Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbul haqqı

Qəşəm Nəcəfzadə yazır...


Dost-doğmaca əmim oğlu Bəybala lap uşaqlıqdan içəndi. Araq dəfələrlə onun kürəyini yerə vursa da, nənəmin, babamın köməyi ilə yenə durub ayağa. Bəybala tanrı bəxtəvəridir. Belə ki, nənəmlə babam qocalıq pullarını almaq və xərcləmək ixtiyarını əbədi olaraq ona əmanət eləyib. Bu pullar da gedir Bəybalanın  ancaq yeyib-içməyinə.

Bəybala balacaboy turp kimi qırmızı oğlandı. Yerə vursan yer dağılar. Lovğalıqdan ayağı dolaşır. Babamla nənəm deyirdi ki,  guya Bəybala nəslimizin yaraşığıdır. Ona görə onu əsgər qoymayıblar gedə, birdən nəslimizin yaraşığı it-bata düşər. Elə o vaxtdan Bəybala  nənəmin-babamın hesabına  yeyir kababdan, vurur araqdan.

Bəybalanın qara günləri o vaxt başladı ki, arağa və siqaretə öyrəşdi. Bir gün  araqsız və siqaretsiz qala bilmədi. Babamla nənəmin qocalıq pulları onun siqaretinə və arağına çatmadı. Bəybala  başladı  başqalarından pul istəməyə. Nənəmlə babam dedi ki, Bəybalanı göz elədi. Onun içməyini camaatın gözü götürmədi.

Bu azmış kimi əvvəl babam, sonra nənəm köçdü dünyadan. Bəybala qaldı başsız. Hamımız  düşdük Bəybalanın üstünə. Dedik, utanıb ölmürsən, bu yaşında araq içirsən, oğlundan, qızından  xəcalət çəkmirsən. Bəybala bir yumub beş tokdü. Nənəmin, babamın ölmüş gününə, gör biz Bəybalaya nələr deyirik. Bəybala  hər dəfə danlandıqdan sonra gedirdi nənəmin, babamın qəbrinin üstə ağlamağa.

O biri əmimoğlu mənə zəng elədi ki, bəs əmioğlu, Bəybalaya pul çatdıra bilmirik, arağı su kimi içir. Bakıda – Narkoloji dispanserdə tanışın varsa, Bəybalanı aparaq qoyaq ora.

Mən səhərisi getdim Bakı şəhəri rayonlarının birinin Narkoloji dispanserinə. Əmioğluna dedim ki, rayondan çıxın, gəlin filan yerə.

Dispanserin  həyətinə girəndə vahimə məni bürüdü. Hər şey səssizlik içində boğulurdu. Bir-iki  mərtəbəli köhnə tikililər mənə geridə qalmış bir dağ kəndinin xəstəxanasını xatırladırdı. Gözümə tək-tük adam dəyirdi. Nəhayət, həkimin otağını tapdım, içəri girmədim, dedim, Bəybala gəlsin, sonra.

Saat 12 olardı. Həkim otaqda  zümzümə edir, o tərəfə, bu tərəfə gedir, hərdən çölə çıxır və hər çıxdıqca mənə  deyir:

- Məni gözləyirsən?

- Hə, amma xəstəmiz rayondan gəlir, çatsın, sonra gələcəyik yanına.

- Ayrı gözləyən var?

Həkim cavab gözləməmiş özü çıxıb koridora göz gəzdirdi  və gördü ki, məndən başqa  heç kəs  yoxdur.

Həkim arada bir  yarımçıq araq şüşəsindən  bir qurtum alıb, sonra turş alçanı elə dişləyirdi ki, marçıltısı boş koridorun  o başına yağış səsi kimi yayılırdı.

Düşündüm ki, Bəybala bura gəlsə, deməli, başımıza daş düşdü. Bəybala  yenə stəkana süzür, bu isə şüşəni başına çəkir.

Nə isə... Bəybala, əmimoğlanları, Bəybalanın bacıları  düz saat  4-un yarısında  gəlib çıxdılar dispanserə. Həkim Bəybalanı tutdu sorğu-suala. İçmək üçün pulu hardan alır, nə vaxt içir, kimlə içir, nə qədər içir və sair. Sonra həkim  Bəybalanın göz dibinə, qulağına, əl barmaqlarına baxıb iki dərman yazdı. Birini səhər, birinini də axşam yeməkdən sonra iç – dedi.

Durduq ayağa. Mən də  qabiliyyətimə uyğun 20 manat yavaşca stolun üstə qoydum, astaca sürüşdürdüm həkimin əlinə tərəf. Həkim pulu görən kimi daş atıb başını tutdu.

- Məni niyə təhqir edirsiniz. 20 manat nədir?  Qəbulum 50 manatdır.

İki-üç dəfə mən pulu ona tərəf sürüşdürdüm, o da mənə tərəf.

Gördüm əmiqızlarımın yanında pərt oluram, keçdim əks hucuma.

Dedim: - ay həkim, sənin qəbulun var ki, 50 manat ola. Düz saat 12-dən burdayam, bir nəfər xəstə də gəlməyib yanına. Uçuq-sökük  bir  otaqda oturursan, aparatın yox, analizin yox, qəbul otağın yox, katibən yox, şəhər telefonun yox... Qadın alım,  nə 50 manat? İkincisüi də bura  dövlət xəstəxanasıdır.

Həkim dinmədi. Bəybala pulu götürüb basdı cibinə.

And açdi ki, əmoğlu bir də içən deyiləm.

Amma kənddən zəng eləyirlər  ki, Bəybala yenə içir, axşamlar nənəmlə babamın qəbrinin üstə yatır.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar