Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qax Rayon Mərkəzi Xəstəxanasında misli görünməmiş qanunsuzluq


Son zamanlar regionlarda səhiyyənin durumu heç də qənaətbəxş deyil


Ona görə də bölgələrdən paytaxtda gələn xəstələrin ardı-arası kəsilmir. 

Əksəriyyəti vaxtında gəlirlər, bəziləri isə paytaxt xəstəxanalarına üz tutmaqda gecikmiş hesab olunurlar. Qoyulan səhv diaqnozların nəticəsində xəstələr səhv müalicə alır və bir xəstəlik müalicə olunmadan digər bir xəstəliyə düçar olurlar. Belə vəziyyətdə isə bəzən pasiyentin həyatını xilas etmək çətin olur. Və xəstə həyat ilə vidalaşır.

Buna görə də bölgələrdə səhiyyənin durumu bərbaddır. Görünür, ölkə başçısının bu sahəyə ayırdığı diqqət və qayğıdan sui-istifadə edənlər var. Bu gün həmin regionlardan biri də Qax rayonudur. Qax rayonu gözəl guşələri, istirahət məkanları ilə seçilsə də, səhiyyəsinin durumu digər regionların səhiyyəsindən yaxşı mənada fərqlənmir. Belə ki, Qax Rayon Mərkəzi Xəstəxanası ilə bağlı kifayət qədər şikayətlər var. Dəfələrlə sözügedən tibb ocağı ilə bağlı icitmaiyyəti və müvafiq qurumları məlumatlandırsaq da, bu məsələ həllini tapmır ki, tapmır.Bu gün Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadədir. Baş həkim tibb müəssisəsini öz prinsipləri əsasında idarə edir. Xəstəxanada çalışan hər kəs Tərlan Əhmədzadədən çəkinir. Baş həkimin göstərişi olmadan tibb müəssisəsinin ətrafında quş belə uça bilməz. Etibarlı mənbələrin verdiyi məlumata görə, sözügedən xəstəxanaya ayrılan dövlət vəsaiti Tərlan Əhmədzadə tərəfindən təmir adı altında silinərək mənimsənilib. Rayon Mərkəzi Xəstəxanasının əsaslı şəkildə təmirə ehtiyacı var. Baxmayaraq ki, baş həkim xəstəxanada hər cür şəraitin olduğunu deyir. Lakin peşəkar kadrlardan tutmuş, tibbi avadanlıqlara qədər çatışmazlıqlar var. Savadlı kadrlar kənarda qalıb, harada savadsız həkimlər, tibb bacıları varsa, hamısı sözügedən xəstəxanada cəmləşib. Belə ki, əldə etdiyimiz məlumata görə, Tərlan Əhmədzadə tibb işçilərini işə götürərkən nəsə tələb edir. Tələb olunan vəsaiti vermədikdə isə həmin şəxs işə götürülmür. Çox təəssüf ki, bu gün cibi dolu amma başı boş həkimlərimiz çoxdur. Əksəriyyəti diplomu pul müqabilində əldə edib. Belə şəxslər nəyinsə müqabilində işlə təmin olunur. Bu hal Qax Rayon Mərkəzi Xəstəxanasında artıq adi hala çevrilib. Odur ki, səhiyyənin durumu acınacaqlı vəziyyətdədir. Hər gün ana və uşaq ölümlərinin sayı artır. Artıq heç kəs öz həyatını ölkədəki həkimlərə etibar etmir. Bölgələrdəki insanlar payataxta, paytaxtdakılar isə ölkə xaricinə üz tuturlar. Lakin ölkə xaricində tibbi xidmətin dəyəri çox yüksəkdir. Buna isə hər kəsin maddi imkanı yol vermir.

Qeyd edək ki,kəndlərdəki tibb və həkim məntəqələrinin adına yazılan dərman pereparatlarıda baş həkimin ətrafındadkı şəxslərtərəfindən özəl apteklərdə satdırılır. Bundan başqa tibb məntəqələrində işləyən bir çox tibb işçilərinin və sanitarların sadəcə adları mövcuddur və onların əmək haqqlarını baş həkimlə məntəqə həkimləri arasında bölüşdürüldüyü bildirilir.

Sözügedən tibb müəssisəsində pasiyentlərə biganəlik izaholunmaz həddə çatıb. Qax Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər.

Qeyd edək ki, hazırda Qax rayonunda 1 mərkəzi, 1 uşaq xəstəxanası, 2 kənd xəstəxanası, 10 həkim və 26 tibb məntəqəsi fəaliyyət göstərir və rayon səhiyyə sistemində 120-yə qədər həkim 400-dən çox tibb işçisi çalışır.(mia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar