Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda hakimiyyəti zəbt etmək cəhdinin qarşısı alındı

Qazaxıstanda insanları qanunsuz mitinqlərə çıxmağa çağıranlar millətlərarası mübahisələrin alovlandırılması və hakimiyyəti zəbt etmək məqsədi güdürdülər


Virtualaz.org bildirir ki, bu barədə respublika Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanın bir sıra şəhərlərində təşəbbüs qrupları hakimiyyətə mayın 21-də mitinq keçirmək üçün müraciət ediblər. Mitinq, xaricilərin kənd təsərrüfatı torpaqlarının icarəyə götürməsinin genişləndirməsini nəzərdə tutan Torpaq Kodeksinə edilən düzəlişlərə etiraz olaraq keçiriləcəkdi.

Bütün müraciətlərə etiraz edilib, amma bəzi fəallar tərəfdarlarını hakimyyətin icazəsi olmadan da mitinqə çıxmağa çağırıblar.

“Ayrı-ayrı şəxslər mitinqlər haqqında qanunvericiliyi qulaqardına vuraraq insanları qanunsuz mitinqlərdə iştiraka sövq etməyə cəhd göstəriblər. Onların yekun məqsədi – dinc mitinq və Torpaq Məcəlləsindəki dəyişikliklər deyil, ictimai-siyasi vəziyyətin sabitliyinin pozulması, millətlərarası mübahisələrin alovlandırılması və hakimiyyəti zəbt etmək idi”, - deyə Baş Prokurorluğun saytında bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, Qızılordada polislər daş-qalaq edilib, onlar güc tətbiq edilməyə sövq edilib. Daha sonra sosial şəbəkələrdə, guya polis tərəfindən öldürülən kişinin şəkili paylaşılıb. Əslində isə bu, Çində baş verən hadisənin şəkili olub.

Baş Prokurorluğun məlumatına görə, Şərqi-Qazax vilayətində, daha öncə vilayət mərkəzindən polisin diqqətini yayındırmaq və Ust-Kamenoqorskda iğtişaşların yaradılması üçün bir sıra rayon mərkəzlərində mitinqlərin keçirilməsi nəzərdə tutulurdu. Başqa sözlə, Uralsk və Atırauda güc tətbiq edilən, o cümlədən də hakimiyyətə qarşı nəzərdə tutulan aksiyalara hazırlıq gedirdi.

“Alma-Atıda əməliyyat tədbirlərinin gedişatında bir sıra şəxslər saxlanılıb. Orada silah saxlanılan gizli yerlər, armatur fraqmentləri, “Molotov kokteyli” adlanan alovlanan maye dolu şüşələr aşkar edilib”, - idarədə bildiriblər və əlavə ediblər ki, “müxtəlif regionlarda qanunsuz aksiyalar – bir zəncirin bəndləridir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar