Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbir daşındakı 3003 rəqəmi


PİA.AZ kulis.Az-a istinadən Həmid Herisçinin “İstiydi...” hekayəsini təqdim edir:


Köhnə, alabaş “jiquli” asfalt bitən yerə yaxınlaşıb dayandı.
 
Bir an eşiyə çıxmağa cürət etmədim. Qorxdum isti günəş şüaları, vaxsey, indicə başıma vurub beynimi xarab edər. Sonra cürətlənib bir əlimlə “jiquli”nin cırıltılı qapısını azca araladım, digəriynən sürücünün dərin ovcuna əzik kağız əskinazları basdım. Arxamca:
 
- Bu azdı, - deyib donquldayan qaraşın sürücü, nasaz mühərriyini nərildətdi. Keçəl, daz təkərləriylə qup-quru torpağı dərindən eşdi. Arxamca atmaca atıb, bir-iki, vəssəlam, həyatımdan birdəfəlik silindi.
 
Məzardaşları arasında gəzişən narahat kölgəmi axıracan izləmək çox da mümkün olmadı. Əvvəl kölgəmi itirdim, sonra isə özümü...
 
Düzü...
 
***
 
Düzü, day sonrasını bilmirəm. Necə gəlib rəhmətlik dədəmin məzarı üzərinə yetişdim, kirli süpürgəni hardan götürüb ətrafı süpürdüm? - açıq danışaq, hərəkətlərimin ilk saniyələrini indi xatırlaya bilmirəm. Ətrafda gəzişən avara mollanın gözlərindəki “Yasin oxuyummu?” lal sualına çox gec cavab qaytardım.
 
- Özüm oxuyaram – deyib, məzarlığın dərin, nəhayətsiz sükutuna qatıldım. Məzardaşının uzun kölgəsinə sığınmaq cəhdim əbəsdi. Solğun, qup-quru ot-ələfi sığallayan küləyin bir-iki həmləsini ötürüb, əl atdım zəmbildəki qu qabına. İstəyirdim əlimdəki əskini isladıb başdaşının toz-torpağını təmizləyəm. Ancaq nəm əski elə əlimdəcə qaldı.
 
***      
 
Bir də gördüm başdaşının ayağı tərəfinə bir qranit daş parçası atılıb. Üzərinə həkk edilmiş "3003" rəqəmi məni həyəcanlandırdı.
 
Elə bildim xronoanomaliya, dərvişlər demiş “teyyül-zaman” baş verib, zamanda səyahətə çıxıb 3003-cü ilə gəlib çıxmışam.
 
Qranit üzərində səhv yazmaq, yanılmaq... bəli, əslində bu, əsla mümkün deyil... Kağız üzərində, həəə, səhvlər çox gördük yazıçı həyatımızda. Amma, inanmıram xəttatların möhkəm əli, qranit üzərində titrəyib sürüşərək bax belə səhv buraxsın.
 
Elə-belə, boş yerə 3003 rəqəmini qranit üzərinə həkk etsin...
 
İndi özünüzü mənim yerimə qoyun... Cümə günü. İsti. Məzar daşlarının kiçik kölgəsinə sığınıb Quran açıram... Bir də görürəm ki, yerə atılmış qranit daş parçası üzərində 3003 rəqəmi həkk edilib...
 
Görəsən bu nəydi axı?...
 
***
 
Sonralar bu mövzunu dinləyən bir cingöz oğlanın cavabı çox maraqlı göründü mənə... O, məni dinləyib azca gülümsədi. Susdu bir xeylaq. Axırda qısaca əlavə etdi - "Hə... İstiydi, yaman istiydi o gün”...
 
Gördüyümə çar-naçar baxa-baxa qalmışdım. Böyür-başımda ins-cinsdən bir nəfər də yoxdu ki, onunla şək-şübhələrimi bölüşüm. Ətrafımdan əlimi, xəyallarımı üzüb gözlərimi uzaq üfüqlərə sancdım. Azca yaxına baxanda gördüm ki, məzarlığın qapısında bir səllim, sahibsiz it balası başını əyib çirkab gölməçəsindən dünənki yağışdanqalma bulanıq suyu içir. Ürəyimdə səslənən düyünlü sualların tək cavabını qərara gəldim bu acı mənzərədə axtarmayım.
 
Bəs hardaydı bu sualın gecikən cavabı?
 
Hardayı, hə?
 
***
 
Ətrafımı saran mənzərələrin reallığına gec də olsa bir an şübhələndim. Qərara gəldim bu reallığı yoxlayım. Görüm o bir yay ilğımıdır, yoxsa acı reallıq?
 
Gördüm məndən beş-altı məzar o tərəfdə bir kölgə titrəyir. Baxıb gördüm ki, şəhər avaralarından biridi, yolunu azaraq gəlib çıxıb bura. Ancaq bəlkə bu da bir aldadıcı görüntü fantomdur.
 
- Siz...
 
Sözüm ağzımda yarımçıq qaldı.
 
- Mane olma. Bayaqdan bu mənzərəni izləyirəm... Çəkil kənara, kölgən mənə maneçilik törədir.
 
Axşam idi. Qara pıspısa, donquzanqurdlar burda öz yuvalarına geri qayıdırdılar, şəhərdə isə qara fəhlələr. Bizim bax bu avara bütün fikriylə həmin qara pıspısaları izləyir, day başqa məsələlərə diqqət göstərmirdi. Deyəsən, mən bu qayıdışa əngəl törədirdim. Hiss etdim ki, hərif azca havalıdır. Ancaq bütün bunlar tam real idi - kişi də, yuvasına dönən qara pıspısalar da.
 
 
Qəbirstanlıqdan o tərəfdəki ucuzxana kafeni də yoxlamaq qərarına gəldim - dedim o da bir yuxu, fantom olar bəlkə. İçəri girincə burnuma dəvə qutabının qoxusu vurdu. Elə bil kafe sahibi də məni gözləyirmiş. Saçları ağardıqca sifəti qaralan azərbaycanlılardandı. Məni görüncə başladı deyinməyə:
 
- Ətrafda nə qədər ac it-pişik varsa kafemizə soxulur...Əlacsız qalmışıq. Hə gün... inan, hər gün yeddi-səkkiz pişiyi torbaya salıb aparıb dəniz qırağında azdırıram. Görürsən...
 
Buruqsaç kişi gözlərini yerdəki torbaya dikdi.
 
- Torba hələ dolmayıb. Bir-ki saata çiynimdə bu torba, növbəti dəfə dəniz kənarına getməliyəm. Yorulmuşam...
 
***   
 
Kafedəki gülməli hadisələrin reallığına zərrə qədər şübhəm qalmadı. Bildim ki, xəyal aləmində deyil, elə burda, fani dünyadayam. Çiynimdə bircə pişik dolu torbam əskikdi.
 
Gördüm “3003” şifrəsinin kodunu bəlkə başqa bir ünvanda deşifrə etməliyəm.
 
***
Çox sonralar öyrəndim ki, “3003” rəqəmi riyaziyyatda ən böyük, nəhayətsiz ölçü vahididir. “Milleillion” adlanır. Milleillionu təsəvvürə belə gətirmək, deyilənə görə əsla mümkün deyil. Məntiq sınır bu rəqəmə yaxınlaşanda. Riyazatçılar “milleillion”, “3003” rəqəmi ortaya çıxarkən bilgisayarlarını söndürür, yaxud bir əyləncə saytına girib orda başlarını gic-gic işlərə qatırlar.
 
“Milleillion”  rəmzini gördünmü, səsini çıxarma, məntiqə baş vurma.
 
Dünyadan ayrıl. Laməkan aləmə səyahətə çıx.
 
Unut birdəfəlik bu əclaf, məntiqi həyatı.
 
Qara fəhlələrə, qara pıspısalara qoşularaq gün batarkən öz yuvana dön. Artıq sual vermə ətrafdakılarına.
 
Bil ki, sən artıq başqa, daha böyük, daha nəhəng dünyadasan...
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar