Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaz sayğacları kütləvi şəkildə bloklanır?


Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərin qaz sayğaclarına blok qoyulma halları kütləviləşib.


Bununla bağlı redaksiyamıza sakinlər tərəfindən müraciətlər olur. Onlar bildirirlər ki, sayğacla bağlı problemi həll etmək üçün “Azəriqaz” İB-ə və “Asan Xidmət”ə müraciət etməli olurlar. Sakinlərin sözlərinə görə, qaz sayğaclarına kütləvi şəkildə blok qoyulması ilə əlaqədar uzun növbələrdə gözləməli olurlar.

Problemi aydınlaşdırmaq üçün “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxladıq. “Azəriqaz” rəsmisi virtualaz.org-a sayğacların bloklanmasının kütləvi şəkildə baş vermədiyini bildirdi.

Onun sözlərinə görə, qaz təchizatı dayandırılan abonentlər müqavilənin təzələnməyənlərdir: “Qaz sayğaclarının kütləvi şəkildə bloklanması halı yoxdur. “Azəriqaz”la istehlakçılar arasında ildə bir dəfə yerində alqı-satqlı müqaviləsi bağlanır. Bəzən olur ki, əməkdaşlarımız bu müqaviləni təzələmək üçün dəfələrlə abonentlərin evlərinə gəlirlər, amma onlar mənzildə olmurlar. Bu zaman onların mənzilinə bildiriş-xəbərdarlıq göndərilir. Onlara göstərilən müddətə qədər müqaviləni təzələmək tələbi qoyulur. Əgər buna əməl etmirlərsə, həmin abonentlərin qaz təchizatı dayandırılır”, – deyə İ. Kərbalayev bildirir.

Azəriqaz” rəsmisi deyir ki, sayğacına blok qoyulan abonentlər “ASAN Xidmət” mərkəzinə gəlməlidirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar