Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaxda yanan meşə ərazisi deyil, otlaq sahəsidir - Yenilənib

Ötən gün Qax rayonunun yüksək dağlıq ərazisində başlayan və hələ də davam edən yanğın otlaq sahəsini əhatə edir və meşə zonasına aid deyil


Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, yanan ərazi meşə zonasından uzaq məsafədədir: "Yanan ərazi meşə zonasından uzaq məsafədə olsa da, hər ehtimala qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə İdarəsinin əməkdaşları həmin ərazidədirlər. Əməkdaşlarımız tərəfindən yanğının meşə ərazisinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülür".

Qeyd edək ki, Qaxda ötən gün dağlıq ərazidə yanğın başlayıb. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün söndürülməsində çətinliklər yaranıb.

-----------

10:20

Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.

Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.

Ərazidə otlaq sahəsinin, kol-kosun və yaxud ağacların yanması ilə bağlı dəqiq məlumat yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar