Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələlilər zülmdən qaçırlar - Nəbiyevlərin zülmündən

25 nəfər Qəbələ sakini Ermənistan tərəfə keçmək istəyib. Onlar Nəbiyevlər ailəsinin etdiyi haqsızlıqlara görə bu addımı atıblar.


Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gələrək, Ermənistan tərəfə keçməyə çalışıblar.  25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla Ağdama keçərkən polis işçiləri onları mühasirəyə alıblar. 

Bu barədə Meydan TV-yə hadisə iştirakçısı, hazırda Ağdamda olan Qəbələ sakini Ramin İsmayılov məlumat verib.

O bildirib ki, etirazlarının səbəbi Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqdır: “Nəbiyevlər uşaqlarımızı şərləyib tuturlar. “Azərişıq”-ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev,  Kötüklü kəndinin  icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.

Ermənistan tərəfə keçmək istəyən 25 nəfər olmaqla 8 ailə Ağdam polis şöbəsindədir. Ailələr Prezident Administrasiyasından bir nəfər nümayəndənin gəlib onların şikayətləri ilə maraqlanmasını istəyirlər. 

Ağdam rayon polis şöbəsindən Meydan TV-yə hadisənin baş verdiyini təsdiq etdilər. Polis işçisi İsmayılov bildirib ki, ailələr polis şöbəsindədirlər. Məsələ ilə bağlı araşdırma aparılır. 

Məsələ ilə bağlı Nəbiyevlərlə hələlik əlaqə saxlamaq mümkün olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar