Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələ Beynəlxalq “Veselo” Festivalında Azərbaycan mədəniyyət gecəsi təşkil olunub


Qəbələ şəhərində XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının əcnəbi iştirakçıları üçün Azərbaycan mədəniyyət gecəsi təşkil olunub


Yanvarın 8-də Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə Azərbaycan və Ukrayna arasındakı mədəni və turizm əlaqələrinin əhəmiyyətindən danışılıb.
 
Ukrayna, Rusiya, Belarus və Avropa ölkələrindən gələn yüzlərlə turistə monitor vasitəsilə xalqımızın qədim tarixi, musiqi mədəniyyəti, milli mətbəxi və turizm imkanları təqdim olunub. Festival iştirakçıları Heydər Əliyev Konqres Mərkəzinin foyesində istedadlı gənclərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
 
Mədəniyyət gecəsi yerli musiqiçilərin konserti ilə davam edib. Dinləyici auditoriyasına Azərbaycan musiqiləri təqdim olunub, tar, kamança, qaval milli musiqi alətlərimizdə bir sıra ifalar səsləndirilib, tamaşaçılara Azərbaycan rəqsləri təqdim olunub. Nağaraçıların çıxışı, “Cəngi”, “İgidlər” rəqsi və “Azərbaycan” mahnısının ifası alqışlarla qarşılanıb. Sonra əcnəbi qonaqlar “Qafqaz Riverside” otelində milli mətbəximizin ləziz yeməkləri təqdim olunub. Sonda tədbir iştirakçıları Azərbaycan mədəniyyəti və turizminin dünyada tanıdılması üçün bu kimi festivalların keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.
 
Qeyd edək ki, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı yanvarın 10-da başa çatacaq.
 
Tədbirin proqramına uyğun olaraq yanvarın 9-da Vaxtanq Kikabidzenin və yanvarın 10-da Diana Arbeninanın iştirakı ilə “Nocnie Snayperi” qrupunun konsertləri olacaq.
 
Məlumat üçün bildirək ki, APA Holdinq beynəlxalq festivala informasiya dəstəyi verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar