olmamısınızsa... şanslısınız


Yadımdadır 2007-ci il idi, təxminən bu vaxtlar qəbul imtahanı verib cavabları gözləyirdim


Əslində Azərbaycandakı ali təhsillə bağlı yeganə gözəl məsələ məhz bu prosesdir. İmtahana hazırlaşırsan, məqsədin olur ki, qəbul olacaqsan. Sonra imtahan verirsən, həyəcanla cavabları gözləyirsən. Qəbul cavabı çıxır, qohumlar gəlir, təbrik eləyir, bəxşiş verir. Bir növ toy kimi bir zaddır. Bundan sonra həvəslə universtitetə gedirsən, bir-iki ay oxuyursan və sonra görürsən ki, mənasız bir işlə məşğulsan.

Fakültədə yeni tələbələrlə görüş keçirilmişdi. Dedilər ki, bir çox tələbələr universitetin birinci ilini həvəslə oxuyurlar, sonrakı illərdə isə hər şeyin başını buraxırlar, zəifləyirlər, siz yaxşı oxuyun, onlardan olmayın. Bu ifadə bir  növ universitetin bilinmədən edilmiş etirafı idi. Əgər minlərlə tələbə universitetə qəbul olduqdan az bir müddət sonra oxumaqdan soyuyursa, bunun səbəbi ancaq və ancaq universitetdə ola bilər. Çünki onların əksəriyyəti müsabiqədən keçib, əmək sərf eləyib buraya giriblər. Demək ki, ali təhsil müəssisəsi tələbənin gözləntisini doğrultmayıb deyə çalışqanlıq azalıb, yolavermə artıb. Demək ki, universitet tələbəni yola verməyə çalışır, tələbə də universiteti. İkinci prosesin səbəbi isə əlbəttə ki, birincidir. 
İndi arxaya baxanda boşu-boşuna keçmiş dörd ilə heyfim gəlir. Mənasız-mənasız fənlər, bir şey bilməyən müəllimlər, öyrənmənin kəsildiyi, səmərəli keçməyən böyük bir zaman.. Həm bu təkcə məndə belə olsa təssüflənməz, günahı özümdə axtarardım. Halbuki universitet tələbələrinin əksəriyyətində vəziyyət eyni cür oldu, bu illər bizə çox az şey qazandırdı, demək olar ki, sadəcə boşa getdi. 

Ona görə Azərbaycanda universitetə qəbul olmamağı faciə edənləri anlamıram. Çünki onlar nə düz-əməlli təhsil, nə də yönlü-başlı bir tələbə həyatı verir. Nə təhsili var, nə əyləncəsi var, nə motivasiyası, nə də başqa bir şeyi. Müəllimlərə nəsə söz demək üçün onları kafedrada axtarmalı, müdirin yanına girirmiş kimi, icazə alıb girməlisən. Universitetimizin mənim gördüyüm müəllimlərin təkcə bir neçəsinin email ünvanı vardı. Qalanları bəlkə də komputer istifadə etməyi bilmirdilər. Dünya universitetlərinin reytinq cədvəlində bizimkilərin adı yoxdur, minliyə belə düşə bilmirlər. Tələbə qurtaranda isə təyinatı üzrə deyil, tamam başqa sahədə işləyir. Dörd il oxuyursan və dörd il də sərf eləyirsən ki, orda öyrəndiklərini yaddan çıxarıb normal iş tapa biləsən. 

Ona görə bir baxımdan universitetə qəbul olmayanlar şanslıdırlar. Bu həyatın onlara verdikləri imkandır ki, özlərini tapsınlar, həyatlarını başqa sahələrdə daha uğurla davam etdirsinlər. Və ya tutalım xarici ölkələrdə oxumaq haqqında düşünsünlər. Əgər kimsə tənbəlliyə görə yaxşı bal toplamayıb bizim universitetlərdən birinə qəbul olmayıbsa, pul hesabına bunu xaricdə asanlıqla edə bilər. Sonra da düşdüyü mühitin təsiri ilə hətta burdakı tələbələrdən də yaxşı oxuya bilər. 

Maraqlıdır ki, bizim universitetlər həm təhsil verməməklə kifayətlənmir, həm də təhsil haqqını yuxarı qoyurlar. Üstəlik, Bakı kimi bahalı bir şəhərdə tələbənin əlavə xərclərini də üstünə gələndə baxırsan ki, müsibətdir, ayda nə qədər pul lazımdır. Halbuki, məsələn Ukraynada və ya Türkiyədə bizdəkindən xeyli keyfiyyətli təhsil almaq olar. Üstəlik, xarici ölkədə yeni dil öyrənmək şansı daha çoxdur. 

Dünən oxudum ki, bir qız universitetə qəbul olmayıb deyə özünü öldürüb. Faciədir. Qızın özünü öldürməsi bir faciə, bunu bizim universitetə görə etməsi isə başqa bir faciədir. 

Araz BAYRAMOV(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar