Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələdə restoran sahibinin öldürülməsinin təfərrüatları



Qəbələdə baş vermiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb


PİA.AZ milli.az-a istinadən verdiyi məlumata görə, naməlum şəxslər ötən gecə Qəbələdə restoran sahibi olan 47 yaşlı Vahid Vahabovun yaşadığı evə gələrək onu qətlə yetiriblər. Mərhum hadisə vaxtı evdə həyat yoldaşı ilə olub. O, gecəyarısı evinə soxulan şəxslərin səsinə oyanıb. Oyanması ilə güllələnməyi bir neçə saniyə çəkib. Cinayətkarlar onu heç yatağından qalxmağa imkan verməyərək güllələyiblər. 

Rayon Prokurorluğundan verilən məlumata görə, V. Vahabovun tamah məqsədilə öldürülməsi ehtimal olunur. O bir neçə gün əvvəl "Toyota Prado" markalı avtomobilini satıb. Görünür, cinayətkarlar onun evində pulun olduğunu biliblər. Lakin pulları apara bilməyiblər. 

Rayon sakinlərinin verdikləri məlumat isə hadisənin daha dəhşətli olduğunu göstərir. İddia olunur ki, cinayətkarlar evə soxularaq ailənin üzvlərinin əl-qolunu bağlayıblar. Onlar Vahiddən pulların yerini öyrənməyə çalışıblar. Görünür, istəklərinə nail olmadıqlarına görə onu öldürüblər. 

Qeyd edək ki, V.Vahabov Qəbələdəki “Soyuq bulaq” restoranının sahibidir. Atası Rəşid isə rayonda tanınmış həkimdir. 

Hazırda istintaq qrupu qatillərin kimliyini müəyyənləşdirmək üçün işləyir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar