Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələdə XII Beynəlxalq yumor festivalı çərçivəsində ilk konsert keçirilib


Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində Ukraynanın Xalq Artisti Nataliya Moqilevskayanın konserti olub


APA-nın yerli bürosunun məlumatına görə, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən öncə səhnəyə Ukraynanın tanınmış yumor aktyorları çıxıb.
 
Sonra Ukraynanın Xalq Artisti Nataliya Moqilevskayanın konserti olub. Konsertdə Ukraynanın CİTA turizm şirkəti vasitəsilə Qəbələyə gələn Ukrayna, Belarus və Avropa ölkələrindən olan 1000-ə yaxın turist, eləcə də yerli musiqisevərlər iştirak edib. İki saat davam edən konsert alqışlarla qarşılanıb.
 
Qeyd edək ki, Qəbələyə ailəvi gələn turistlər konsertdən öncə gün ərzində “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində idman yarışında, Heydər Əliyev Konqres Mərkəzində “Что? Где? Когда?” intellektual oyununda iştirak edib, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin 4 kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr ebiblər, xatirə şəkili çəkdiriblər.
 
“Gilan Hospitality Group” MMC-nin məsul işçisi Fərid Dibirov APA-nın yerli bürosuna bildirib ki, yanvarın 11-dək davam edəcək festival çərçivəsində idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşam isə konsertlər keçiriləcək. Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “ Nocnie Snayperi” qrupu, Vladimir Zelenski, “Kvartal 95” yumor qrupu olacaq. Bundan əlavə, festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub.
 
Məlumat üçün bildirək ki, APA Holdinq Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalına informasiya dəstəyi verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar