Bu gün Azərbaycanın Qəbələ rayonunda zəlzələ olub
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, təkanlar aprelin 25-də yerli vaxtla saat 08:02:31-də Qəbələ rayonun ərazisində, Qəbələdən 20 km şimali-şərqdə qeydə alınıb.
Maqnitudası 3,0, dərinliyi 12 km olan zəlzələ hiss edilməyib.
pia.az